Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
7 sentyabr 2007
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası www.tqdk.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb.
Monitorinqin nəticələrinə əsasən məlum olmuşdur ki, saytda komissiyanın tələbə qəbulunun mərkəzləşmiş şəkildə keçirilməsi, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu qaydalarının yaradılması və imtahanlarının keçirilməsi, qəbul imtahanlarının nəticələrinə görə ali və orta ixtisas təhsilinin inkişafı haqqında sistemli analiz və proqnozlaşdırma əsasında təkliflərin hazırlanması, test sistemi əsasında dövlət tərəfindən həvalə olunmuş digər attestasiya tədbirlərinin keçirilməsi kimi gördüyü işlər informasiya həcmi və qanunun tələblərinə tam cavab verməsi baxımından normal təşkil edilib.
Sayt üç dildə (Azərbaycan, İngilis və Rus) fəaliyyət göstərir. Əsas səhifə xəbərlər bloku, saytın sol hissəsində Komİssİya haqqInda, Xəbərlər və elanlar, Alİ məktəblərə qəbul, MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL, Xarİcİ ölkələrİn alİ məktəblərİnə qəbul, DÖVLƏT QULLUĞUNA İŞƏ QƏBUL, Abİturİyent JurnalI, HazIrlIq KurslarI, Məlumat xİdmətİ menyularından, sağ tərəfdə 2007/2008-ci tədris ili qəbul imtahanlarının nəticələri interaktiv yoxlanması və baza üzrə axtarış sətrindən ibarətdir.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında ümumi məlumatlar
Burada Komİssİya haqqInda menyusunun TQDK haqqında əsasnamə altmenyusunda Azərbaycan Respublikasının TQDK haqqında əsasnaməsi və Komissiyanın əsas vəzifələri, Rəhbərlik Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin tərcümeyi-halı, TQDK-nın strukturu altmenyusunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının strukturu, İnkişaf tarixi altmenyusunda isə nazirliyin tarixi haqqında ətraflı bilgi verilib.
Qeyd etmək lazımdır ki, hər bir struktur bölmə haqqında məlumat verilsə də bölmələrin rəhbər işçiləri və onların qəbul vaxtları haqqında məlumat hazırlanmayıb. Eyni zamanda verilən bu məlumatlarda vəzifəli şəxslərin telefon, faks nömrələri və e-poçt ünvanı göstərilmir. Bununla yanaşı ştat cədvəli və boş iş yerləri haqqında məlumata rast gəlinmir.
Bundan başqa komitənin öz daxili əmr, sərəncam və qərarları haqqında məlumata rast gəlinmir və şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında məlumatların yerləşdirilməsi nəzərə alınmayıb.
“Abituriyent” Proqram-Texniki Kompleksi altmenyusunda Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının və digər küləvi tədbirlərin hazırlınması və həyata keçirilməsi prosesini avtomatlaşdırmaq məqsədilə yaradılmış “Abituriyent” proqram – texniki kompleksi haqqında məlumat yerləşdirilib. Dövlət Komissiyasının təhsildə qiymətləndirmə prosesini dünyada qəbul olunmuş standartlara uyğunlaşdırmaq üçün beynəlxalq əlaqələr, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması haqqında məlumatlar Beynəlxalq əlaqələr bölməsində əks olunub. Saytın Dövlət Komissiyasının Azərbaycan Respublikasının Ali Məktəblərinə, magistratura pilləsinə qəbul, xarici ölkələrin ali məktəblərinə tələbə qəbulu fəaliyyətinin işıqlandırılması hissəsini müsbət qəbul etmək olar. Belə ki, saytda bu sahədə məlumat normal əks olunub. Eyni zamanda saytda istifadəçiləri dövlət orqanlarinda vakant dövlət qulluğu vəzifələrinin tutulmasi ilə bağlı maraqlandıran dövlət qanunlarına, təlimatlara geniş yer verilib. Burada Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi xüsusi diqqəti cəlb edəcək şəkildə qurulmalı və bu xidmətlə əlaqə vasitələri verilməlidir. Ancaq saytda bu nəzərdə tutulsa da hal hazırda məlumat xidməti aktiv deyil.
Bundan başqa Komissiyanın büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə operativ məlumat, büdcə səviyyəsinin kodu, büdcə təsnifatları və büdcə təşkilatları haqqında heç bir məlumata rast gəlinmir. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib. Yekunlaşdıraraq demək olar ki, saytın mövcud tələblərə cavab verməyən digər çatışmazlıqlar da var:
• Belə ki, tenderlər və satınalmalar haqqında məlumatlara yer ayrılmayıb.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar yoxdur.
• Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar və özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında məsələlərə toxunulmayıb.
• Alqı-satqı əməliyyatı barədə heç bir məlumat verilməyib.
Göstərilən xidmətlərə dair məlumatlar
1. Qeyd etmək lazımdır ki, tələbə qəbulu üzrə komissiya tərəfindən göstərilən xidmətlərə dair məlumatlar saytda ətraflı verilmişdir və Online, İnteraktiv xidmətləri təşkil olunmuşdur.
Sayta olan texniki tələbatlar
1. Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.
2. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat bazaları üzrə axtarış sistemi yaradılıb.
3. Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər azdır.
4. Saytın xarici görünüşü, naviqasiya sistemini qənaətbəxş hesab etmək olar.