Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Milli Məclisin www.meclis.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Milli Məclisin www.meclis.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Milli Məclisinin www.meclis.gov.az ünvanlı İnternet saytı əvvəlki illərdən fərqli olaraq hazırda daha dolğun və daha funksional şəkildə təqdim edilməkdədir. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğun olsa da, bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqət çəkir.  Məsələn, qurumun tarixi, rəhbərləri haqda bioqrafik məlumatlar, ünvanı, əlaqə vasitələri, onlayn müraciət forması, quruma getmək üçün ictimai nəqliyyat, vətəndaşların qəbul günləri, mətbuat üçün açıqlamalar, qurum tərəfindən təklif edilən mütləq xidmətlər,  qurumun norma  yaratma fəaliyyəti, qurumun həyata keçirdiyi proqram və layihələr haqda ətraflı məlumat verilir. Sayt özü bütövlükdə zəngindir. Saytda Azərbaycanın dövlət atributları, Konstitusiya, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda geniş məlumatların təqdim edilməsi təqdirəlayiq haldır. Saytda çatışmayan bilgilər – qaynar xəttin  və  abunə imkanının yoxluğu əks əlaqənin bir qədər zəif qurulmasına səbəb olur. Qurumun büdcəsi, rəhbər işçilərin tarif stavkası, işə qəbulun hüquqi bazası, boş iş yerləri haqqında elanlar, tender və yarışmalar barədə elanlar,  tender və yarışmaların nəticələri haqda saytda heç bir bilgi verilmir. Sosial şəbəkələrdən fasebook sosial şəbəkəsində Milli Məclis adı ilə 3-4 saxta profil fəaliyyət göstərsə də, qurumun sosial şəbəkədə rəsmi səhifəsi yoxdur.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Dövlət qurumunun tarixi, rəhbərləri və  kollegiya haqqında bilgilər, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və nizamnamə ilə bağlı bilgilər yetərli səviyyədə əks etdirilmişdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar – qurumun yerləşdiyi ünvan və  quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər təqdim edilsə də, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları əlaqə bölməsində deyil, başqa bölmələrin içində verilmişdir. Ümumiyyətlə qurumun ayrıca əlaqə bölməsi yoxdur.

3. Qurumun strukturunun ümumi sxeminə rast gəlinməsə də,  qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər –  aparat, qurumun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatlar da saytda əks etdirilmişdir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, struktur rəhbərlərinin bioqrafiyası və onlarla əlaqə imkanları təqdim edilir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Həmçinin, mətbuat üçün açıqlamalar və onların yenilənməsi də intensivdir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalar haqqında da heç bir məlumata rast gəlinmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Burada çatışmayan yalnız qaynar xəttin olmamasıdır

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərə rast gəlinmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də hər hansı bir bilgi təqdim edilmir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə  heç bir məlumat təqdim edilmir.

12.  Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilər öz əksini tapmışdır. Həmçinin bütün mümkün normativ aktların layihələri barədə bilgilər də təqdim edilir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Saytda  əlaqə bölməsi, abunə imkanları və sosial şəbəkələrdə səhifəsi təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV