Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet resursu: www.seferberlik.gov.az ünvanlı İnternet saytı hazırlıq ərəfəsindədir. Qurumun saytında e-xidmətlərin verilməsi onun üstünlüklərindən biridir. Qurumun saytında bəzi bölmələr dolu, bəziləri isə boşdur. Məsələn, qurumun strukturu, əsas rəhbərin müavinləri, aparat və digər struktur rəhbərləri haqda heç bir məlumat yoxdur. Büdcə, sahə işçilərinin əmək haqqı, rəhbər işçilərin tarif stavkası, qaynar xətt, qurumdaxili əmrlər, işə qəbulun norma və qaydaları, boş iş yerləri haqqında elanlar, tender və yarışmalarla bağlı məlumatlar saytda əks olunmur. Bütün bunları nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayıla bilər. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun struktur sxemi və aparat barədə bilgilər təqdim olunsaydıyaxşı olardı.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərintəqdim edilmədiyini nəzərə alsaq, əlavə tövsiyyəyə ehtiyac duyulmur. Yaxşı olardı ki, saytda əsas rəhbərin fotosunun ölçüsü bir az kiçildilərdi.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyyəyə ehtiyac duyulmur. Saytda Qaynar Xəttin yer tutması da yaxşı olardı.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunmur. Buna görə də bu sahənin dolğunlaşdırılmasına gərək duyulur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edilmir. Burada yalnız əsas rəhbərin qəbulu haqda elanları istisna etsək, saytda ümumiyyətlə rəhbər işçilər tərəfindən vətəndaşların qəbul günləri haqda heç bir məlumat yoxdur.
11. Tender və yarışmaların keçirilməsi elanları, qaydaları haqqında heç bir bilgi təqdim olunmur. Bu bölmənin də doldurulmasına ehtiyac var.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də əks etdirilmir. Buna görə də bu sahənin dolğunlaşdırılmasına da gərək duyulur.
13. Saytın texniki imkanları sırasına abunə imkanı və sosial şəbəkələrdə səhifəsi də əlavə olunsaydı yaxşı olardı.