Azərbaycanın Avropaya vizit kartı
Mətbuat üzrə müvəkkil institutu nə vəd edir?
«İnformasiya məsələləri üzrə müvəkkilliyə ali təhsilli, informasiya sahəsində xüsusi təcrübəyə malik, yüksək əxlaqi keyfiyyətli hər bir şəxsin namizəd olmaq hüququ var».
«İnformasiya məsələləri üzrə müvəkkilin seçilməsində ləngimə də məhz bu seçimin məsuliyyətlə həyata keçirilməsi ilə əlaqədardır».
Parlamentin «İnformasiya əldə etmək haqqında» qanunu təsdiq etməsindən bir ilə qədər vaxt ötsə də qanunun icrası hələ də ləngiyir. Bu qanunvericilik aktında Azərbaycanda yeni müvəkkil institunun yaradılmasının yer alması isə daha diqqətçəkəndir. Xatırladaq ki, qanun onun icrasına nəzarət üçün İnformasiya Məsələləri üzrə Müvəkkilliyin yaradılmasını tələb edir. Qanunun qəbulundan keçən vaxt ərzində cəmiyyətdə müzakirə edilən əsas məsələ məhz bu yeni institutun fəaliyyəti ilə bağlıdır. Bunu daha aktual edən isə təyinatın geçikməsi hesab oluna bilər. Belə ki, qanuna əsasən altı ay ərzində informasiya məsələləri üzrə müvəkkilin fəaliyyətə başlaması nəzərdə tutulsa da, hələ ki bu, baş verməyib. Ləngimə isə media üçün önəmli qanunun səmərəliliyini hələ tətbiq edilmədən sual altına qoyur.
Dünyanın aparıcı ölkələrində mətbuatın özünütənzimləmə prosesi
Avropa mətbuatının özünütənzimləmə prosesinin 40 ilə yaxın yaşı var. Hazırda dünyanın bir çox ölkələrində mətbuat üzrə müvəkkil-ombudsman təcrübəsi fəaliyyət göstərir. Müvəkkillik institutundan yarım əsr əvvəl, yəni 1916-cı ildə İsveçin mətbuat məsələləri üzrə şurası milli mətbuat klubları, jurnalist cəmiyyətləri və qəzet assosiasiyaları tərəfindən yaradılıb. İnformasiya məsələləri üzrə müvəkkillik təcrübəsi isə ilk dəfə bu ölkədə 1969-cu ildə sınaqdan keçirilib. İsveç mətbuatının özünütənzimləmə sistemi hakimiyyətin qəbul etdiyi qanunlar əsasında qurulmayıb. İsveçdə bu proses mətbuatın könüllü razılaşması prinsipi ilə həyata keçirilir və sistem özünü maliyyələşdirir. Bu təşkilatlar həm də jurnalistikanın etika məcəlləsini müəyyən edirlər. Ombudsman postuna təyinatı parlament müvəkkilləri, pressklubların nümayəndələri və İsveç Hüquqşünaslar Assosiasiyasının üzvlərindən ibarət xüsusi komitə həyata keçirir. Bu vaxta qədər qəbul edilmiş qəzet praktikasındakı pozuntulara görə şikayətlər Mətbuat üzrə şurada baxılsa da, müvəkkillik yaradıldıqdan sonra Mətbuat üzrə şura şikayətçinin razılığı ilə şikayətləri ilk olaraq mətbuat üzrə ombudsmana ünvanlayır. İsveç qanunvericiliyinə görə, hər bir vətəndaş müəyyən bir qəzet materilının jurnalist etikasını pozduğunu iddia edərək bununla bağlı mətbuat üzrə ombudsmana müraciət etmək hüququndadır. Şikayətlərin baxılma proseduru da çox sadədir. Şikayət ərizəsi qəbul edilərkən mətbuat üzrə ombudsman cavabdeh qəzetin iddia ilə bağlı təkzib və ya müəyyən cavab verməyə hazır olduğunu yoxlamalıdır. Əgər prosesi tənzimləmə bu vasitə ilə mümkün olmasa, müvəkkil qəzetin baş redaktoruna elan etməklə araşdırmaya başlaya bilər. Araşdırma üzrə müddət isə məlumatın dərc edildiyi gündən üç ay müddətində nəzərdə tutulur. Araşdırmanın nəticəsi isə ondan ibarət olur ki, müvəkkil ya şikayəti əsassız hesab edir, ya da ciddi hesab etdiyi nəticələri Mətbuat üzrə şuraya təqdim edir. Mətbuat üzrə müvəkkil eyni zamanda jurnalist etikası ilə bağlı ona edilən bütün sualları da cavablandırır. Jurnalistikanın ümumi qayda-qanunlarını pozan qəzetə qarşı da bəzi tədbirlər nəzərdə tutur. Məsələn, qəzet Mətbuat üzrə şuranın apardığı araşdırmaların nəticələrini mütləq çap etməlidir. Bunu etməzsə, əlavə olaraq onu inzibati cərimə gözləyir. Demokratik hesab etdiyimiz İsveçdə mətbuat üzrə şikayətlərin sayı da kifayət qədər çoxdur. Son illərdə hər il 400-500 mətbuat üzrə şikayətlər araşdırılır. Onların əksəriyyəti isə qəzetlərin cinayət işləri üzrə məhkəmə proseslərini öz səhifələrinə çıxarmaları və insanların şəxsi həyatına müdaxilə edilməsi ilə bağlıdır.
