Saturday 23rd November 2024,

2015

Ξ Leave a comment

Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az ünvanlı İnternet saytı müəyyən qədər dolğun və daha təkmil olması diqqəti cəlb edir. Üstəlik, saytda e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir.

Yuxarıda qeyd etdiyimiz kimi, sayt Azərbaycan Dövlət Himninin müşayiəti ilə açılır. Saytın ön səhifəsində Azərbaycanın dahi şair, bəstəkar və tanınmış simalarının şəkillərindən hazırlanmış slaydşou göz oxşayır ( Nizami Gəncəvi, M.Füzuli, İ. Nəsimi, Üzeyir Hacibəyov, Qara Qarayev,  Niyazi).

Qurumun strukturunun sxeminin olması, rəhbərliklə əlaqə, rəhbərliyin bioqrafik, onlayn əlaqə, rəhbər şəxslərlə əlaqə saxlamaq üçün bütün mümkün telefon əlaqə vasitələri, qurumun ünvanı, mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və nizamnamələr, etik davranış qaydaları, sosial şəbəkələrdə səhifəsinin mövcudluğu, onlayn müraciət imkanı, elektron xidmətlərin olması, rəhbər işçilərin tarif stavkasının təqdimatı sytda öz əksini tapır. Qurumun abunə imkanının və qaynar xəttinin yoxluğu çatışmayan cəhətlərdəndir. Saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun büdcəsi və sahə işçilərinin əmək haqqı, tender elanları və işə qəbul qaydaları haqqında və boş iş yerlərinin elanları barədə  bilgilərə rast gəlinmir.

Bütün bunları nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum haqqında qurumun tarixi, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə, nizamnamə, qurumun rəhbərləri, kollegiya və aparat haqqında gərəkli bütün bilgilər saytda əks etdirildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilərlə yanaşı  qurumun ünvanı, marşrut və sxemi, həmçinin quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

3. Qurumun strukturunun ümumi sxemi,rəhbər və aparat işçilər haqda bioqrafik məlumatlar, struktur rəhbərləri və onlarla əlaqə saxlamaq üçün vasitələr də saytda öz əksini tapdığından bu sahə üzrə əlavə tövsiyəyə ehtiyac duyulmur.

4. Rəhbər işçilər, onlarla əks əlaqə baxımından da saytda lazımı bilgilər təqdim edilmişdir. Bu üzdən də əlavə tövsiyəyə gərək yoxdur.

5. Daha bir dolğun məlumatlar qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş informasiyalardır ki, əlavə tövsiyəyə gəərk duyulmur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə təqdim edilmiş yarımçıq bilgilərin tam şəkildə təqdim edilməsi və mövcud olmayan büdcədənkənar daxilolmalar haqda  məlumatların əks etdirilməsi tövsiyə olunur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Burada yalnız qaynar xətt imkanının əlavə edilməsi tövsiyə olunur.

8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, işə qəbulun norma və qaydaları barədə, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanların arxivi barədə də məlumatların təqdim edilməsi tövsiyələr sırasındadır.

9. Sahə işçilərinin əmək haqları barədə və  rəhbər işçilərin tarif stavkası barədə məlumatların saytda təqdim edilməsi tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar və  dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirildiyindən əlavə bir tövsiyə söyləməyə gərək qalmır.

11. Növbəti tövsiyə qurum tərəfindən tender və yarışmaların keçirilmə elanları, qaydaları barədəki bilgilərin yetərli sayıla biləcək həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi ilə bağlıdır.

12.  Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Bura  abunə imkanının da əlavə olunması sayəsində bu sahə dolğunlaşmış olar.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV