Iqtisadi Inkşaf Nazirliyinin www.economy.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
30 iyun 2007
Iqtisadi Inkşaf Nazirliyinin www.economy.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılmış və monitorinqin nəticələri aşağıda verilib:
Iqtisadi Inkşaf Nazirliyinin haqqında ümumi məlumatlarSayt struktur, dizayn və informasiyanın həcmi baxımından zəif qurulmuşdur. Sayt əsasən dörd menyu blokundan ibarətdir və menyularda nəzərdə tutulan bəndlər müvafiq qanun tərəfindən tələb olunan bir çox məsələləri əhatə etmir.
Həmin səhifənin “Nazirlik” menyusunda rəhbər işçilər haqqında məlumat göstərilməsi nəzərdə tutulsa da səhifələr boşdur. Bundan başqa Iqtisadi Inkşaf Nazirliyinin öz struktur sxemi və nazir müavinləri haqqında məlumat verilməyib. Nazir haqqında isə qısa tərcümeyi-hal verilmiş onun elektron ünvanı, telefonu ümumiyyətlə heç bir əlaqə forması göstərilməyib. Digər “Əlaqə” blokunda İqtisadi İnkişaf Nazirliyinin tabeliyində olan qurumların adı yazılıb və bir çoxuna keçid və digər əlaqə forması göstərilməyib.
Bu Blokda eyni zamanda aşağıdakı çatışmazlıqlar qeydə alınıb:
• Nazirliyin aparatı və ona tabe olan qurumların fəaliyyəti ilə bağlı məlumata az yer verilib.
• Boş iş yerləri, işə qəbul qaydaları verilməyib.
• Ştat cədvəlləri və ona uyğun əmək haqları saytda göstərilməyib.
• Əmr, sərəncam və qərarlar saytda nəzərdə tutulmayıb.
Iqtisadi Inkşaf Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozlarıNazirliyinin fəaliyyəti barədə hesabatların, büdcə və büdcə prognozlarının saytda işıqlandırılması məsələsini analiz edərkən məlum olmuşdur ki, əsas müsbət cəhətlərdən biri nazirliyinin fəaliyyəti barədə hesabatın yerləşdirilməsi və iqtisadi xəbərlərin yeniləşməsidir. Bundan başqa ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələrinin sənədlər toplusu şəklində verilməsidir. Buna baxmayaraq həmin xəbərlər həcm baxımdan azdır, aparatın tam fəaliyyətini əhatə etmir. Saytda informasiya sorğularına cavab verən infrastruktur, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları yoxdur. Informasiya sorğuları üçün məsul şəxs göstərilməyib. Saytda beynəlxalq təşkilatlara keçid qoyulsa da beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar nəzərdə tutulmayıb.
Bunlarla yanaşı saytda qanunvericiliyin tələb etdiyi aşağıdakı məqamlar öz əksini tapmayıb:
• Nazirliyin malik olduğu İnformasiya resursları haqqında məlumat yoxdur;
• Şikayət, təklif və sorğuların icmalı yoxdur;
• Ümumiləşdirilmiş statistik məlumatlara rast gəlinmir;
• Dövlət satınalmaları, Tenderlər, Müsabiqələr haqqında məlumatlar yerləşdirilməyib;
• Nazirliyə ayrılmış dövlət büdcəsinin və büdcənin icrası;
• Kütləvi tədbirlər keçirilməsi və onun proqramları;
Göstərilən xidmətlərə dair məlumatlar.1. Müsbət hal kimi saytda bir çox məsələlərin hüquqi həllini tapmaq üçün istifadə olunan sənədlər toplusunun ətraflı verilməsini qiymətləndirmək olar. Lakin burada isə sənədlərin açılışı çox keçidli və “word” formatında verilib. Bu da sənədin yükləmə sürətini azaldır..
2. “OnLine” xidməti yoxdur.
3. Xidmətlərin, lisenziyaların əldə olunması, rüsumlar və icazələrlə bağlı yetərli informasiyalar yoxdur.
Sayt olan texniki tələbatlar 1. Saytın ingilis dilli versiyasında səhifələr doldurulmayıb.