Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az domen adlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
7 sentyabr 2007
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az domen adlı rəsmi internet saytının monitorinqin nəticələrinə görə dizayn və tərtibat baxımdan normal təsir bağışlayır. Saytın dinamik qurulmasına çalışılıb. Bununla belə saytda bir sıra çatışmazlıqlar da qeydə alınıb ki, bunların aradan qaldırılması və saytın mövcud qanun vericiliyə uyğun qurulması üçün aşağıdakı tövsiyələr hazırlanıb:
• Saytın daha asan və anlaşıqlı olmasına diqqət yetirilsə yaxşı olardı.
• Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin müavinlərinin və ərazi şöbələrinin fəaliyyəti və onların rəhbər işçiləri haqqında biografik bilgilər, onların qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumat verilməlidir
• Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının strukturu, ayrı-ayrı struktur bölmələri haqqında dolğun məlumat yanaşı əlaqə vasitələri tam olaraq göstərilməlidir.
• Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında statistik məlumatlar yerləşdirilməlidir.
• Bundan başqa komitənin öz daxili əmr, sərəncam və qərarların saytda yerləşdirilməlidir.
• Komitəyə ayrılmış dövlət büdcəsinin və onun xərci barədə hesabatların verilməlidir.
• Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi və bu xidmətlə əlaqə vasitələri hazırlanıb saytda yerləşdirilməlidir.
• Eyni zamanda xidmətlər, rüsumlar və onların doldurulmuş nümunələri verilməlidir.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar olmalıdır.
• Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatlara yer verilməlidir.
• Ştat cədvəli və boş iş yerlərinin, işə qəbul qaydalarının saytda göstərilməsi vacibdir.
• Saytda digər faydalı saytlara keçidlər artırılmalıdır.