Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəsmi İnternet resursu:kivdf.gov.az ünvanlı İnternet saytı hələ də hazırlıq ərəfəsindədir demək olar. Saytda Azərbaycan Respublikasının dövlət himni, Qarabağ, 20 Yanvar, Milli bayramlar haqda və başqa tarixi bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Yəni saytın funksionallığı, e-xidmətlərin təqdim edilməsi diqqət çəkir. Bütün bunlarla bərabər saytda hələ xeyli bilginin çatışmadığı da gözdən qaçmır. Qurumun saytında dövlət qurumuna getmək üçün ictimai nəqliyyat barədə heç bir məlumat yoxdur. İşə qəbul qaydaları, işə qəbulla bağlı elanlar, boş iş yerləri haqqında məlumata rast gəlinmir. Bundan başqa, qurumun tender elanlarına da rast gəlinmir. Tender və yarışmalarla bağlı heç bir məlumat saytda yer almır. Saytın büdcəsi, sahə işçilərinin əmək haqqı, rəhbər işçilərin tarif stavkası barədə də məlumat yoxdur. Qurumun sosial şəbəkələrdə səhifəsi mövcud deyil. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərlərindən yalnız rəhbər haqqında bilgi verilsə də, kollegiya haqqında heç bir bioqrafik bilgiyə rast gəlinmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları haqqında məlumat verilir. Qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun strukturu barədə təəssüf ki, heç bir bilgi təqdim edilmir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Əsas rəhbərin bioqrafiyası təqdim edilsə də, onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Ancaq qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) barədə məlumata rast gəlinmir. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgi təqdim olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi əks etdirilir. Çatışmayan yalnız qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsidir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmir.
9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə verilən bilgi yetərli səviyyədədir.
11. Daha bir əks etdirilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqda heç bir məlumat təqdim olunmur.
12. Qurumunun norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilərin heç birisi saytda öz əksini tapmamışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Saytın sosial şəbəkələrdəki səhifəsi kifayət qədər aktivdir. Saytın abunə imkanı çatışmır.