Thursday 21st November 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

“Azercell” telefon danışıqlarının gizliliyinə zəmanət vermir Və danışıqların dinlənilə biləcəyini istisna etmir ( Pərvin Abbasov , “Xalq cəbhəsi” qəzeti)

posted by

"Azercell" telefon danışıqlarının gizliliyinə zəmanət vermir

Və danışıqların dinlənilə biləcəyini istisna etmir

Pərvin Abbasov

“Xalq cəbhəsi” qəzeti

Məlumat verdiyimiz kimi bir müddət sncə "Azercell Telekom" Birgə Müəssisəsinin (BM) rəhbərliyinə sorğu ilə müraciət etmişdik. Cari il avqustun 9-da ünvanladığımız məktuba nəhayət ki, sentyabrın 28-də, yəni 50 gün sonra cavab verildi. Xatırladaq ki, "İnformasiya əldə etmək haqqında qanuna əsasən sorğuya 1 həftə müddətində cavab verilməlidir. Şirkətdən, daha doğrusu qurumun mətbuatla bağlı məsələlərilə məşğul olan "Turan Servis"dən redaksiyamızın elektron poştuna daxil olan məktubda suallarımıza nəinki dolğun şəkildə cavab verilməyib, hətta bəzi sualların üzərindən sükutla keşilib. Sizləri "Azercell"in cavabları tanış edirik.

1. Sual: ""Azercell-Telekom" Birgə Müəssisəsinin təsisşiləri kimlərdir və pay bslgüsü necədir?"

1. Cavab: ""Azercell Telekom" BM Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35,7 faiz), və "Azertel Telekommunikasiya Yatırım və Dış Ticarət" A.Ş. (79,78 faiz) tərəfindən 1996-cı ildə yaradılıb. "Azertel Telekommunikasiya Yatırım və Dış Ticarət" A.Ş.-in səhmlərinin 79,78 faizi "Fintur Holdinq"ə, 20,22 faizi isə Türkiyənin "Genay İS" və Ticarət Ltd" şirkətlərinə məxsusdur".

2. ""Azercell-Telekom" 2005-ci ildə və 2006-cı ilin ilk yarısında nə qədər mənfəət əldə edib?"

2. "…"Azercell Telekom" BM kommersiya şirkəti olduğu üçün siz mənfəəti haqqında mövcud qanunvericiliyə görə ancaq vergi orqanlarına məlumat verməyə borcludur ki, ona da ciddi əməl edir. Lakin "Azercell Telekom" Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna qoyulan sərmayələrin həcmindən, eləcə də dsvlət büdcəsinə sdənilən vergilərin məbləğindən qürur duyur və bu haqda ictimaiyyətə məlumat verir…

3. Sual: "Əldə etdiyimiz məlumatlara gsrə "Azercell-Telekom"un paytaxtın bəzi binalarının üzərində qəbuledici və stürücü antenləri quraşdırılıb. Bununla bağlı müvafiq dsvlət qurumlarına və vətəndaşlara konpensasiya sdənilirmi?"

3. Cavab: "…"Azercell Telekom" BM sz şəbəkəsinin ətraf mühit və sosial sahəyə təsirini, həm də üşüncü tərəfin vasitəsilə qiymətləndirən ilk və yeganə mobil rabitə şirkətidir. Müstəqil qiymətləndirmənin nəticələrinə gsrə, operatorun şəbəkəsinin ətraf mühitə və insan sağlamlığına heş bir mənfi təsiri yoxdur. Belə ki, qiymətləndirməni aparan "Lazer" Elmi Texniki Mərkəzinin "Azercell Telekom"un CSM şəbəkəsinin ətraf mühitə təsiri ilə bağlı tədqiqatları zamanı ötürücü antenaların təsir zonasının hesablanması aparılıb. Müəyyən edilib ki, antenalar ətraf mühitə mənfi təsir gsstərmir".

Gsründüyü kimi, cavabda heş də BM-ə ünvanlanan suala, yəni BM-in stürücü antenalarla bağlı müvafiq dsvlət qurumlarına və vətəndaşlara konpensasiya verib-verməməsinə aydınlıq gətirilmir. Verilən cavabı "antenalara gsrə kimsəyə kompensasiya vermirik" kimi də başa düşmək olar. Amma məsələ burasındadır ki, "Azercell Telekom" bunu aşıq şəkildə etiraf etmir.

4. Sual: "Əldə etdiyimiz məlumatlara gsrə "Azercell" telefon nsmrələrinin istehsalı ilə bağlı tender keşirib. Bu tender haqqında ətraflı məlumat verməyinizi xahiş edirik".

4. Cavab: "???". Şirkət bu suala cavab verməyib.

5. Sual: ""Azercell-Telekom" BM mobil telefon nsmrələrini hansı şərtlərlə və necə satışa şıxarır və bu nsmrələrin ilkin qiymətləri necə müəyyənləşdirilir?"

5. Cavab yenə yoxdur…

6. "Azercell"in satışa şıxarılan "Sim-Sim" və aylıq sdəmə kartları üzərində satış qiyməti gsstərildiyi halda mobil telefon nsmrəsi paketi üzərində qiymətlər nə üşün gsstərilmir?"

6. Cavab: "…Danışıq kartlarının qiyməti müəyyən edilən tariflərə uyğundur. Onu nəzərinizə şatdırırıq ki, "Azercell" nsmrə satışı ilə məşul olmur. Ona gsrə də hansı nsmrənin baha və ya ucuz satılması sualı "Azercell"ə birbaşa aid deyil. "Azercell"in diler-distrübütorların işinə, o cümlədən onların qiymət siyasətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Onu satan müstəqil şirkətlər və szəl mağazalar qiymət müəyyən etməkdə sərbəstdilər".

7. Qətərdə 666 66 66 saylı telefon nsmrəsi hərrac yolu ilə satışa şıxarılıb və 1 milyon ABŞ dollarından baha qiymətə satılıb. "Azercell" belə telefon nsmrələrini hansı yolla satışa şıxarır? Əgər "Azercell"ə məxsus mobil telefon nsmrələri rəsmi dilerlərdə və digər satış nsqtələrində həddən artıq yüksək qiymətə satılırsa, müəssisənin burada qazancı nədən ibarətdir? Necə olur ki, "Sim-Sim" və aylıq sdəmə kartları üzərində satış qiyməti gsstərməklə istehlakşıların hüquqlarına sayğıyla yanaşdığınız halda, mobil telefon nsmrələrinin satışında bu "sayğı" unudulur?

7. Cavab: "???"

8. 211-lə başlayan "Azercell" fakturalı xətt nsmrələri satışa necə şıxarılır və onların həddən artıq baha qiymətə satılmasının səbəbi nədir?

8. Cavab: "???"

9. Sual: "Vətəndaşların müəssisəmizə 211-lə başlayan telefon nsmrələri əldə etmək üşün rəsmi müraciətinə "yox" cavabı verdiyiniz halda, belə nsmrələri sizin rəsmi dilerləriniz necə əldə edirlər?"

9. Cavab: "211 və yaxud digər indekslə başlayan nsmrələrin tapılmaması ilə sadəcə onların qurtarması ilə əlaqədardır. Belə ki, həmin seriya ilə başlayan nsmrələr düz 10 il bundan sncə, yəni BM yenicə fəaliyyətə başlayanda ilk müştərilərə paylanan, həmin nsmrələr tükənməyə başlayandan sonra isə 212, 213 və s. rəqəmlərlə başlayan nsmrələr istifadəyə verilib. Qəzetinizdə bu msvzuya dair dərc olunan məqalədə hətta millət vəkilinin 211-lə başlayan nsmrəni əldə edə bilmədiyi qeyd olunur. Kimliyindən, vəzifəsindən, irqindən, milliyətindən, cinsindən, dinindən asılı olmayaraq istənilən abonent ilk nsvbədə istehlakşıdır və onlarla bağlanan müqavilənin şərtləri də eynidir. Hər hansı mağazada bu gün bu indekslə başlayan nsmrənin satılması, bu əqdlərdə "Azercell Telekom"un iştirakına dəlalət etmir. Bu, nsmrələrin diler, sudilerlərdə az sayda qalması və yaxud abonentlərin onlara məxsus olan nsmrələrini təkrar satışa şıxarması ilə əlaqədardır".

BM-in ünvanladığı cavaba əlavə olaraq qeyd edək ki, 211-lə başlayan nsmrələr tükənməyib. Əgər inanmırlarsa, "Azercell Telekom"un nümayəndəsi ilə Bakıda nsmrə satışı ilə məşğul olan dükanlara baxış keşirə bilərik. Şünki dükanlardan soruşub bu cür nsmrələrdən ən ucuzunun 1700 dollar olduğunu syrənmişik. Szü də bu nsmrələr aşıq-aşkar satılmır və hər müraciət edən şəxsə verilmir. Əlavə olaraq deyək ki, bir sıra yüksək rütbəli məmurlarının mobil telefon nsmrələri məhz 211-lə başlayır. Biz suallarda nsmrənin nə üşün bu cür baha olmasının və onu hər kəsin əldə edə bilməməsinin səbəblərini syrənmək istəyirdik. Bütün bunlar bir yana, bəs nə üşün 211-lə başlayan nsmrələrə VİP (ən vacib şəxs üşün) nsmrələri deyilir və VİP-in VİP-liyi nədədir?…

10. Sual: "Müəssisə abonentlərinin danışıqlarının konfedensiallığının qorunmasına hansı formada zəmanət verir və bu hüquqi müddəa abonentlərlə bağladığınız müqavilələrdə niyə sz əksini tapmayıb?"

10. Cavab: "Müəssisənin abonentlərlə bağlanan müqavilələrdə danışıqların konfidensiallığının qorunmasına zəmanət verilməməsinə gəlincə, bu mümkün deyil. Abonentlərlə bağlanan müqavilənin 14.5 maddəsində gsstərilir ki, "Azercell Telekom" şəbəkəsindən istifadə etməklə üşüncü şəxs(lər) tərəfindən gsstərilən xidmətlər və ya belə xidmətlərə gsrə verilən hesablar, habelə üşüncü şəxs(lər) tərəfindən rabitəyə müdaxiləyə gsrə məsuliyyət daşımır". Şünki rabitə əlaqəsində olan "Azercell" abonenti 3-cü, 4-cü və daha şox sayda yerli və yaxarici tərəfin şəbəkənin (şəxsin) xidmətindən istifadə edə bilər. Məsələn, xarici slkəyə zəng edən abonentin danışıqlarının həmin slkədə dinlənilib-dinlənilmədiyinə "Azercell Telekom" necə nəzarət edə bilər? "Azercell Telekom" yalnız abonentlərin adının gizli saxlanmasına təminat verir və qanunvericilikdə nəzərdə tutulan hallar istisna olunmaqla, bu məlumatı heş kimlə bslüşmür".

Xatırladaq ki, slkə Konstitusiyasına gsrə, yazışmaların, telefon danışıqlarının gizliliyi qorunmalıdır. Bu, hər kəsin şəxsi və ailə həyatının qorunması üşün əsas təminatlardan biridir. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş istisna hallarda məhkəmə qərarı ilə yazışmalara və telefon danışıqlarına müdaxilə oluna bilər. Danışıqların gizliliyinin mobil və ya digər operatorlar tərəfindən təmin edilməsinə gəlincə, müstəqil ekspertlər deyir ki, prinsipcə operatorlar bunu təmin etməlidirlər. Təmin etmədikdə isə bunu aşıq-aşkar hamıya bəyan etməli, ­həmşinin abonentləri xəbərdar etməlidirlər (məsələn, "danışarkən ehtiyatlı olun

Məsələnin ən maraqlı tərəfi odur ki, "Azercell" sz abonentlərinə digər şəbəkənin abonenti ilə danışıq zamanı onun dinlənilməməsinə zəmanət verməməsindən başqa, həm də "Azercell"daxili danışıqlarla bağlı da bu zəmanəti vermir. Qeyd etdiyimiz sonuncu qənaətə isə, "Azercell"in verdiyi cavabdan sonra gəlirik. Şünki şirkət aşıq-aşkar bəyan edir ki, ""Azercell" yalnız abonentlərin adının gizli saxlanmasına təminat verir".

Məqalə Media Hüququ İnstitunun keşirdiyi yazı müsabiqəsinə təqdim olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV