Thursday 21st November 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

Siravı Jurnalistin Bir Günü. Dövlət Qurumlarından Informasiya Ala Bilməyən KİV Işçisi Onları Məhkəməyə Verib Cərimələtdirə Bilər, (Səbuhi MƏMMƏDLİ “Yeni müsavat” qəzeti)

posted by

SIRAVİ JURNALİSTİN BİR GÜNÜ

 

DÖVLƏT QURUMLARINDAN İNFORMASİYA ALA BİLMƏYƏN KİV İŞÇİSİ ONLARI MƏHKƏMƏYƏ VERİB CƏRİMƏLƏTDİRƏ BİLƏR

 

Səbuhi MƏMMƏDLİ

“Yeni müsavat” qəzeti

                                                                                                     …Noyabrın 18-də İqtisadi İnkişaf

Nazirliyiynin saytında 19.11. 06.

tarixli press-reliz  yerləşdirilmişdi.

 Görünür, saytın sahibləri zamanı qabaqlamışdılar…

 

“Dövlət sirridir, deyə bilmərik”, “Məlumat verməyə ixtiyarımız yoxdur”, “Sabah zəng eləyin”… Öz peşə fəaliyyətini yerinə yetirərəkən dövlət və ya qeyri-dövlət sektorundan məlumat toplamaq isətəyən sıravi Azərbaycan jurnalistinin hər gün eşitdiyi sözlərdir. Beləliklə, hər gün keçən ilin dekabrında qüvvəyə minmiş “İnformasiya əldə etmək haqda” qanun bir yana, Azərbaycan Respublikasının Konstitusiyasının da pozulduğunun şahidi oluruq. Məhz Ana Yasamızın 50-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var”.

 

İndi konkret misallarla Azərbaycan jurnalistinin vəziyyətini təhlil edək. “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevil Hilalqızı “Parlament qapısı” rubrikası üçün yazı hazırlamaq barədə baş redaktordan tapşırıq alır. Sevil xanım parlamentin iclasları keçirilən gün Mili Məclisin qarşısına getməli, ora yığışan insanlarla sbhbət etməli, problemlərini öyrənməli və şikayətçi-deputat münasibətlərini aydınlaşdırmalıdır. Amma müxbirə nəinki parlamentin qarşısından reportaj hazırlamağa imkan yaradırlar, hələ üstəlik mühafizə xidməti onu ordan uzaqlaşdırır da.

Nəticədə “İnformasiya əldə etmək haqda” qanunun 9-cu maddəsi kobud şəkildə pozulur. Həmin maddəyə görə dövlət qurumları öz fəaliyyətinin gedişində yaratdıqları və əldə etdikləri bilgiləri açıq tutmağa, bu bilgiləri verməyə borcludurlar. Müxbir isə nəinki dövlət qurumundan bilgi almağa nail olub, hətta ona həmin qurumun ərazisində işləməyə belə şərait yaratmayıblar.

Bir məlum həqiqət var ki, bilgi azadlığı media azadlığının həyati elementi, bel sütunudur. Ona lazım olan mənbədən gərəkli və dəqiq məlumatı ala bilməyən jurnalist ya dezinfrmasiya yayır, ya da üzərində işlədiyi mövzuyla bağlı dəqiq olmayan rəy yaradır. Əslində o, buna məcbur olur.

 

Ekspertlərin fikrincə, Azərbaycanda informasiya əldə olunmasında başlıca çətinlik məmurlarda həmin informasiyanın yayılıb ictimailəşməsindən yaranan qorxudan irəli gəlir. Adi obıvatel düşüncəsi ilə desək, “Allah xətirinə məndən nə pisliyimə, nə də yaxşılığıma yazma!”

