Thursday 21st November 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

Informasiyaya Çıxış Təmin Olunmalıdır (Nizami HÜSEYNOV, Lənkəran şəhəri)

posted by

İNFORMASİYAYA ÇIXIŞ TƏMİN OLUNMALIDIR

Nizami HÜSEYNOV

Lənkəran şəhəri

Son vaxtlarda Azərbaycanda informasiya azadlığı və informasiyaya çıxış sahəsində xeyli problemlər yaranıb. Dövlət qurumlarında vətəndaşların sorğularına ya javab verilmir, ya da ki, informasiya verilməsi üzərinə məhdudiyyətlər qoyulur.

Ekspertlər hesab edir ki, dövlətin vətəndaşlara göstərdiyi ən ümdə vəziflərdən biri məhz informasiya azadlığı və informasiyaya çıxışın təmin olunmasıdır. Çünki informasiyaya çıxışın məhdudlaşdırılması jəmiyyətdə gərginlik yaradır və bu şaiyələrə səbəb olur. Bundan başqa, insanın təhlükəsizliyi ilk növbədə onun elə təhlükələr barədə məlumatlı olmamasındadır. Həmçinin, insanların məlumatlı olmaları onların dövlətin idarəçiliyində iştirakını da təmin edir.

«Artikl 19» təşkilatının sədri Aqnes Kolomat hesab edir ki, informasiyaya sərbəst çıxış azadlığı insan hüquqlarının təmin olunmasının özülüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ji maddəsində göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Konstitusiyanın 57-ji maddəsinə əsasən isə Azərbayjan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən mürajiət etmək, habelə fərdi və kollektiv yazılı mürajiətlər göndərmək hüququ vardır. Hər bir mürajiətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Hüquqşünas İlqar Qasımovun bildirdiyinə görə, «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» qanunun 10-cu maddəsinə əsasən, müraciətə qanunverijiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən mürajiətə isə ən geji 15 gün ərzində baxılmalıdır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gej olmayaraq javab verilməlidir.

Göstərmək lazımdır ki, konstitusiyaya əsasən insanlara verilən bu hüququn həyata keçirilməsini birinji növbədə mətbuat təmin edir. Kütləvi İnformasiya Vasitələri demokratiyanın, qanunların aliliyinin və insan hüquqlarının inkişafında böyük rol oynayır. Lakin buna baxmayaraq ölkəmizdə, xüsusən də regionlarda informasiya sorğularının cavablandırılması, sanki düyünə düşüb və vətəndaşların bu hüququ tez-tez pozulur.

 «Bizim Era» qəzetinin baş redaktoru Hacıməmməd Quluzadə son illərdə mətbuat üzərində senzuranın götürülməsini təqdirəlayiq hal saysa da, lakin məmurların mətbuata qarşı hüjumunu pisləyərək narahatlıq keçirdiyini bildirdi: «Son vaxtlar məmurlar həm informasiya verməkdən yayınır, həm də xırda bir tənqidə dözümsüzlük göstərirlər. Məsələn, Lənkəran mərkəzi bazarında yaranmış antisanitariya vəziyyətini tənqid etdiyimizə görə bir müddət təqib və təzyiqə məruz qaldıq və s. Nəhayət, belə halların aradan qaldırılması üçün yollar aranmalıdır».

Müstəqil jurnalist Bayram Qüdrətlinin bildirdiyinə görə, informasiya əldə edilməsi zamanı xeyli çətinliklərlə qarşılaşır. Onun müstəqil curnalist olduğunu bilən məmur dərhal görüşdən yayınır. «Nətijədə hadisə barədə tam məlumat toplaya bilmirəm. Bu hal isə hadisələri obyektiv və tənqidi işıqlandırmağa mane olur».

Digər həmsöhbətim, «Lənkəran» qəzetinin müxbiri Xudaverdi Javadov isə informasiya toplanması sahəsində heç bir çətinlik çəkmədiyini bildirir. Onun sözlərinə görə, bu sahədə vəziyyəti gərginləşdirən «reket» curnalistlərinin fəaliyyət göstərmələridir. Çünki onlar əvvəljə «kəşfiyyat» apararaq, hər hansı məmurun nöqsanı barədə məlumat toplayır, sonra işə başlayırlar: Şontac olunan məmur məjbur qalıb pul verməli olur. Odur ki, curnalist adını eşidən məmurda dərhal elə təsəvvür yaranır ki, pul üçün gəliblər və nətijədə o, görüşdən yayınmağa çalışır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu sahədə yaranmış vəziyyəti ajınajaqlı hal kimi qiymətləndirərək bildirib: «Mənəvi fajiədən çığortalamaq üçün gej də olsa, keçid dövrü mətbuatının konsepsiyasını hazırlamalıyıq. Mediamızın iqtisadi təməli möhkəmlənməlidir. Bununla bağlı tədbirlərimiz fasiləsiz xarakter almalıdır. Görüləjək işlər iqtidar mətbuatı, müxalifət mətbuatı anlamlarının arxa plana keçməsini şərtləndirməlidir. Hazırki şəraitdə bunun ən optimal yolu köklü dövlət qayğısından keçir».

Dövlət qurumlarında sorğunun javablandırılmasında onu verənin kimliyinə diqqət yetirildiyini normal hal saymayan Konstitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev isə bildirib ki, informasiya almaq hüququ pozulan nə qədər çox vətəndaş məhkəməyə mürajiət etsə, bu hal informasiyanı verməyə borju olan şəxsləri bir o qədər məsuliyyətli olmağa məjbur edər.

Lakin B.Qüdrətli bu fikirlə qismən razıdır. Müstəqil curnalist deyir ki, məhkəməyə mürajiət etməyin heç bir faydası yoxdur. Çünki həftələrlə məhkəmədə gün keçirməyə vaxt lazımdır. Bu isə onun imkanı xarijindədir.

Lənkəran Rayon Məhkəməsindən iddiaları rədd edərək bildirdilər ki, onlara vətəndaşlardan informasiya əldə edilməsi ilə bağlı heç bir şikayət daxil olmayıb. Əgər belə bir şikayət daxil olarsa, dərhal qanun çərçivəsində tədbir görüləjək.

Hüquqşünas İlqar Qasımov bildirdi ki, sorğunun javablandırılması sahəsində qaydaya əməl edilməməsi ayrı-ayrı hallarda jinayət qanunu üzrə jəzalandırmaq üçün əsas verə bilər. İnzibati Xətalar Məcəlləsinin 186.1 və 2 maddəsinə əsasən curnalist sorğusuna javab verməməyə görə şərti maliyyə vahidinin 40 mislindən 70 mislinədək miqdarda, informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtinaya görə isə şərti maliyyə vahidinin 60 mislindən 90 mislinədək miqdarda jərimə müəyyənləşdirilib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə hesab edir ki, vətəndaşlara açıq informasiyaların verilməməsinin səbəbi Jinayət Məjəlləsində və ya İnzibati Xətalar Məjəlləsində heç bir jəzanın nəzərdə tutulmamasıdır. Bu sahədə qonşu Rusiyanın təjrübəsini müqayisə edən S.Məmmədov bildirib ki, Rusiyanın qanunverijiliyində isə belə bir jəza var.

Liqa sədrinin fikrincə, qanunverijilikdə boşluqlar da var: «Bir sorğunu javablandırmaq üçün sorğunun verilib – javablandırıldığı gün, iki istirahət və yeddi iş günü də olmaqla 11 gün nəzərdə tutulur. Amma məmur daxil olan sorğuların çoxluğunu bəhanə gətirib onun vaxtını uzada bilər».

Ekspertlərin yekdil fikrinjə, dövlət qurumlarında informasiya əldə edilməməsinin başlıja səbəbi, korrupsiyaya uğramış məmurun əməllərinin üstünün açılması üçün keçirdiyi qorxudur. Lakin buna baxmayaraq ekspertlər çıxış yolu oldğunu bildirirlər: Bunun üçün ilk növbədə çalışmaq lazımdır ki, Azərbaycanda sorğu vermək və onu javablandırmaq mədəniyyəti təmin olunsun, əgər bu baş versə ölkədə korrupsiyanın səviyyəsi də aşağı düşər, insanların hüquq və azadlıqları da qorunar.

 Yazı Media Hüququ İnstitutu və Almaniyanın Fridrix Ebert Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Ünvan:  AZ 4222.,  Lenkeran  r.,  Liman  ş.,  Sabir küç, ev 133

Mob:  (050) 665 35 45

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV