Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az və www.health.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Səhiyyə  Nazirliyinin www.sehiyye.gov.az və www.health.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Qurumun saytında əvvəlki illərlə müqayisədə xeyli müsbət dəyişikliklər nəzərə çarpır. Xüsusən də, Elektron Səhiyyə portalının yaradılması təqdirəlayiq haldır. Portaldan bir çox məlumatları əldə etmək mümkündür.
Saytın dolğunlaşdırılmasına ehtiyac duyulan sahələr haqda aşağıda öz tövsiyələrimizi verəcəyik. Ümumi götürdükdə isə, çatışmayan bilgilər bunlardır: Məsələn, qurumun rəhbəri və müavinləri haqda saytda heç bir bioqrafik bilgiyə rast gəlinmir. Ünvana gəlmək üçün marşrut və nəqliyyat növü təqdim olunmayıb. Qurumda tibb müəssisələrinin və regional bölmələrin ünvanları, rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar da təqdim edilməyən bilgilərdəndir. Tibbi Yardımın Təşkili bölməsində səhiyyə müəssisələri sahəsi boşdur. Quruma aid hər hansı şəhər və ya rayon xəstəxanası, poliklinikaları, onların ünvanları, telefon nömrələrinin və rəhbərlərinin göstərilməsi vacib sayılır.Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir məlumat əks etdirilmir. Həmçinin,  quruma daxil olan büdcədənkənar vəsaitlər barədə də məlumat verilməyib. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Tender və yarışmaların keçirilməsi ilə bağlı yeganə təqdim edilən bilgi qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədədir. Təəssüflər olsun ki, o da yetərli sayılacaq səviyyədə deyil. Qurumun Elektron Kitabxanasında və Resurs Mərkəzində səhiyyə sisteminə aid kitabların elektron versiyası yerləşdirilsə də, bu kitabların içində Azərbaycan alimlərinin və həkimlərinin kitablarına rast gəlinmir. Halbuki, Azərbaycanda kifayət qədər səhiyyə sahəsində elmi araşdırmalar aparan, kitablar yazan tibb işçilərimiz, həkim və alimlərimiz mövcuddur. Yaxşı olardı ki, elekton kitabxanada Azərbaycan həkimlərinin də kitabları təqdim ediləydi. Saytda abunə imkanının olması da tövsiyə edilir.

1. Səhiyyə nazirliyinin tarixi və qurumun əsasnaməsi haqqında bilgi mövcud olduğu üçün bu barədə tövsiyəyə ehtiyac yoxdur. Dövlət qurumunun rəhbəri, onun müavinləri, kollegiya üzvləri haqda bioqrafik bilgilərin verilməsi tövsiyə olunur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun və strukturlarının yerləşdiyi ünvana getmək üçün marşrut növünün təqdim olunması tövsiyə olunur.

3. Qurumun ümumi strukturu və strukturlarla əlaqə vasitələri mövcud olduğu üçün heç bir tövsiyəyə ehtiyac duyulmur.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə baxımından qurumun rəhbəri və müavinləri barədə, həmçinin kollegiya üzvləri barədə bioqrafik məlumatların və onlarla əlaqə vasitələri, həm  telefon, həm də onlayn əlaqələrin təqdim edilməsi tövsiyələr sırasındadır.

5. Dövlət qurumu həyata keçirdiyi proqram və layihələrlə bağlı məlumatları həm saytda, həm də sosial şəbəkələrdə göstərmişdir. Bu üzdən də bu barədə əlavə tövsiyəyə gərək duyulmur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmədiyi üçün bu bilgilərə ehtiyac var. Həmçinin, quruma daxil olan büdcədənkənar vəsaitlər barədə məlumat verilməsi tövsiyə olunur.

7. Qurumun təklif etdiyi mütləq xidmətlər, onlayn müraciət, qaynar xətt mövcud olduğu üçün bu kriteriya üzrə tövsiyəyə lüzum görülmür.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulla bağlı, həmçinin boş iş yerləri haqda bilgi ətraflı verildiyi üçün bu sahədə də tövsiyəyə ehtiyac yoxdur.

9. Qurumun rəhbəri, onun müavinləri və struktur bölmələrinin rəhbər işçilərinin mövcud tarif stavkasının göstərilməsi tövsiyələr sırasındadır.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları göstərildiyi üçün əlavə tövsiyəyə də ehtiyac yoxdur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı isə tenderlərin keçirilməsi haqda elanlar təqdim olunsa da, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə olan məlumatların saytda yerləşdirilməsi tövsiyə olunur.

12. Dövlət qurumunun cari norma- (qanun) yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) mövcuddur.  Bununla yanaşı cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.

13. Saytın texniki imkanları sırasına isə abunə imkanının da daxil edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV