Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəsmi İnternet resursu www.kivdf.gov.az ünvanlı İnternet saytı Kütləvi İnformasiya Vasitələrinin həyata keçirdiyi bütün layihələr haqda ətraflı bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Saytda e-xidmətlərin olması təqdirəlayiq haldır. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza – əsasnamə və nizamnamə haqqında bilgilər, qurumun rəhbərləri, əsas rəhbərin bioqrafiyası, qurumun ünvanı, onlayn əlaqə forması, telefon nömrəsi, quruma getmək üçün marşrut sxemi, vətəndaşları qəbul günü və qaydaları, mətbuat üçün açıqlamalar və onların tezliyi, qurum tərəfindən təklif edilən mütləq xidmətlər, sosial şəbəkələrdən facebookda aktiv səhifəsinin olması baxımından bilgi təqdim edilir. Bütün bunlarla bərabər, saytda hələ xeyli bilginin çatışmadığı da gözdən qaçmır. Qurumun saytında dövlət qurumuna getmək üçün ictimai nəqliyyat barədə heç bir məlumat yoxdur. İşə qəbul qaydaları, işə qəbulla bağlı elanlar, boş iş yerləri haqqında məlumata rast gəlinmir. Bundan başqa, qurumun tender elanlarına da rast gəlinmir. Tender və yarışmalarla bağlı heç bir məlumat saytda yer almır. Saytın büdcəsi, sahə işçilərinin əmək haqqı, rəhbər işçilərin tarif stavkası barədə də məlumat yoxdur. Lakin nəzərə alsaq ki, saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər.
Beləliklə, tövsiyələrimizi təqdim edirik
1. Qurumun haqqında bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgilərin əlavə edilməsi tövsiyə olunur.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) də təqdim edilsəydi, yaxşı olardı. Mətbuata açıqlamalar və onların tezliyi yetərli səviyyədədir. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgilər təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat, həmçinin büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda əks etdirilməsi tövsiyə olunur.
7. Yaxşı olardı ki, Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər sırasına, qaynar xətt nömrəsi də əlavə olunsun.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi saytda göstərilmir. Bu sahənin də dolğunlaşdırılması tövsiyələr sırasındadır.
9. Tövsiyələrdən biri də sahə işçilərinin əmək haqları barədə bilgilərin saytda yer alması ilə bağlıdır.
10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər saytda əksini tapır. Bu üzdən əlavə tövsiyə verilmir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi də tövsiyə olunur.
12. Qurumunun norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər saytda öz əksini tapmışdır. Bu sahədə də tövsiyə yoxdur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirlir. Qurumun saytına abunə imkanının hazırlanması gərəklidir.