Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Milli Elmlər Akademiyasının www.science.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Milli Elmlər Akademiyasının www.science.gov.az  domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının www.science.gov.az ünvanlı İnternet saytında Akademiyanın tarixi, alt qurumları və bölmələri, sabiq rəhbərləri haqda yetərli bilgi verilir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Qurumun sosial şəbəkələrdən fasebook,  tvitter və instagramda aktiv səhifələrinin olması, həmçinin, ayrıca bölmədə Akademiyanın institut və təşkilatlarının saytları təqdim olunur ki, bu da ziyarətçilərə xidmətin göstəricisidir. Bundan başqa, elm sahəsində həyata keçirilən layihələr, elanlar, müsabiqələr, mühüm  hadisələr saytda öz əksini tapmışdır.  Lakin saytda çatışmayan bölmələr də az deyildir. Məsələn, qurumun büdcəsi və onun icrası haqda, qurumun rəhbər şəxsləri tərəfindən qəbul günləri haqda, boş iş yerləri, işə qəbulun hüquqi bazası haqda heç bir məlumatın verilməməsi o dəqiqə diqqəti cəlb edir.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

  1. Qurum  tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun indiyə qədərki və indiki rəhbəri haqda kifayət qədər məlumat verilib. Kollegiya haqqında da bilgi qənaətbəxşdir. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
  2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün gərəkli bilgilər saytda əks etdirilir burada yalnız quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur ki, bun bilginin də əlavə edilməsi tövsiyə olunur.
  3. Qurumun strukturu barədə ətraflı bilgilər saytda yerləşdirildiyindən heç bir tövsiyəyə gərək duyulmur.
  4. Rəhbər işçilər, onlarla əks əlaqə, rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi yetərli sayılır. Bu bölmə üzrə də əlavə tövsiyə yoxdur.
  5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər kifayət qədər olduğunda tövsiyə verilmir.
  6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması tövsiyə olunur.
  7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bir tövsiyə var ki, o da qurumun saytında qaynar xətt nömrəsinin əlavə edilməsidir.
  8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edilməsi gərəkli olan bilgilərdəndir.
  9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.
  10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin əks etdirilməsi də tövsiyələr sırasındadır.
  11. Növbəti tövsiyyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi də gərəklidir.
  12. Növbəti tövsiyə natamam formada təqdim edilmiş qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə olan bilgilərin dolğunlaşdırılması ilə bağlıdır.
  13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Bura abunə imkanının və qaynar xəttin də əlavə edilməsi tövsiyələr sırasındadır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV