Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL\

posted by informadmin
Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL\

 Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az ünvanlı İnternet saytı dizayn baxımından digər saytlardan çox fərqlənir. Sayt Azərbaycan Dövlət Himninin müşayiəti ilə açılır.  Saytın ön səhifəsində Azərbaycanın dahi şair, bəstəkar və tanınmış simalarının şəkillərindən hazırlanmış slaydşou göz oxşayır ( Nizami Gəncəvi, M.Füzuli, İ. Nəsimi, Üzeyir Hacibəyov, Qara Qarayev,  Niyazi).

Qurumun   strukturunun sxeminin olması, rəhbərliklə əlaqə, rəhbərliyin bioqrafik, onlayn əlaqə, rəhbər şəxslərlə əlaqə saxlamaq üçün bütün mümkün telefon əlaqə vasitələri, qurumun ünvanı, mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və nizamnamələr, etik davranış qaydaları, sosial şəbəkələrdə səhifəsinin mövcudluğu, onlayn müraciət imkanı, elektron xidmətlərin olması, rəhbər işçilərin tarif stavkasının təqdimatı sytda öz əksini tapır. Qurumun abunə imkanının və qaynar xəttinin yoxluğu çatışmayan cəhətlərdəndir.  Saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun büdcəsi və sahə işçilərinin əmək haqqı, tender elanları və işə qəbul qaydaları haqqında və boş iş yerlərinin elanları barədə  bilgilərə rast gəlinmir.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurum haqqında qurumun tarixi, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə, nizamnamə, qurumun rəhbərləri, kollegiya və aparat haqqında gərəkli bütün bilgilər saytda əks etdirilmişdir.

2.  Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız qurumun ünvanı, marşrut və sxemi, həmçinin ünvana gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3.  Qurumun strukturunun ümumi sxemi,rəhbər və aparat işçilər haqda bioqrafik məlumatlar, struktur rəhbərləri və onlarla əlaqə saxlamaq üçün vasitələr də saytda öz əksini tapmışdır.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərə saytda rast gəlinir. Qurumla əlaqə saxlamaq üçün ümumi imkanlar da təqdim edilir.

5.  Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumdaxili əmrlər və qərarlar haqqlnda da məlumat verilir. Mətbuat üçün açıqlamalar və onların yenilənməsi baxımından xəbərləri intensiv saymaq olar.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər yarımçıq təqdim olunur.  Büdcədənkənar daxilolmalar haqqında da heç bir bilgi əks olunmur.

7.  Qurum tərəfindən təklif edilən xidmətlər barədə elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Qaynar xətt imkanı yoxdur.

8.  Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, həmçinin, işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, boş iş yerləri haqqında elanların arxivi barədə də hər hansı bir bilgiyə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə hər hansı bilgilərə rast gəlinmir. Həmçinin rəhbər işçilərin tarif stavkası barədə də heç bir məlumat mövcud deyil.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar saytda öz əksini tapmışdır. Həmçinin,  dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əks etdirilir.

11.  Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların və keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələrinin mübahisələrin həlli qaydaları  barədə isə  heç bir məlumat təqdim edilmir.

12. Daha bir təqdim edilən bilgilər qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri təqdim edilmişdir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirlir. Burada  abunə imkanı çatışmır. Qurumun sosial şəbəkələrdən facebook-da səhifəsi dolğun təqdim olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV