Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Gömrük Komitəsinin www.az-customs.net rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSIYƏLƏR

posted by

Gömrük Komitəsinin www.az-customs.net rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
05 iyul 2007

Gömrük Komitəsi www.az-customs.net domen adlı rəsmi internet saytının monitorinqinin yekunu olaraq  SAYTIN fəaliyyətinin təkmilləşdirilməsi üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bəzi tövsiyələr hazırlanıb:

Gömrük Komitəsi haqqında 1. Saytın ilk baş səhifəsində yerləşdirilən xəbərlər vaxtaşırı yeniləşməsi zəruridir
2. Gömrük Komitəsinin yaranma tarixi barədə və yarandığı gündən rəhbərlik etmiş şəxslər haqqında məlumat istifadəçilər üçün maraqlı olardı.
3. Saytda göstərilmiş Gömrük Komitəsinin sədrinin və müavinlərinin yalnız adı, xidməti telefon nömrəsi rəhbər işçilər haqqında tam təəssürat yaratmır. Ona görə yaxşı olardı ki, əksər rəhbər işçilərin adları, soyadları, təhsil və ixtisasları barədə ətraflı məlumatlar həmin səhifəyə əlavə olunaydı.
4. Zəruri şərtlərdən biri orqanın ştat cədvəli və boş iş yerlərinin, işə qəbul qaydalarının göstərilməsidir. İş axtaran mütəxəssislərin əksəriyyətinin internet saytlara müraciət etməsini nəzərə alaraq belə bir imkandan istifadə edərək həmin məsələnin həllinə nail olmaq olardı.
5. Bundan başqa komitənin öz daxili əmr, sərəncam və qərarların saytda yerləşdirilməsi yuxarıda qeyd etdiyimiz kimi cari fəaliyyətin, qarşıya çıxan məsələlərin vaxtında həllinin tapılmasının göstəricisidir.
6. Yaxşı olardı ki, öz sahəsində dövlət sirri təşkil edən məlumatlar saytda yerləşdirilsin.

Gömrük Komitəsinin fəaliyyəti barədə. Büdcə və büdcə prognozları
1. Dövlət  satınalmaları haqqında,  ayrılan Qrantlar haqqında, bu qrantların icrası istiqamətində  digər  hüquqi-fiziki  şəxslərlə  bağlanmış  Müqavilələr  haqqımda , Tenderlər  və onların nəticələri  haqqında  informasiyaların  saytda  yerləşdirilməsi  faydalı olardı
2. Komitəyə ayrılmış dövlət büdcəsinin və onun xərci barədə hesabatların verilməsi yaxşı olardı.
3. Komitəyə məxsus İnformasiya resursları haqqında məlumatlar  da  saytda yerləşdirilməsi faydalı olardı

Göstərilən xidmətlərə dair məlumatlar
1. Qeyd etmək lazımdır ki, saytda göstərilən xidmətlərə aid  informasiya “Gömrük proseduraları”, “Gömrük tarifləri” bölümündə yerləşdirilmişdir.   Belə ki, Gömrük Komitəsi  tərəfindən göstərilən tariflər, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər dair məlumatlar saytda ətraflı verilmişdir. Yaxşı olardı ki, həmin məlumatlarda rüsumlar və icazələrlə  bağlı formalar və onların doldurulmuş nümunələri daha ətraflı izah olunaydı.
2. OnLine  xidmətlərin  göstərilməsi  faydalı olardı
3.  Əlaqə digər interaktiv əlaqə xidmətləri də  təşkil olunsa yaxşı olardı.

Sayta olan texniki tələbatlar
1. Saytın “Video materiallar” bölümündə heç bir video effekt verilməyib. Video materialların yerləşdirilməsi saytı daha maraqlı və görünüşlü edərdi.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV