Sunday 20th June 2021,

2007

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidentinin www. president.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Azərbaycan Respublikasının Prezidentinin www. president.az  domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

26 avqust 2007
Azərbaycan Respublikasının Prezidentinin  www.president.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Monitorinqin nəticələrinə əsasən məlum olmuşdur ki, burada Azərbaycan Respublikasi Prezidentinin İcra Aparatının strukturu, Azərbaycan Respublikasının Prezidentinin fəaliyyəti, onun bütün sahələr üzrə gördüyü işlər, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş qanunvericilik aktları və normativ-hüquqi sənədlər müəyyən qədər işıqlandırılıb. Sayt ilk baxışda  texniki və dizayn baxımından ümumən normal təsir  bağışlayır.
 
 Sayt üç dildə (Azərbaycan, Rus və İngilis) fəaliyyət göstərir. Saytın baş səhifəsi Azərbaycan Respublikasının Prezidentinin şəkli və uyğun dilli versiyanı seçmək üçün keçidlərlə ingilis dilində açılır.
    İlk səhifə gündəlik yeni xəbərlərdən, səhifənin yuxarı hissəsində bir başa Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə aid Prezident, Prezident hakimiyyəti, Fəaliyyət, Prioritetlər və Sənədlər bölümündən,  sol tərəfdə Prezidentin İcra Aparatının işinə aid Struktur, Fəaliyyət və Mətbuat Xidməti bölümündən eyni zamanda həmin hissədə Nazirlər Kabineti, Təhlükəsizlik Şurası və Azərbaycan Respublikası haqqında ümumi bilgilər toplusundan ibarətdir. Bundan başqa səhifənin sağ tərəfində uyğun aktiv menyulara aid informasiya başlıqları və axtarış sətri yerləşir.

    Saytın Prezident menyusunda Azərbaycan Respublikasının Prezidentinin Tərcümeyi-halı, Siyasi portret, Foto albom və Videoqalereya kimi altmenyularda Prezident haqqında ətraflı məlumatlar yerləşdirilib. Prezident hakimiyyəti menyusunda Status, Seçkilər, Səlahiyyətlər və Ali baş komandan altmenyuları verilib. Burada Azərbaycan Respublikası Qanunundan uyğun sahələri əhatə edən maddələr göstərilib. Ali baş komandan altmenyusunda isə Avqustun 17-də Abşeron rayonunun Goradil qəsəbəsində Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” istirahət mərkəzinin açılışında iştirakı haqqında məlumat əks olunub. Fəaliyyət menyusunda Mərasimlər, Görüşlər, Müsahibələr, Çıxışlar, Qəbullar və Səfərlər haqqında cari xəbərlər yerləşdirilib. Prioritetlər  menyusunda da Xarici siyasət, İqtisadiyyat, Neft strategiyası, Sosial inkşaf, Millətin sağlamlığı, Azərbaycan və dünya, Qarabağ problemi altmenyularında uyğun sahələr üzrə xəbərlər yerləşdirilib.
    Sənədlər menyusunda isə Qanunlar, Rəsmi məktublar, Fərmanlar, Sərancamlar, Bəyanatlar, Müraciət bölmələri yer  ayrılmışdır. Burada Qanunlar bölməsində Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi qanunlarla, Fərmanlar, Sərancamlar bölməsində Azərbaycan Respublikası Prezidentinin Fərman və sərancamlarla, rəsmi məktublar və Azərbaycan Respublikası Prezidentinin bəyanatları, müraciəti ilə tanış olmaq mümkündür.     
    
      Bunlarla yanaşı səhifənin sol tərəfində yerləşən Struktur, Fəaliyyət və Mətbuat Xidməti menyuları Prezidentin İcra Aparatının fəaliyyəti haqqında, struktur şöbələri və mətbuat xidməti məlumatlarını əks etdirir. Bundan başqa saytda Nazirlər Kabineti, Təhlükəsizlik Şurası haqqında qısa məlumat verilib. Eyni zamanda Ümumi informasiya, Dövlət və Cəmiyyət menyularında Azərbaycan Respublikasının həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açılır, Azərbaycan dövlətinin rəmzləri göstərilir və Azərbaycanın siyasi həyatından məlumatlar verilir.
    Saytın ziyarətindən sonra gəlinən ümumi qənaət bundan ibarətdir ki, bir sıra dəyişikliklərin edilməsi  saytdan istifadəni daha da asanlaşdıra  və  saytı  daha da təkmil edə bilərdi.

   İlk olaraq menyuların düzülüşü haqqında onu qeyd etmək lazımdır ki, saytda Azərbaycan Respublikasının Prezidentinin və Prezidentin İcra Aparatının fəaliyyəti ayrı-ayrı menyularda göstərilib və Fəaliyyət menyusunun adı isə təkrarlanır.
Bundan başqa Prioritetlər menyusu bu bölmədə göstərilən informasiya toplusunu tam xarakterizə etmir. Hər iki menyuda informasiya xəbər xarakteri daşıyır.
    Burada Qarabağ problemi menyusundakı xəbər isə 24 yanvar  tarixinə olan məlumatdır. Ayrıca Qanunlar menyusu olmağına baxmayaraq Prezident hakimiyyəti menyusunda Azərbaycan Respublikası Qanunundan maddələr yerləşdirilib. Burada Status, Seçkilər, Səlahiyyətlər  bölmələrində  göstərilən  maddələrin hansı qanundan olduğu bəlli deyil. Bu maddələri Qanunlar menyusunda göstərmək olardı. Ali baş komandan bölməsində isə ancaq Azərbaycan Respublikasının Prezidentinin hərbi obyektlərdəki tədbirlərdə iştirakı haqda xəbərlər yer alıb.

     Prezident menyusunun Siyasi portret bölməsində faktiki olaraq sadəcə İlham Əliyevə verilmiş adlar və mükafatlar yer alıb. Onun siyasi gəlişmələrlə bağlı heç nə yoxdur. Burada sadəcə bu və ya digər məsələylə bağlı bir çox hallarda köhnə xəbərlər yer alıb. Halbuki burada prezidentin və ya onun komandasının qeyd olunan istiqamətlərlə bağlı siyasətinin mahiyyəti verilməsi daha faydalı ola bilərdi.
    Sənədlər menyusunun Qanunlar bölməsində prezidentin imzaladığı bütün qanunlar deyil, əslində prezident fəaliyyətini tənzimləyən və ya ona hər hansı formada dəxli olan qanunlar daxil edilməlidir.
    Struktur  menyusunda sadəcə tərkibi və haqqında bilgi verilsə də qəbul gün və saatları, əlaqə vasitələri haqqında bilgi yoxdur.
      Fəaliyyət  menyusunda xidmət, şöbə və idarələrin fəaliyyəti haqqında heç nə açılmır. Sadəcə adları verilib.
     Mətbuat xidməti – sadəcə “prezidentin mətbuat xidmətinin məlumatı” altında xəbərlər verilib. Ən yeni xəbər isə ötən ilin dekabrına aiddir. Halbuki burada mətbuat xidməti haqqında bilgi verilməli, onunla əlaqə vasitələri göstərilməliydi. Nazirlər Kabineti və Təhlükəsizlik şurası haqqında çox qısa bilgi verilib.
    Məktub yazmaq bölməsində əlaqə vasitələri haqqında geniş bilgi verilməsinə ehtiyac var. Bunlarla yanaşı informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları haqqında məlumatlar verilməyib. Eyni zamanda  şikayət, təklif və sorğuların icmalı göstərilməyib.

    Prezidentin İcra Aparatının ayrı-ayrı şöbələrinin adları verilsədə də aparatın vəzifəli şəxsləri haqqında biografik bilgilər, onların qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumatlar saytda öz əksini tapmayıb. Burada Prezident Aparatının büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.
     Əlaqə xidmətləri saytda təşkil olunmayıb. İnteraktiv online xidmərləri yoxdur.
     Digər dövlət orqanlarının saytlarına keçidlər qoyulmayıb.
Mətbuat xidmətilə əlaqə vasitələri verilməyib və yeniləşmir. Burada axırıncı verilən məlumat 24 dekabr ayına təsadüf edir.
     İşə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar, tenderlər haqqında da heç bir bilgi nəzərə çarpmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV