Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin www.addk.net domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin  www.addk.net domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
2 sentyabr 2007

Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin  www.addk.net domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Monitorinqin nəticələrinə əsasən məlum olmuşdur ki, bu dövlət  qurumunun fəaliyyəti müəyən dərəcədə SAYTDA   əks olunmuşdur, eləcə də texniki və dizayn baxımdan normal bir internet saytıdır.

 Saytın üç dildə (Azərbaycan, İngilis və Rus) fəaliyyəti nəzərdə tutulub və 7 bölmədən ibarətdir. İlk səhifə xəbərlər bloku, saytın yuxarı hissəsində Komitə haqqında, Yeniliklər, Sənədlər, Dövlət və Din, Məqalələr, İcmalar və Əlaqə menyusu ilə açılır.
Qeyd etmək lazımdır ki, saytda axtarış sistemi təşkil edilməyib və Yeniliklər bölümündə verilmiş xəbərlər ancaq ayda bir dəfə yenilənir. Belə ki, verilmiş məlumatın müddəti çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib.

Saytın Komitə haqqında menyusunda Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin haqqında
əsasnamə, komitənin əsas vəzifələri, dinin etiqad azadlığı ilə bağlı olan qanunvericilik aktları, Dini Qurumların Dövlət Qeydiyyatı Qaydası Haqqında Təlimat    verilib. Ancaq burada rəhbər işçilər, onların qəbul saatları, vətəndaşların qəbul  qaydaları barədə məlumatlar verilməyib,  ümumiyyətlə saytda nəzərdə tutulmayıb. Yaranma tarixi haqqında olan məlumat isə azlıq təşkil edir. Sənədlər bölməsində Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin DQİDK-nın yaradılması haqqında Fərmanı, İnzibati Tədbir Qaydaları yerləşdirilib. Məqalələr bölməsində müxtəlif dövrləri və nəşrləri əhatə edən məqalə xarakterli məlumatlar öz əksini tapıb. İcmalar bölməsində Dövlət Qeydiyyatına Alınmış Dini İcmaların adları göstərilib.

Yekunlaşdıraraq demək olar ki, yuxarıda göstərilənlərlə yanaşı  saytda bəzi zəif məqamlar vardır:
• Saytda ştat cədvəli haqqında məlumat yoxdur.
• Rəhbər işçilər haqqında məlumatlara yer ayrılmayıb.
• Mövcud boş iş yerləri haqqında elanlar verilməyib.
• Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları haqqında məlumatlar yerləşdirilməyib.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar yoxdur.
• İnteraktiv online xidmərləri yoxdur.
• Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.
• Saytda zəif cəhətlərdən biri də dövlət büdcə məsələlərinə ümumiyyətlə nəzərə alınmamasıdır. Burada Azərbaycan Respublikasi Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin  büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.
• Əlaqə xidmətləri saytda təşkil olunmayıb.
• İnteraktiv online xidmərləri yoxdur.

Sayta olan texniki tələbatlar
 Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.
 Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi yoxdur.
 Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV