28.09.2007
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları
Mərkəzinin
Məlumatı
“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası və onun aparıcı qurumu olan Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən 02 oktyabr 2007- cı il tarixdə , saat 11.00-da , BMM-də “Dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqinin yekunları: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masada ictimai əhəmiyyətli informasiyaların yayılması sahəsində mövcud vəziyyət və problemlər, dövlət qurumlarının internet resurslarının bu sahədəki rolu ətrafında müzakirələr aparılacaq. Monitorinqin dörd aylıq nəticələri əsasında hazırlanan dövlət orqanlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli təqdim olunacaq(www.informasiya.org ).
Pilot Bələdiyyələrin İnternet resurslarının hazırlanması istiqamətində mövcud vəziyyət haqqında məlumat veriləcək.
Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbir Counterpart İnternational təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində keçirilir.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org