Iqtisadi Inkşaf Nazirliyinin rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
30 iyun 2007
İqtisadi Inkşaf Nazirliyinin www.economy.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılmış və onun fəaliyyətinin təkmilləşdirilməsi üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bir sıra tövsiyələr verilmişdir:
İqtisadi Inkşaf Nazirliyini haqqında
1. İqtisadi Inkşaf Nazirliyinin rəsmi internet saytının daha mükəmməl və vətəndaşların lazımı informasiya tələbatının ödənilməsi üçün saytda yeni səhifələr artılaraq qanunvericiliyin tələb etdiyi informasiya yerləşdirilməlidir. Yaxşı olardı ki, baş səhifədə nazirliyin tarixi, ona tabe olan bölmələrin struktur sxemi, rəhbər işçilər haqqında məlumatlar verilsin. Eyni zamanda yaxşı olardı ki, həmin məlumata elektron ünvan, telefon, faks nömrələri və vətəndaşların qəbul qrafiki daxil ediləydi.
2. Saytda çox keçidli addımları azaltmaq üçün baş səhifədə menyu blokunu genişləndirmək məsləhətdir. Daha doğrusu “Nazirlik” blokunun alt bəndlərini geniş verib nazirlik aparatının və ona tabe olan qurumların fəaliyyəti ilə bağlı məlumatları artırmaq olar.
3. Saytda ştat cədvəlləri və ona uyğun əmək haqları göstərilmədiyi üçün yeni menyu yaradaraq bu məlumatın daxil edilməsi yaxşı olardı.
4. Hazırda iş axtaranların çoxu internet saytlarına müraciət edirlər. Ona görə də saytda boş iş yerləri, işə qəbul qaydalarının verilməsi məqsədə uyğun olardı.
5. Vətəndaşlara iqtisadi sektorunda gedən prosesləri çatdırmaq üçün mütəmadi olaraq nazirliyin öz əmr, sərəncam və qərarları saytda yerləşdirilsə istifadəçilərə maraqlı olardı. Eyni zamanda belə məlumatın verilməsi İqtisadi Inkşaf Nazirliyinin cari fəaliyyəti haqqında tam təəssürat yaratmış olardı.
İqtisadi Inkşaf Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları1. Qeyd etdiyimiz kimi saytda xəbərlər bloku var və mütəmadi yeniləşir. Ancaq həmin xəbərlər həcm baxımdan az olduğu üçün nazirliyin gündəlik fəaliyyəti haqqında məlumatı genişləndirmək işin xeyrinə olardı. Yaxşı olardı ki, bu məlumatlara digər səlahiyyətli rəhbər işçilərin bu sahədə etdiyi çıxışları və kütləvi tədbirlər, onun proqramları əlavə olunaydı.
2. İnternetin ən üstün cəhətlərindən biri informasiyanın sürətlə ötürülməsidir. Ona görə vətəndaşlar tərəfindən edilən şikayət, təklif və sorğuları yerindəcə qəbul edib, sürətli emalı üçün saytda belə bir blokun daxil edilməsi əvəzolunmazdır. Bundan başqa yaxşı olardı ki, ümumiləşdirilmiş statistik məlumatlar verilsin.
3. Dövlət satınalmaları , Tenderlər , Müsabiqələr haqqında məlumatların da qabaqcadan saytda yerləşdirilməsi faydalı olardı
4. Nazirliyə ayrılmış dövlət büdcəsinin və onun xərclənməsi barədə hesabatların saytda yerləşdirilməsi faydalı olardı.
Göstərilən xidmətlərə dair məlumatlar. Vətəndaşlar üçün gərəkli olan vasitələrdən biri də interaktiv xidmətlərin göstərilməsidir. Təəssüf ki, saytda bu imkan yaradılmayıb. Yaxşı olardı ki, bunu nəzərə alaraq belə bir xidmətin təşkili üçün sayta interaktiv xidmət bloku artırılsın, “OnLine” müraciət imkanı təşkil olunsun
Sayt olan texniki tələbatlar 1. Saytın ingilis dilli versiyasında boş səhifələr doldurulması tövsiyə olunur.