Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Gömrük Komitəsinin www.az-customs.net domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Gömrük Komitəsinin www.az-customs.net domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

05 iyul 2007

Gömrük Komitəsinin  www.az-customs.net  domen adlı rəsmi internet saytının monitorinqi aparılıb.. Məlum olmuşdur ki, sayt dövlət saytlarının prinsiplərinə uyğun olaraq yaradılmış və Gömrük Komitəsinin fəaliyyətini əhatə edir. Sayt struktur və dizayn baxımından normal olmaqla yanaşı bəzi çatışmayan cəhətləri vardır. Monitorinqin nəticəsi kimi aşağıdakıları qeyd etmək olar:

Gömrük Komitəsi  haqqında Sayt standart menyulardan təşkil olunaraq Gömrük Komitəsinin fəaliyyətini əhatə edir. Belə ki, bu menyular gömrük sahəsinin ayrı-ayrı bölmələri haqqında geniş informasiyanı özündə cəmləyir.  Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı gündəlik informasiya “baş səhifə” menyusunda verilib. Saytın digər “Gömrük Komitəsi” menyusunda rəhbərlik, mərkəzi aparat və  sistemə daxil olan gömrük orqanları və təşkilatları haqqında bilgilərin verilməsi göstərilib. Burada sistemə daxil olan gömrük orqanları və təşkilatları haqqında məlumatlar normal səviyyədədir. Yəni Gömrük Komitəsinin və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar və normativ hüquqi aktlar öz əksini tapıb. Eyni zamanda həmin orqanların əlaqə telefonu göstərilib. Bunlarla yanaşı qanunun tələblərinə uyğun olaraq hazırlanmış metodologiyaya əsasən saytda Gömrük Komitəsi  haqqında bilgilər tam təsvir olunmur. Saytda nəzərə alınmayan tələblər aşağıdakılardır:
1. Gömrük Komitəsinin cari fəaliyyəti haqqında   xəbərlər gündəlik yeniləşmir.
2. Gömrük Komitəsinin yaranma tarixi barədə informasiya yoxdur.
3. Rəhbər işçilərdən yalnız sədr və onun müavinlərinin adları və xidməti telefon nömrələri göstərilib. Burada onların və digər vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə ətraflı məlumatlara yer ayrılmayıb.
4. Saytın çatışmayan cəhətlərindən biri də ştat cədvəllərinin və boş iş yerlərinin, işə qəbul qaydalarının göstərilməməsidir.
5. Bundan başqa komitənin öz daxili əmr, sərəncam və qərarlar, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı yoxdur.

Gömrük Komitəsinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları
Saytın Gömrük Komitəsinin gördüyü işlərin və gömrük sahəsində istifadəçiləri maraqlandıran məsələlərin: Azərbaycan Respublikasının qanunları, Ali Məhkəmənin qərarları, beynəlxalq müqavilələr, Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin sənədləri, Dövlət Gömrük Komitəsinin sənədləri, Konstitusiya Məhkəməsinin qərarları, Maliyyə Nazirliyinin normativ sənədləri, Milli Məclisin qərarları, Müxtəlif nazirlik və idarələrin sənədləri, Nazirlər Kabinetinin qərarları, sərəncamları, Prezidentin sərəncamları və fərmanlarının verilməsi  bölməsi təşkil olunub. Ancaq burada hər yeni səhifədən geriyə qayıdış nəzərdən qaçmışdır.
 Saytda şikayət, təklif və sorğuların icmalının verilməsini müsbət cəhət kimi qiymətləndirmək olar. Eyni zamanda informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları qoyulan tələblərə uyğun gəlir. Yaxşı haldır ki, saytda illərə görə ümumiləşdirilmiş statistik məlumatlar, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiya, dövlət orqanının səlahiyyətli  nümayəndələrinin çıxışları geniş əksini tapmışdır. Bütün müsbət cəhətləri ilə yanaşı  bəzi dövlət saytlarına olan tələblərə uyğun olaraq aşağıda göstərilən iradlar burada da öz həllini tapmamışdır.:

1. Özünə  aid olan informasiya  resursları;
2. Dövlət satinalmalari, Verilən kreditlər və qrantlar, onların şərtləri və istifadəsi,Tenderə çıxarılacaq sahələr və s
3. Nazirliyə ayrılmış dövlət büdcəsinin və onun xərci barədə hesabat;

Göstərilən xidmətlərə dair məlumatlar
1. Qeyd etmək lazımdır ki, saytda qanunun uyğun tələblərinə görə göstərilən xidmətlərə aid  informasiya “Gömrük prosedurları”, “Gömrük tarifləri” bölümündə yerləşdirilmişdir.   Belə ki, Gömrük Komitəsi  tərəfindən göstərilən tariflər, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər dair məlumatlar saytda ətraflı verilmişdir.
2.  İnteraktiv əlaqə xidmətləri v ə OnLine xidmətlər təşkil olunmayıb. 

Sayta olan texniki tələbatlar
1. Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.
2. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi və  xəbərlərə abunəçilik sistemi yaradılıb.
3. “Faydalı istinadlar” menyusunda digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər təşkil edilib.
4. Saytın “Video materiallar” bölümündə heç bir video effekt verilməyib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV