"Azercell" susur…
Rəşid Hacılı: "Şirkət informasiya əldə etmək hüququnu pozub"
Pərvin Abbasov
“Xalq cəbhəsi” qəzeti
Bir müddət öncə "Azercell Telekom" Birgə Müəssisəsinin rəhbərliyinə bizi maraqlandıran suallarla müraciət etmişdik. Xatırladaq ki, "İnformasiya əldə etmək haqqında" qanuna əsasən sorğuya 1 həftə müddətində cavab verilməlidir. Şirkətdən, daha doğrusu qurumun mətbuatla bağlı məsələləriylə məşğul olan "Turan Servis"dən redaksiyamızın elektron poçtuna daxil olan məktubda isə sorğu məktubunun "Azercell" BM-ə sentyabrın 1-də çatdığı bildirilir. Hansı ki, sorğu məktubu avqustun 9-da göndərilib. Məktub sifarişlə göndərildiyindən 5 gündən sonra onun ünvanına çatdığı barədə poçtdan sənəd də almışıq. Belə məlum olur ki, məktub sahibinə çatandan yarım ay sonra onu aldığını bildirir, bu isə absurddur.
Xatırladaq ki, məktubda şirkətə ünvanlanmış 10-dan artıq sual var idi ki, onlardan bəzilərinin cavabları həm jurnalist olaraq bizim maraqlı məqalələr yazmağımız üçün, həm də sadə vətəndaşlar, istehlakçılar üçün zəruri olardı. Bundan başqa şirkət sualları cavablandırmaqla həm də özünün necə şəffaf işdəyini sübut edərdi. Məsələn, suallardan birində "Azercell-Telekom"un telefon nömrələrinin istehsalı ilə bağlı tender keçirildiyi xatırladılaraq bu tender haqqında ətraflı məlumat verilməsi xahiş olunur. Digər bir sual isə belədir: ""Azercell-Telekom" mobil telefon nömrələrini hansı şərtlərlə və necə satışa çıxarır, nömrələrin ilkin qiymətləri necə müəyyənləşdirilir?"
Başqa bir sualımızda "Azercell-Telekom"un satışa çıxarılan "Sim-Sim" və aylıq ödəmə kartları üzərində satış qiyməti göstərildiyi halda mobil telefon nömrəsi paketində qiymətlərin göstərilməməsinin səbəbləri soruşulur.
Digər suallarımız isə belədir: "Əgər "Azercell-Telekom" BM-ə məxsus mobil telefon nömrələri rəsmi dilerlərdə və digər satış nöqtələrində həddən artıq yüksək qiymətə satılırsa, şirkətin özünün burada qazancı nədən ibarətdir? Hecə olur ki, "Sim-Sim" və aylıq ödəmə kartları üzərində satış qiyməti göstərməklə istehlakçıların hüquqlarına sayğıyla yanaşdığınız halda, mobil telefon nömrələrinin satışında bu "sayğı" unudulur? 211-lə başlayan "Azercell" fakturalı xətt nömrələri satışa necə çıxarılır və onların həddən artıq baha qiymətə satılmasının səbəbi nədir? Vətəndaşların müəssisənizə 211-lə başlayan telefon nömrələri əldə etmək üçün rəsmi müraciətinə "yox" cavabı verdiyiniz halda, belə nömrələri Sizin rəsmi dilerləriniz necə əldə edirlər?"
Sadalanan sualların cavabları maraqlı olardı. Lakin BM-dən cavab ala bilmədik.
Mövzu ilə bağlı müraciət etdiyimiz Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetimizdən rəhbərlik etdiyi təşkilata məsələylə bağlı məktub göndərilməsinin zəruriliyini dedi. Lakin sonradan şifahi şəkildə ünvanladığımız sualları cavablandırdı: "Məsələni tam aydınlaşdırmaq üçün istehlakçı ilə bağlanmış müqaviləyə baxmaq lazımdır. Bəzi telefon nömrələrinin fərqli şəkildə baha olması ilə əlaqədar əhaliyə üz tutaraq deyirəm ki, nömrə alarkən kassa qəbzi və ya mədaxil orderi alsınlar. Çünki ola bilsin bazarda bununla bağlı anomaliya var. Ehtmal edirəm ki, "Azercell" kimi böyük bir şirkət istehlakçıların ayrı-ayrı istəklərinə uyğun nömrə satışı ilə məşğul olmamalıdır. Əgər bu işlə məşğul olursa, bu, qanunla tənzimlənməlidir".
Qeyd edək ki, BM bütün telefon nömrələrinin eyni qiymətə satıldığını deyir. Məlum olduğu kimi satış nöqtələrində qiymətlər fərqlidir. Maraqlıdır, əgər şirkətə telefon nömrələrinin baha satılmasından heç bir xeyir gəlmirsə, buna necə yol verir? Eyyub Hüseynov bu sualımızı belə cavablandırdı: "İstehlakçılara ədalətli yanaşma nöqteyi-nəzərindən "Azercell"i tənqid edirəm ki, nömrələri eyni qiymətlərə satmaq arzusundadırsa, bunu satış şəbəkələrinə tapşırmalıdır. Şirkət hansı satış mərkəzləri ilə müqavilə bağlayırsa öz şərtlərini qoymalıdır ki, nömrələr eyni qiymətə satılsın. Həmçinin satılan nömrələrin üzərində qiymətlər olsa, daha yaxşı olar".
BM-in sorğumuza müəyyən olunmuş vaxtda – bir həftə ərzində cavab verməməsi məsələsinə münasibət bildirən hüquqşünas Rəşid Hacılı isə bildirdi ki, şirkətin buna əməl etməməsi "İnformasiya əldə etmək haqqında" qanunun pozulması deməkdir: "Jurnalistin informasiya sorğusuna cavab verməməyə görə "İnzibati xətalar məcəlləsi"nin 186-cı maddəsi məsuliyyət müəyyən edir. Konkret vəzifəli şəxs – indiki halda "Azercell Telekom"da bu işlər üçün ayrılmış şəxs, ayrılmayıbsa şirkət rəhbərliyi – informasiya sorğusuna cavabı vaxtında və düzgün verməlidir. Lakin onlar faktiki informasiya əldə etmək hüququnu pozublar".
Qeyd edək ki, "Turan Servis"dən redaksiyamıza gələn məktubda qəzetimizin sorğusunun yenidən göndərilməsi istənilir, özü də bu dəfə sorğunun baş redaktor tərəfindən təsdiqlənməsinin zəruriliyi bildirilir (xatırladaq ki, BM-ə ünvanlanan məktub "Xalq Cəbhəsi"nin müxbirlərindən biri tərəfindən qəzetin firma blankına yazılmaqla yollanıb). Rəşid Hacılı isə deyir ki, şirkət istənilən şəxsin sorğusuna cavab verilməldir: "Bura hətta Azərbaycan vətəndaşı olmayan şəxslərə də aiddir. Belə bir bəhanə göstərilərək sorğunun cavablandırılmaması qanunda nəzərdə tutulmayıb".
Məqalə Media Hüququ İnstitunun keçirdiyi yazı müsabiqəsinə təqdim edilib.
Təhlil və şərhlər
“Azərsell” niyə susur? Şirkət “İnformasiya əldə etmək haqqında” qanuna məhəl qoymur ( Pərvin Abbasov, “Xalq cəbhəsi” qəzeti)
posted by"Azercell" susur…