Dövlət qurumları ilə əlaqə yaratmağın çətinliyinin bir səbəbi də bu və ya digər mətbu orqanlara ögey-doğma münasibətdir. Məsələn, noyabrın 14-də “Yeni Müsavat” qəzetinin müxbiri Ervin Mirzə Naxçıvan Ali Məclisi sədrinin qəbul otağına zəng edib son dövrdə Vasif Talıbov haqda dolaşan cürbəcür söhbətlərlə bağlı onun öz münasibətini öyrənmək istədi. Talıbovun köməkçisi nəinki onunla əlaqə yaratmağa kömək etdi, əksinə, müxbiri təhqir etməkdən belə çəkinmədi. İnformasiya əldə etmək azadlığının pozulması bir yana, təhqir olunmaq yəqin ki, heç kəsə xoş getməz. Səhəri gün isə yenidən həmin nöməryə zəng edən Ervin Mirzə ən azı təhqir olunmamaq üçün özünü iqtidaryönlü bir qəzetin müxbiri kimi təqdim edir. Düzdür, bu dəfə həmin köməkçi onunla hörmətlə danışır, amma yenə də lazım olan informasiyanı almaqda kömək etmir. Köməkçi ilə söhbətdə müxbirin öyrəndiyi ən maraqlı məqam isə Naxçıvan Ali Məclisi mətbuat xidmətində vur-tut bircə nəfərin işləməsi, onun da xəstəliyi ilə əlaqədar müalicəyə getməsi olur. Deməli, muxtar respublika ilə bğalı informasiya əldə etmək istəyən həmkarlarım bu günlər ərizində həmin şəxsin nə vaxt müalicədən qayıtmasını gözləməyə məcburdurlar.

“İnformasiya əldə etmək haqda” qanuna görə, üç ay ərzində, yəni bu ilin martınadək, bilgi sahibi olan dövlət orqanları, bələdiyyə qurumları, ictimai funksiyanı yerinə yetirən hüquqi şəxslər informasiya xidmətləri göstərən struktur bölmələri yaratmalıdır. Sənədin 32-ci və 56-cı maddələrinə görə isə bütün dövlət orqanları ən geci bir il ərzində internet informasiya ehtiyatları yaratmalı və informasiya növləri üzrə bilgiləri saytlarda yerləşdirməlidir. Elə Media Hüquqları İnstitunun direktoru Rəşid Hacılı “Media hüququ” kitabında bu məsələyə toxunaraq haqlı olaraq qeyd edir ki, “toplumun bilgiləri tez və asan əldə etməsi üçün qanun bilgi sahiblərində olan bilgilərin böyük bir hissəsini hər hansısa sorğu olmdan, internet vasitəsi ilə açıqlamağı tələb edir”.  

 

Real vəziyyətə baxaq. Bu gün Azərbaycanda nazirliklərin və dövlət komitələrinin hamısının internet saytları var. Amma gəlin görək, həmin saytın informasiya “daşıma və vermə” gücü hansı səviyyədədir?

Dünən, yəni noyabrın 18-də Azərbaycan Respublikası prezidentini saytı hesab edilən president.az saytına daxil oluruq. Və məlum olur ki, sayt müəllifləri iki gündür orda bircə informasiya da yerləşdirməyiblər. Halbuki bu iki gün ərzində İlham Əliyev Türkiyəyə səfr edib və orada xeyli görüşlər keçirib.

Və ya Daxili İşlər Nazirliyinin din.gov.az saytına baş çəkirik. Saytda “ən təzə xəbər” noyabrın 4-nə aiddir. Bundan başqa, maraq üçün saytın “axtarışda olanlar” linkinə də baş vururuq. Məqsəd bir qədər əvvəl Beyləqanda üç nəfəri qətlə yetirmiş Zaur Həziyev barədə məlumat almaq idi. Amma məlum olur ki, nəinki Zaur barədə məlumat var, linkin özü belə “işləmir”.

Həmin gün Səhiyyə Nazirliyinin mednet.az saytına da daxil oluruq. Məqsədimiz Azərbaycanda QİÇS-li xəstələrin sayını öyrənməkdir. Məlumatı isə ha axtardıqsa, tapa bilmədik. Hələ bu harasıdır, sayt sonuncu dəfə oktyabrın 19-da təzələnmişdi.

