Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi Internet saytının monitorinqinin yekunu

posted by

Sumqayıt şəhər  İcra Hakimiyyətinin  Internet saytının monitorinqinin yekunu

30 avqust 2007

“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən “Sumqayıt İcra Hakimiyyətinin  www.sumqayit-ih.gov.az  domen adlı rəsmi saytının monitorinqi  aparılıb. Monitorinq nəticəsində məlum olmuşdur ki, sayt bir çox statistik məlumatları özündə cəmləsə də  dövlət tərəfindən dövlət saytlarına qoyulan bəzi tələb kimi qəbul edilmiş qaydalara cavab vermir.

Saytın üç dildə (Azərbaycan, Rus və İngilis ) fəaliyyəti nəzərdə tutulmağına baxmayaraq digər  iki xarici dilli versiya fəaliyyət göstərmir.

İlk səhifə son xəbərlər bloku, səhifənin sağ tərəfində  Şəhər İcra hakimiyyətinin başçısı, Bioqrafiyası, Ziyarətçilərə müraciət, Şəkillər, Başçı ilə əlaqə, İcra hakimiyyəti Başçısının Aparatı, Şəhər haqqında, İqtisadiyyat, Şəhərin infrastrukturu, Təhsil, Səhiyyə, Mədəniyyət və incəsənət, Gənclər və idman, Ekologiya və ətraf mühit, Beynəlxalq Əlaqələr, Xəbərlər, Şəhərin fotoalbomu, Faydalı linklər, Əlaqə menyusu və əsas menyunun aktiv menyularına uyğun altmenyular ilə açılır.

Dövlət orqanı haqqında ümumi məlumatlar
Burada Sumaqyıt Şəhər İcra hakimiyyətinin başçısı haqqında məlumatlar Şəhər İcra hakimiyyətinin başçısı menyusunda nəzərdə tutulub. Bu menyuda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının bioqrafiyası,  onun Sumqayıt şəhər İcra hakimiyyətinin yeni internet saytının ziyarətçilərinə müraciəti, şəkillər və başçı ilə əlaqə ünvanları verilib.

İcra hakimiyyəti Başçısının Aparatı menyusunda  Aparatın strukturu (sxem şəklində), Aparatın tərkibi( telefonlarla birlikdə) və Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə yerləşdirilib.

Şəhər haqqında menyusunda Yaranma tarixi, Qəsəbələr, Şəhər ərazisində yerləşən bələdiyyələr haqqında məlumatlara rast gəlmək olar. İqtisadiyyat menyusunda şəhərin iqtisadiyyatında Sənaye,Ticarət və kommersiya xidmətləri, Maliyyə sistemi, Tikinti, Turizm, Biznes və investisiya mühiti, Dövlət idarə və təşkilatları kimi məlumatlar nəzərdə tutulsa da burada ancaq Sənaye səhifəsi fəaliyyət göstərir. Digər səhifələr isə hazır deyil.

 Şəhərin infrastrukturu menyusunda Mənzil-kommunal təsərrüfatı, Şəhərin abadlığı və təmizliyi haqqında bilgilər verilib. Digər Şəhərsalma və tikinti, Şəhərin qaz təsərrüüfatı sistemi, Şəhərin su təsərrüfatı sistemi, Şəhərin elektrik enerjisi sistemi, Şəhərin istilik sistemi, Şəhərin nəqliyyat sistemi, Şəhərin rabitə sistemi, səhifələri isə fəaliyyət göstərmir. Bundan başqa saytda şəhərin Təhsil, Səhiyyə, Mədəniyyət və incəsənət səhəsində İcra hakimiyyətinin fəaliyyəti ətraflı işıqlandırılıb. Sytda Beynəlxalq Əlaqələr menyusu olmasına baxmayaraq həmin səhifə fəaliyyət göstərmir. Beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalara yer ayrılmayıb.
Bundan başqa aşağıda göstərilən bir çox məqamlar saytda öz həllini tapmayıb:

• Özünə  aid olan informasiya  resursları haqqında məlumatlar;
• Satınalmalar barədə məlumatlar;
• Dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə;
• Təklif olunan kreditlər və  qrantlar, Tenderlər,  onların şərtləri və istifadəsi, haqqında məlumatlar; 
• Özü ilə əlaqəli dövlət büdcəsi haqqında və dövlət büdcəsinin icrası barədə hesabatlar;
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;

Göstərilən xidmətlərə dair məlumatlar

1. Əhaliyə göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər barədə məlumatlar yoxdur.
2. OnLine və interaktiv xidmətlər saytda nəzərdə tutulmayıb.
3. Müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə  bağlı formalar və onların doldurulmuş nümunələri, tələb olunan  sənədlərin siyahısı yoxdur.

Texniki tələbatlar 1. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi yoxdur.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV