Thursday 21st November 2024,

2006

Ξ Leave a comment

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin Məlumatı

posted by

27 oktyabr 2006- cı il tarixdə Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “İnformasiya azadlığının gerçəkləşməsində İnternetin rolu: mövcud vəziyyət və perspektivlər ” mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masa ACİ-Yardım Fondu tərəfindən dəstəklənən “Dövlət orqanlarının və Mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulan neft şirkətlərinin informasiya açıqlığının monitorinqi və vətəndaşların informasiya hüququnun gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində həyata keçirilir.

Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, Layihənin rəhbəri Osman Gündüzün , MEQA şirkətinin meneceri Qabil Qasımovun və Layihənin experti Azər Həsrətin mövzu ətrafında təqdimatları olub. Dəyirmi Masada həmçinin Dövlət orqanlarının və neft şirkətlərinin internet resurslarının monitorinqi əsasında Multimedia Mərkəzi tərəfindən hazırlanan növbəti növbəti Reytinq Cədvəli açıqlanıb.

Dəyirmi Masada Neftçilərin hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı, RİTN-nin şöbə müdiri Əflatun Məmmədov, Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu, Konstitusiya Fondunun rəhbəri Əliməmməd Nuriyev, Milli Məclis aparatı İnformasiya Texnologiyaları şöbəsinin əməkdaşı Yaşar Əməşov, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı, Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyasının nümayəndəsi Vüqar Tofiqli, Himayədar Humanitar Təşkilatının nümayəndəsi Şəhla xanım Abusəttar, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Gülnarə Həbibəyova, RİTN-nin sektor müdiri İsfəndiyar Əliyev , İnFotex qurumunun nümayəndəsi Firudin Əhmədov və digərləri çıxış ediblər.

Ictimai informasiyaların internet resursları vasitəsilə yayılması, dövlət internet resurslarının keyfiyyəti, Qanunla açıqlanması məcburi olan informasiyaların İnternetdə yerləşdirilməsi vəziyyəti ətrafında ciddi müzakirələr aparılıb. Dəyirmi Masada İnformasiya əldə edilməsi haqqında Qanunun icrasına nəzarət məqsədilə yaradılmalı olan Informasiya müvəkkili institutunun tezliklə formalaşdırılması məqsədilə Prezidentə Müraciət etmək qərara alınıb. Müzakirələrdə dövlət qurumlarının və neft şirkətlərinin İnternet resurslarının təkmilləşdirilməsi, dövlət büdcəsindən bu istiqamətdə məqsədli vəsaitlərin ayrılması, dövlət internet resurslarının müntəzəm olaraq monitorinqinin keçirilməsinin və dövlətin informasiya siyasətinin daha çevik və şəffaf qurulmasının vacibliyi istiqamətində təkliflər irəli sürülüb.

Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri iştirak edib.

Multimedia Mərkəzi

Tel: 492 44 44
www.cit.az
www.informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV