Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Milli Elmlər Akademiyasının www.science.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Milli Elmlər Akademiyasının www.science.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının www.science.gov.az ünvanlı İnternet saytı bir sıra bölmələr üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Qurumun saytında qurumun tarixi, əvvəlki rəhbəri, ünvanı, onlayn əlaqə vasitələri, Akademiyanın tərkibində fəaliyyət göstərən institut və təşkilatlar, bölmələr, alt qurumlar və  bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Akademiyanın həqiqi üzvləri, müxbir üzvlər və fəxri üzvlər haqqında ətraflı məlumat təqdim edilir.  Saytın istifadəsi rahatdır. Saytda  e-xidmətlərin təqdim edilməsi, bundan başqa alt qurumların saytlarına birbaşa keçidin olması, sosial şəbəkələrdən tvitter, facebook və instagramda səhifələrinin olması və həmin sosial şəbəkələrə saytdan birbaşa keçidin qoyulması təqdirəlayiq haldır. Amma bütün bunlarla bərabər, saytda hələ xeyli bilginin çatışmadığı da diqqətdən yayınmır. Məsələn, qurumda vətəndaşların qəbul günləri, işə qəbul haqqında elanlar, tender və yarışmaların keçirilmə qaydaları və elanları haqqında heç bir məlumata rast gəlinmir.

İndi isə saytın ümumi mənzərəsinə nəzər salaq:

  1. Qurum  tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun indiyə qədərki və indiki rəhbəri haqda kifayət qədər məlumat verilib. Kollegiya haqqında da bilgi qənaətbəxşdir.
  2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi təqdim edilmişdir. Ancaq quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
  3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir.
  4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da təqdim edilmişdir.
  5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir.  Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) barədə ətraflı məlumat verilir. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər də təqdim olunmuşdur.
  6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqqında da məlumat yoxdur.
  7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi əks etdirilir. Qurumun saytında qaynar xətt nömrəsi yoxdur.
  8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.
  9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
  10.  Dövlət qurumunda vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də heç bir məlumat təqdim edilmir.
  11.  Daha bir əks etdirilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqda məlumata saytda rast gəlinmir.
  12.  Qurumunun norma- (qanun) yaratma fəaliyyəti barədə onu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər natamam formada saytda öz əksini tapmışdır.
  13.  Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen rahatlığı var. Qurumun saytının sosial şəbəkələrdə (facebook, tvitter və instagramda) aktiv səhifəsi mövcuddur. Ancaq abunə imkanı çatışmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV