Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, dolğun bilgi təqdim edir. Nazirliyin saytında tarixi, rəhbəri, strukturu və kollegiya, alt qurum və tabe təşkilatları barədə məlumatlar təqdim olunur. Lakin alt qurumların heş birinin saytı mövcud deyil. Nazirliyin e-xidmətlər bölümü ayrıca təqdim edilir, onlayn yazışma forması, e-poçt-lar, bütün alt qurumların e-poçtları, telefon, faks, qaynar xətt, etik davranış qaydaları, vətəndaşların qəbul günləri, rəhbərliyin bioqrafiyaları təqdim edilən bilgilərdəndir.
Saytda diqqətimizi çəkən sahə qurumun Müəssisələrimiz adlı bölməsinin ayrıca təqdim olunmasıdır. Bu bölmədə quruma aid müəssisələrin ünvanları, onlayn yazışma formaları və barələrində qısa məlumatlar təqdim edilir. Lakin yaxşı olardı ki, həmin müəssisələrin ayrıca saytları da hazırlansın və qurumun saytından birbaşa həmin saytlara keçid olsun. Saytda e-xidmətlərin də ayrıca verilməsini onun üstünlüklərindən biri hesab etmək olar. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, rəhbərləri haqqında məlumatlar və kollegiya barədə bilgi verilir. Həmçinin, nazirliyin fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və nizamnamə də yetərincə təqdim edilib. Bu baxımdan da əlavə tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün çatışmayan yalnız qurumun marşrut sxemi və gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərdir ki, bu gilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir. Burada yeganə tövsiyəmiz tabe sturkturların ayrıca saytlarının hazırlanmasıc və nazirliyin saytından həmin saytlara birbaşa keçidin olması ilə bağlıdır.
4. Rəhbər işçilər onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Struktur bölmələrinin rəhbərləri, alt və tabe qurumların rəhbərləri ilə əks əlaqə imkanları da mövcud olduğundan əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Həmçinin, mətbuat üçün açıqlamalar və onların yenilənməsi baxımından da intensivlik diqqətimizdən yayınmadı. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər və həmçinin də büdcədənkənar daxilolmalar haqqında məlumatların da saytda yerləşdirilməsi tövsiyə edilir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə heç bir tövsiyəyə gərək duyulmur. Lazımi bilgilər saytda yer almışdır.
8. Növbəti tövsiyə isə dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, dövlət qurumunun işə qəbul qaydaları, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin təqdim edilməsi ilə bağlıdır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Bu üzdən də əlavə tövsiyə verilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı (tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə) məlumatların təqdim edilməsi tövsiyə olunur.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqında məlumatlar təqdim edilir. Bütün mümkün normativ aktların layihələri də saytda əks olunmuşdur. Buna görə də heç bir tövsiyə söylənilmir.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen rahatlığı və internet qaydalarına uyğunluğu da yaxşı səviyyədədir. Bundan başqa, sosial şəbəkələrdə aktiv səhifəsi də mövcuddur. Yalnız abunə imkanının yaradılması tövsiyə edilir.