Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Mərkəzi Bankın www.cbar.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Mərkəzi Bankın  www.cbar.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Mərkəzi Bankının internet resursu: www.cbar.az. ünvanlı İnternet saytı digər saytlarla müqayisədə  məlumat bolluğu ilə fərqlənir. Saytda Mərkəzi Bankın rəhbərliyi haqda geniş bilgilər, həmçinin, regional bölmələr haqqında bilgilər geniş şəkildə öz əksini tapmışdır. Qurumun ünvanı, qaynar xətti, elektron xidmətləri, xidmətlərdən istifadə qaydaları, ümumi və ayrı-ayrı əlaqə vasitələri yaxşı təqdim olunur. Bircə quruma gəlmək üçün nəqliyyat vasitələri haqda məlumata rast gəlinmir. Saytda maliyyə savadlılığı, pul siyasəti, milli valyutanın tarixi, elektron ödəniş sistemləri, hazırda işlək olan və dövriyyədən çıxarılmış əskinaslar barədə, aylıq inflyasiya icmalı, banklar haqqında qanun, elektron statistik baza, pul-kredit göstəriciləri, strateji plan- bir sözlə, o qədər bol məlumatlar öz əksini tapmışdır ki, ziyarətçi sayta daxil olduqda oranı tərk etmək istəmir. Bank işi ilə bağlı və bir çox lazımlı bilgilərlə əlaqədar saytda elə bol məlumatlar təqdim edilir ki, ziyarətçi özünə lazım olan bütün bilgilərə  burada asanlıqla cavab tapa bilir.  Bununla belə bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir.

Aşağıda qeyd edəcəyimiz tövsiyələrdə bu çatışmazlıqlara toxunacağıq:

1. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya, qurumun fəaliyyətini  həyata  keçirmək  üçün  qanunverici baza – əsasnamə və təlimatlar ilə bağlı təqdim edilmiş məlumatlar qaneedici sayılır. Bunun üçün də əlavə heç bir tövsiyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün yaxşı olardı ki, quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər də saytda yer alsın

3. Qurumun strukturu barədə təqdim edilmiş bilgilər yetərincə olduğundan heç bir tövsiyə söylənilmir.

4. Rəhbər  işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyəyə ehtiyac duyulmur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi tez-tez yenilənir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqda da bilgi verilir. Həmçinin, qurumdaxili əmrlər və qərarlar öz əksini tapmışdır. Bunun üçün əlavə bir tövsiyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.

7. Bankın təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda öz əksini tapmışdır.  Bü üzdən də əlavə tövsiyə verilmir.

8. Növbəti dolğun təqdim edilmiş və tövsiyəyə gərək duyulmayan bölmə dövlət qurumu və onun struktur bölmələrinə işə qəbul bölməsidir.

9. Çatışmayan bilgilərdən biri də sahə işçilərinin əmək haqları barədədir. Bu sahədə informasiya verilsəydi, yaxşı olardı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün bu sahədə əlavə tövsiyə verilmir.

11. Növbəti tövsiyə qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri haqda məlumatlar, həmçinin, elanlar verilsə də, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə informasiyaların da saytda yer alamsı ilə bağlıdır.

12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə tövsiyə verilmir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sosial şəbəkələrdə mövcud olan səhifələrin aktivləşdirilməsi və sayta abunə imkanının  da göstərilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV