Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Milli Məclisin www.meclis.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Milli Məclisin www.meclis.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Milli Məclisinin www.meclis.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, əvvəlki illərlə müqayisədə xeyli irəli gedə bilib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Qurumun tarixi, rəhbərləri haqda bioqrafik məlumatlar, ünvanı, əlaqə vasitələri, onlayn müraciət forması, quruma getmək üçün ictimai nəqliyyat, vətəndaşların qəbul günləri, mətbuat üçün açıqlamalar, qurum tərəfindən təklif edilən mütləq xidmətlər,  qurumun norma  yaratma fəaliyyəti, qurumun həyata keçirdiyi proqram və layihələr haqda ətraflı məlumat verilir. Sayt özü bütövlükdə zəngindir. Saytda çatışmayan bilgilər – qaynar xəttin  və  abunə imkanının yoxluğu əks əlaqənin bir qədər zəif qurulmasına səbəb olur. Qurumun büdcəsi, rəhbər işçilərin tarif stavkası, işə qəbulun hüquqi bazası, boş iş yerləri haqqında elanlar, tender və yarışmalar barədə elanlar,  tender və yarışmaların nəticələri haqda saytda heç bir bilgi verilmir. Sosial şəbəkələrdən fasebook sosial şəbəkəsində Milli Məclis adı ilə 3-4 saxta profil fəaliyyət göstərsə də, qurumun sosial şəbəkədə rəsmi səhifəsi yoxdur. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Bununla belə, saytda xeyli çatışmazlıqlar da müşahidə edilməkdədir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir.

Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

  1. Dövlət qurumunun tarixi, rəhbərləri və  kollegiya haqqında bilgilər, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və nizamnamə ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
  2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanlarının əlaqə bölməsində yerləşdirilməsi, ümumiyyətlə qurumun ayrıca əlaqə bölməsinin daxil edilməsi tövsiyə olunur.
  3. Qurumun strukturu barədə təqdim edilmiş bilgilər sırasına qurumun strukturunun ümumi sxeminin də əlavə edilməsi tövsiyə olunur.
  4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edilməsini nəzərə alsaq, bu bölmə haqda əlavə tövsiyə söylənilmir.
  5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərlidir. Mətbuat üçün açıqlamalar və onların yenilənməsi də intensiv olduğu üçün  əlavə bir tövsiyəyə gərək yoxdur.
  6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, həmçinin büdcədənkənar daxilolmalar haqqında da bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
  7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər haqqında bilgilər yetərli sayılır sadəcə qaynar xəttinin əlavə edilməsi tövsiyə olunur.
  8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, işə qəbul qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin saytda yerləşdirilməsi tövsiyə olunur.
  9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də saytda yer alması töviyələr sırasındadır.
  10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün əlavə heç bir tövsiyə verilmir.
  11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə  heç bir məlumat təqdim edilmir. Bu məlumatların saytda yer alması tövsiyə olunur.
  12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilər təqdim edildiyindən heç bir tövsiyə söylənilmir.
  13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Burada sayta  abunə imkanının hazırlanması və sosial şəbəkələrdəki səhifəsinin qurulmasına ehtiyac duyulur. Məhz, qurumun facebook sosial şəbəkəsində rəsmi səhifəsinin olmaması səbəbindəndir ki, qurumun adı ilə  4 saxta profil fəaliyyət göstərir. Bu məsələyə diqqət ayrılması tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV