27 oktyabr 2006- cı il tarixdə , saat 10.30-da , BMM-də Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Dövlət orqanlarının və Mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulan neft şirkətlərinin informasiya açıqlığının monitorinqi və vətəndaşların informasiya hüququnun gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində “İnformasiya azadlığının gerçəkləşməsində İnternetin rolu: mövcud vəziyyət və perspektivlər ” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Layihənin əsas məqsədi Qanunla açıqlanması məcburi olan informasiyaların İnternet vasitəsilə yayılmasına ictimai nəzarətin təşkili üçün Dövlət orqanlarının və neft şirkətlərinin internet resurslarının monitorinqini həyata keçirmək, informasiya azadlığının gerçəkləşdirilməsi üçün vətəndaş cəmiyyəti subyektlərinə dəstək verməkdən ibarətdir.
Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru Osman Gündüzün, MEQA şirkətinin meneceri Qabil Qasımovun və Layihənin experti Azər Həsrətin mövzu ətrafında təqdimatları olacaq.
Dəyirmi Masada həmçinin Dövlət orqanlarının və neft şirkətlərinin internet resurslarının monitorinqi əsasında hazırlanan növbəti Reytinq Cədvəli açıqlanacaq.
Dəyirmi Masada dövlət qurumlarının informasiya ilə əlaqəli məsul şəxslərinin, Vətəndaş Cəmiyyəti subyektlərinin nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı nəzərdə tutulur.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org