Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet resursu: www.seferberlik.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet resursu: www.seferberlik.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet resursu: www.seferberlik.gov.az ünvanlı internet saytı hazırlıq ərəfəsində olduğu üçün tam dolğun deyil. Ona görə də, saytın bir çox bölmələri boşdur. Qurumun e-xidmətlər bölümünün ayrıca təqdim edilməsi təqdirəlayiq haldır. Sayt dolu olarsa zəngin görünər. Saytın onlayn yazışma forması da təqdim edilmişdir. Qurumun rəhbəri haqqında bioqrafik məlumatlar təqdim edilsə də, onun müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda bioqrafik məlumatlar verilmir. Qurumun büdcəsi, rəhbər işçilərin tarif stavkası haqqında da heç bir məlumat verilmir. Bundan başqa, qurumun saytında işə qəbul qaydaları, boş iş yerləri haqda elanlar, tender və yarışmaların elanları, tender və hərracların nəticələri, quruma gəlmək üçün ictimai nəqliyyat növləri, qurumdaxili əmr və qərarlar barədə heç bir bilgi yoxdur. Rəhbər işçilər tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında natamam bilgilər təqdim edilir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

 1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla bilər.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

 3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunmur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə müəyyən məlumat təqdim edilir.

 4. Rəhbər işçilər onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

 5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

 6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir.

 7. Qurum tərəfindən təklif edilən xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı öz əksini tapmışdır. Lakin qaynar xətt təqdim olunmur.

 8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə heç bir bilgi təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də saytda əks olunmur.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

 10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə  ətraflı məlumatlar təqdim olunmur.  Burada yalnız  əsas rəhbərin regional görüşlərdə vətəndaşları qəbul qaydaları haqda məlumatlar göstərilir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilmişdir.

 11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir qayda və elanlar  təqdim edilmir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları  barədə də  heç bir məlumat təqdim edilmir.

 12. Növbəti təqdim edilməyən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

 13. Saytın texniki imkanları sırasında abunə imkanı və sosial şəbəkələrdə səhifəsinin olmaması da diqqətdən qaçmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV