Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun:www.anfes.gov.az ünvanlı İnternet saytı bəzi bölmələrin dolğunluğu ilə diqqəti cəlb edir. Məsələn, sahibkarlıq fəaliyyəti ilə bağlı, kredit məsələləri ilə əlaqəli bir çox məsələlər barədə saytdan məlumat almaq mümkündür. Hətta qurumunm saytında hər kəs sahibkarlıq fəailəyyəti göstərməyə elə formada dəvət olunur ki, ziyarətçinin könlündən elə məhz sahibkar olmaq keçir. Təbii ki, bütün bunlar qurumun inandırıcı fəaliyyətinin nəticədisidir. Lakin buna baxmayaraq, saytda bir çox sahələr üzrə heç bir məlumatın olmaması da diqqətdən qaçmır. Bu da yuxarıda qeyd etdiyimiz kimi, rəhbər işçilərin bioqrafiyası, tarif stavkası, sahə işçilərinin əmək haqları, tender və yarışmaların elanları, boş iş yerləri haqda elanlar və s. barədədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılaca bilər. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında isə digər çatışmayan bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin, əks əlaqə imkanlarının da təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Qaynar xəttin mövcudluğu, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunmur. Buna görə də bu sahənin dolğunlaşdırılmasına ehtiyac var.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün burada da əlavə tövsiyə verilmir.
11. Tender və yarışmaların keçirilməsi elanları, qaydaları və nəticələri ilə bağlı bilgilər təqdim olunmur. Yaxşı olardı ki, bu sahə haqda məlumatlar təqdim edilsin.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları sırasına abunə imkanı, sosial şəbəkələrdə səhifəsi və axtarış sisteminin işlək olması da təmin olunsaydı yaxşı olardı.