İqtisadi İnkişaf Nazirliyiynin esonomy.gov.az saytı isə, ümumiyyətlə, açılmadı. Amma maraqlısı bilirsinizmi nədir? Ekranda əvvələcə “Press-Reliz” sözü göründü. Noyabrın 18-i olmasına baxmayaraq, “Press-Reliz”in üzərində 19.11. 06. tarixi yazılmışdı. Görünür, saytın müəllifləri zamanı qabaqlamışdılar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eso.gov.az saytı sonuncu dəfə noyabrın 4-də yeniləşmişdi. Bu saytda ən maraqlı məqam hava proqnozu ilə bağlı idi. Belə ki, çöldə külək və yağışın əlindən dayanmaq mümükün olmadığı halda sayt müəllifləri Bakıda havanın 27 dərəcə isti olduğunu göstərmişdilər.

 

Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, jurnalistlərə münasibətdə ayrı-seçkilik də informasiya almaqda çətinlik yaradan amillərdəndir. Dövlət qurumları müxalifət qəzetlərinin əməkdaşlarının sorğularına çox zaman cavab vermirlər. Bu sətirlərin müəllifi bir neçə dəfə iqtidaryönlü qəzetlərin əməkdaşı kimi müraciət etdikdən sonra ona lazım olan informasiyanı ala bilib.

İnzibati Xətalar Məcəlləsində isə göstərilir ki, qanunvericiliklə qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiya verilməsi üzərinə məhduddiyyətlər qoymaq və ya informasiya verilməsindən imtina etmək olmaz. Buna görə hətta həmin qurum və ya məmur maliyyə vahidinin 60 mislindən 90 mislinədək miqdarda cərimə oluna bilər. Amma hüquqşünas Əli Təhməzlinin dediyinə görə, hələ indiyədək bir media mənsubunun infrormasiya ala bilmədiyi üçün məhkəməyə müraciət etməsi faktını xatırlamır. Bunun səbəbini isə hüquqşünas bəzi KİV işçilərinin özlərinin hüquqlarını yaxşı bilməməsi ilə izah edir: “Əgər bu və ya digər dövlət qurumu informasiya verməkdən imtina edirsə, onda jurnalist məhkəməyə müraciət edib, hüquqi yolla öz haqqını tələb edə bilər”.

 

İnformasiya məsələləri üzrə müvəkkilin təyinatının gecikməsi də bu məsələrdə mənfi rol oynayır. “İnformasiya əldə etmək haqda” qanunun çevik işləməsi üçün informasiya məsələləri üzrə müvəkkil institutunun yaraldılması vacib amillərdən biridir. Əslində qanun qəbul ediləndən 6 ay sonra müvəkil təyin edilməli idi. Amma nəinki bu təyinat reallaşıb, heç namizədlərin adı belə ictimaiyyətə açıqlanmayıb.  Müvəkkil vəzifəsini tutumaq üçün isə bir sıra şərtlər qoyulur. O, bu və ya digər siyasi güclərdən asılı olmayan, maraq qruplaşmalarına xidmət etməyən, peşəkar şəxs olmalıdır.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı qeyd edir ki, “informasiya məsələləri üzrə müvəkkilin önəmli ictimai funksiya yerinə yetirdiyini, hökumətin şəffaflığını təmin etmək sahəsində onun üzərinə böyük vəzifələr düşdüyünü, müvəkkilin həm prezidentin, həm parlamentin, həm də cəmiyyətin güclü dəstəyinə ehtiyac duyacağını, onun fəaliyyətində ictimai inamın böyük rolu olduğunu nəzərə almaqla namizədlərin öncədən hərtərfli müzakirə edilməsi, bütün irad və tövsiyələrin götür-qoy olunması böyük səmərə verə bilər”.

Azərbaycanda – elə media əhli arasında – bu posta təyin olunacaq kifayət qədər şəxs var. Ümid edirik ki, yaxın vaxtlarda ölkə başçısı həmin namizədi Milli Məclisə təqdim edəcək.

 

 

Yazı Media Hüquqları İnstitutunun

Almaniyanın Fridrix Ebert İnstitutu ilə

birgə təşkil etdiyi müsabiqəyə təqdim olunur

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV