Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin www.addk.net domen adlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
2 sentyabr 2007
Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin www.addk.net domen adlı rəsmi internet saytının monitorinqin nəticələrinə görə demək olar ki, sayt dizayn baxımından normal olsa da , informasiya baxımından qanunvericiliyin tələblərinə cavab vermir. Odur ki, saytın mövcud tələblərə cavab verməsi üçün monitoring qrupu aşağıdakı tövsiyələri nəzərə almağı zəruri sayır:
• Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin yaranma tarixi barədə və yarandığı gündən rəhbərlik etmiş şəxslər haqqında məlumatlar verilməsi yaxşı olardı.
• Saytda Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədrinin, müavinlərinin və ərazi şöbələrinin fəaliyyəti və onların rəhbər işçiləri haqqında biografik bilgilər, onların qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumat verilməlidir.
• Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin strukturu, ayrı-ayrı struktur bölmələri haqqında dolğun məlumat yanaşı əlaqə vasitələri tam olaraq göstərilməlidir.
• Saytın Yeniliklər səhifəsində yerləşdirilən xəbərlər daha aktual olmalı və vaxtaşırı yeniləşməlidir.
• İnteraktiv xidmətlərin azlığı nəzərə alınaraq texniki yeniləşmə edilməlidir.
• Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında statistik məlumatlar yerləşdirilməlidir.
• Bundan başqa komitənin öz daxili əmr, sərəncam və qərarların saytda yerləşdirilməlidir.
• Komitəyə ayrılmış dövlət büdcəsinin və onun xərci barədə hesabatların verilməsi faydalı olardı.
• Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi xüsusi diqqəti cəlb edəcək şəkildə qurulmalı və bu xidmətlə əlaqə vasitələri verilməlidir
• Ayrı-ayrı məsələlərlə bağlı qaynar xətt telefon nömrələri verilməlidir
• Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməlidir.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar olmalıdır.
• Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatlara yer verilməlidir.
• İş axtaran mütəxəssislərin əksəriyyətinin internet saytlara müraciət etməsini nəzərə alaraq ştat cədvəli və boş iş yerlərinin, işə qəbul qaydalarının saytda göstərilməsi vacibdir.
• Saytda axtarış sətri yaradılmalıdır.