Mətbuat şuraları populyarlığını itirir
İngiltərədə mətbuat üzrə ombudsman demək olar ki, hər bir qəzetdə fəaliyyət göstərir. Böyük Britaniyada bu ombudsmanı oxucu redaktoru da adlandırırlar. Qəzetdəki ombudsman oxucu ilə jurnalistlər arasında münaqişələri sayını azaltmaqla yanaşı, kütləvi informasiya vasitələrində şikayətlərə baxan komissiyanın işinə köməklik etmək edir. Bunun nəticəsində qəzetlərə qarşı məhkəmə iddiaları yarıbayarı azalıb. Ombudsman həmçinin hər həftə qəzetin müvafiq səhifəsində jurnalistlərin peşə etikası və qaydaları ilə bağlı baş vermiş qanun pozuntularına dair məlumatlar təqdim edir. İngiltərədə bir qəzet ombudsmanına hər il üç min müraciət və şikayətlə müraciət olunur. Gündəlik müraciətlərin sayı isə orta hesabla 80-100-ə çatır. Son zamanlar Böyük Britaniyada aparılan sorğuların nəticələrinə əsasən isə, oxucuların 75 faizi ombudsman təsisatının faydalı olduğu qənaətini açıqlayıb. Lakin müxtəlif ölkələrdə ombudsmanlar heç də eyni fəaliyyət sferasına malik deyillər. Bəzən bu təsisatlar hətta mətbuat şuralarının funksiyalarını da yerinə yetirir. MDB məkanında informasiya məsələləri üzrə ombudsmana isə çox nadir halda rast gəlmək olar. Lakin bu sahəyə xüsusi nəzarət edən qurumlar media ombudsmanı missiyasını daşıyır. Bu qənaətdə olan Avrasiya Media Mərkəzinin baş direktoru Valentina Xaritonova hesab edir ki, informasiya məsələləri üzrə müvəkkil institutunun yaradılması jurnalistlərin fəaliyyətinə kənardan əlavə baxışdır. Lakin rusiyalı ekspert üçün sual doğuran məsələ ombudsmanın nə dərəcədə obyektiv olub-olmayacağıdır. Ümumiyyətlə, dünyada jurnalistlərə qarşı münasibəti tənzimləyən neytral qurum yoxdur. Jurnalistikada çoxlu problemlər və münaqişələr baş verir. Bu problemlər isə təkcə media təmsilçiləri arasında deyil, cəmiyyətin digər təbəqələrində də müzakirəsini zəruri edir. Mətbuat şuralarının ombudsmanın funksiyalarını müəyyən mənada yerinə yetirdiyi qənaətində olan ekspertin sözlərinə görə, son zamanlar mətbuat şuraları öz populyarlığını itirib. Hətta bəzi ölkələrdə mətbuat şurası öz–özünə parçalanıb və əvvəlki funksiyasını yerinə yetirmir. Bu hal artıq Şimali Qafqazın bir neçə şəhərində müşahidə edilməkdədir. İnformasiya ombudsmanı isə ən azı həlli vacib problemlərin müzakirəsi üçün jurnalist təşkilatlarını bir araya toplamağı bacarmalıdır. Bundan başqa, rusiyalı ekspertin sözlərinə görə, elə informasiya məsələləri üzrə müvəkkilliyin yaranması zərurətinin aktuallaşdırılması da Mətbuat Şurasının qarşıya qoyduğu vəzifənin öhdəsindən gələ bilməməsi ilə bağlıdır.
Mətbuat üzrə müvəkkil institutu nə vəd edir
Bəs Azərbaycanda informasiya məsələləri üzrə ombudsman institutunun əhəmiyyəti nədir və nə üçün onu vacib adlandırırıq sualı ətrafında səsləndirilən mülahizələr də onu deməyə əsas verir ki, artıq cəmiyyət belə bir ombudsman təsisatının yaradılmasında maraqlıdır. Hətta ötən bir il ərzində bu qanunu «vətəndaşlar üçün gündəlik yaşam qanunu» adlandıranlar da olub. Mütəxəssislərin qənaətincə, qanunu təkcə normativ hüquqi akt deyil, həm də Azərbaycanın Avropaya vizit kartı da hesab etmək olar. Qeyd edək ki, sözügedən qanun Estoniya modelini ifadə edir. Estoniya modeli isə informasiya sahəsində ən yaxşı sənədlərdən biri hesab edilir. Ekspertlər də belə hesab edirlər ki, Estoniya təcrübəsi Azərbaycana tam uyğun gələn təcrübədir. Bakı Dövlət Universitetinin dosenti Zeynal Məmmədli bu uyğunluğu hər iki dövlətin postsovet ölkəsi olması ilə əlaqələndirir. Lakin fərq də ondan ibarətdir ki, Estoniyanın hökuməti, mətbuatı və cəmiyyətini Azərbaycandakı eyni «üçbucaqlı» ilə eyniləşdirmək düzgün deyil. Bu «üçbucaq» Estoniyada nə qədər müasir görünürsə, Azərbaycanda bir o qədər sezilməzdir. Ona görə də bəzən epizodik görünən tərəflərin dəstəyi ilə informasiya məsələlərinə dair ombudsmanın səmərəli fəaliyyət göstərəcəyi şübhə doğurur. Z.Məmmədlinin qənaətincə, müvəkkil institutunun yaradılması fəlsəfəsi çox bəsitdir. İndiyə qədər məlumatın işlənməsi ilə bağlı məsuliyyət daşıyan tərəfi müəyyənləşdirmək nə qədər çətin idisə, bu istiqamətdə müvəkkilin fəaliyyətə başlaması bu problemi aradan qaldıracaq. «İnformasiya məsələləri üzrə müvəkkil sanki mətbuatın ağrılarına bir dərman çəkəcək». Z.Məmmədlinin proqnozuna görə, müvəkkil yaxşı işlərsə, məlumatın cəmiyyətə çatdırılmasındakı problemlər də aradan qalxacaq. Məlumatın açıqlanmamasının heç də siyasi səbəblə deyil, sırf peşə hazırlıqsızlığı səbəbindən baş verməsi faktlarının da meydana çıxması mümkündür. Həmçinin mütəxəssis ümid edir ki, bu qurumun işləməsi məlumat bazalarının yaradılmasındakı boşluqları da aradan qaldıra bilər. Eyni zamanda, məlumat bazalarının qorunması məsələsi də aktuallaşar. Qanunun tətbiqinin yubadılması isə yeni qurumun işləklik dərəcəsinin aşağı salıncağını da istisna etmir.
Müvəkkil institutunun «pərdəarxası» müzakirələri
Daha bir sual altında olan məqam isə informasiya məsələləri üzrə müvəkkil institutunun formalaşdırılması istiqamətində ictimai müzakirələrin təşkil edilməsi ilə bağlıdır. Z.Məmmədlinin sözlərinə görə, belə müzakirələr kifayət qədər aparılıb. Amma «pərdəarxası». Bu məsələ rəsmi müzakirəyə çıxarılmayıb. Söhbət təbii ki, təkcə media mənsublarının bunu müzakirə etməsindən getmir. Əslində bu, müzakirələr təkcə jurnalistlərin daxili işi deyil. Çünki media ilə bağlı müvəkkil vətəndaşların bilgi almaq azadlığını qorumalıdır. Yəni jurnalist yalnız vətəndaşların məlumatlandırılması üçün bir vasitədirsə, mətbuat üzrə müvəkkilin seçilməsi də vətəndaşlarla bağlı bir məsələdir. Ekspertin sözlərinə görə, ictimai müzakirələr əsasən qeyri hökumət təşkilatları tərəfindən təşkil edilməli olduğu halda, ötən bir il ərzində Azərbaycandakı QHT-lərin bu məsələni diqqətdə saxlamaması təəssüfedicidir. «Amma bundan sonra «qatar getdikdən sonra» həmin qeyri hökuməti təşkilatları öz narazılıqlarını bildirməyə başlayacaqlar». Z.Məmmədlinin sözlərinə görə, müzakirələr müvəkkilliyə iddialılarla da bağlı olmalıdır. Belə ki, cəmiyyətə bu posta namizədlərin adları açıq şəkildə bildirilməlidir. Digər tərəfdən, bu vaxta qədər namizədlərin özlərini informasiya məsələləri üzrə müvəkkil kimi görüb-görmədikləri də müzakirə predmeti olmalıdır. Həmçinin ictimai araşdırma müvəkkilliyin fəaliyyət sferası ilə bağlı onların təsəvvürlərinin nə dərəcədə dolğun olub-olmadıqlarını müəyyənləşdirməlidir. Ekspertin sözlərinə görə, bu istiqamətdə ictimai müzakirələrin keçirilməməsi sadəcə büdcədən maliyyələşən adi bir ştatın yaranmasına gətirib çıxaracaq. Bütün bunlar isə ictimai müzakirələrdən sonra öz cavabını tapa bilər. Z.Məmmədli hesab edir ki, müvəkkilin seçilməsinə indidən göstərilən bu biganəlik sonralar onun işinin çox çətin olacağından xəbər verir.
«60-90-60»
Bir il ərzində ictimaiyyətə müvəkkilliklə bağlı namizədlərin adlarının açıqlanmaması bu postda kimin təmsil olunacağı istiqamətində geniş marağa da səbəb olub. Artıq qeyri-rəsmi dairələrdə müvəkkilliyə bir neçə iddialının olacağı ilə bağlı məlumatlar da yer almaqdadır. Qanunda isə informasiya məsələləri üzrə müvəkkilə qoyulan tələblər çox sərtdir. İnformasiya məsələləri üzrə müvəkkilliyə ali təhsilli, informasiya sahəsində xüsusi təcrübəyə malik, yüksək əxlaqi keyfiyyətli hər bir şəxsin namizəd olmaq hüququ var. Müvəkkili Milli Məclis müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi 3 namizəd sırasından 5 il müddətinə seçiləcək. O, ildə bir dəfə parlament qarşısında illik hesabat da verməlidir. Müvəkkil təyin olunduğu gündən isə onu gərgin iş gözləyir. Belə ki, o, ilkin olaraq ombudsman aparatını formalaşdırmalıdır. Ombudsman qanunun tələblərindən irəli gələn vəzifələri informasiya sahiblərinin yerinə yetirmələri üzərində nəzarəti də həyata keçirir, məlumatın vaxtında və düzgün çatdırılması üçün informasiya sahiblərinə müvafiq göstərişlər verir. Hətta müvəkkilə cəzalandırmaq hüququ da verilib. Belə mühüm posta irəli sürüləcək namizədlərin bütövlükdə ictimaiyyət tərəfindən qəbul edilən şəxs olacağı ilə bağlı ehtimallar bu vəzifəyə mümkün namizədlərin adlarını ara-sıra hallandırır. Məsələn, beynəlxalq təşkilatlar müvəkkili ən müstəqil, məlumatlı və yüksək təhsilli bir şəxs kimi görmək istəyir. Parlamentin İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova isə belə hesab edir ki, informasiya məsələləri üzrə müvəkkilin seçilməsində ləngimə də məhz bu seçimin daha məsuliyyətlə həyata keçirilməsi ilə əlaqədardır. Namizədlərin adlarının yaxın günlərdə bəlli olacağına ümid edən millət vəkilinn sözlərinə görə, bu posta cəmiyyətdə kifayət qədər nüfuza malik, sözü kəsərli, qərəzlikdən uzaq olan bir şəxs layiq görülə bilər. Həmin şəxs, eyni zamanda Azərbaycan reallığına tam bələd olmalıdır. Namizəd mütləq müvəkilliyə qoyulan xüsusi tələblərin müddəalarına tam cavab verməlidir ki, hər bir vətəndaşın ən böyük hüququ olan məlumat əldə etmək hüququnu gerçəkləşdirməyə yardım göstərsin. R.Aslanovanın sözlərinə görə, hazırda media ilə bağlı bəzi problemlərin olduğu bir dövrdə müvəkkil problemlərin həllində əhəmiyyətli rolu oynacayaq. Həm də bu gün müşahidə edilən jurnalist-məmur qarşıdurmasının aradan qaldırılmasında öz sözünü deyəcək. Ümumiyyətlə isə R.Aslanova hesab edir ki, «bu, özünü çox gözlətməyəcək».
Lalə Paşaqızı
Yazı Media Hüququ İnstitutu və Almaniyanın Fridrix Ebert Fondunun təşkil etdiyi yazı müsabiqəsi üçün nəzərdə tutulur.
Təhlil və şərhlər
Azərbaycanın Avropaya vizit kartı Mətbuat üzrə müvəkkil institutu nə vəd edir? (Lalə Paşaqızı , Paritet )
posted byAzərbaycanın Avropaya vizit kartı