DÖVLƏT NEFT FONDUNUN WWW.OILFUND.AZ domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
26 sentyabr 2007
Dövlət Neft Fondunun WWW.OILFUND.AZ domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Monitorinqin nəticələrinə görə demək olar ki, sayt zəruri menyulardan təşkil olunub və tərtibatca normal hesab oluna bilər. Menyular Neft fondunun fəaliyyətinin ayrı-ayrı sahələri haqqında geniş informasiyanı özündə cəmləyir.
Sayt yaradılarkən iki dildə (Azərbaycan və İngilis ) nəzərdə tutulub. Saytda ilkin olaraq baş səhifə xəbərlər bölümü ilə və saytın yuxarı hissəsinin solunda eyni zamanda aşağı hissəsində Neft fondunun fəaliyətini əhatə edən menyuları ilə açılır. Burada Fond haqqında, Hüquqi sənədlər, Hesabatlar və Statistika, Mətbuat güşəsi menyuda fondun fəaliyyəti haqqında bilgilərin verilməsi nəzərdə tutulub eləcə də bir çox lazımı məlumatlar üçün yer verilməsi məsələsi Sual cavab Arxiv Avto-Sorğu Faydalı linklər Vakansiya Əlaqələr kimi digər menyularda öz həllini tapıb.
Yuxarıda göstərilən Fond haqqında menyusunda Əlaqə Terminlər Vakansiya Sual-cavab Ümumi məlumat İdarəetmə strukturu altmenyuları verilib və burada fondun yaranma tarixi, fondun strukturu və struktur bölmələri haqqında əsasnamələr, təsisçisi olduğu mətbuat vasitələri, vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar yerləşdirilib.
İlkin olaraq qeyd edək ki, ana səhifədə verilmiş xəbərlərdə məlumatın müddəti çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib. Ümumiyyətlə fondun gündəlik fəaliyyəti yaxşı işıqlandırılmayıb.
İdarəetmə strukturu altmenyusunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin toplanması və xərclənməsi sahəsindəki fəaliyyətinə nəzarət edən Müşahidə Şurası haqqında məlumatlar var. Verilmiş bu məlumatlar fondun strukturunu əhatə etsə də ştat cədvəli haqqında məlumat, rəhbər işçilərin qəbul saatları barədə məlumatlar və vətəndaşların qəbul qaydaları yoxdur.
Vakansiya bölməsində Azərbaycan Respublikası Dövlət Neft Fondu vəzifələrinə müsabiqəsində iştirak etmək üçün elan yerləşdirilib. Sual-cavab bölməsində tez-tez verilən sualların icmalı və onların cavabları verilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılması haqqında, Neft Fondunun tarixi, Fəlsəfəsi, İdarə olunması, Formalaşması mənbələri, Maliyyə göstəriciləri, Xərc istiqamətləri, Maliyyələşdirdiyi mühüm layihələr eyni zamanda Fəaliyyətində hesabatlılıq kimi ətraflı məlumatlar saytın Ümumi məlumat bölməsində göstərilib.
Qanunlar, Nazirlər Kabinetinin qərarları, sərancamları, Prezidentin sərəncamları və fərmanlarının verilməsi Qanunlar, Fərmanlar, və Sərəncəmlar bölməsində nəzərdə tutulub. Ancaq burada Dövlət Neft Fondunun öz daxili əmr, sərəncam və qərarları haqqında məlumatlara rast gəlinmir.
Saytda sahəyə aid dövlət büdcəsi, sahəyə aid dövlət büdcəsinin və icmal büdcənin icrası barədə geniş hesabatlar, dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələri, onların müzakirəsi və təkliflərin qəbulu imkanlarının verilməsini müsbət cəhət kimi qiymətləndirmək olar.
Yaxşı haldır ki, saytda illərə görə ümumiləşdirilmiş statistik hesabatlar, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiya Hesabatlar və Statistika bölməsində özünün geniş əksini tapmışdır. Burada 2001-2006 –cı illərdəki Neft Fondunun hesabatı ilə eləcə də Dövlət Neft Fondunun müxtəlif illər ərzində büdcəsində edilən dəyişikliklər və audit olunmuş hesabatlar haqqında məlumatlarla ətraflı tanış olmaq olar.
Bununla belə qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlara rast gəlinmir. Bundan başqa saytda şikayət, təklif və sorğuların qəbulu üçün forma verilsə də onların icmalı verilməyib.
Mətbuat güşəsi menyusunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnformasiya siyasəti, elanlar, müsabiqələr, xəbərləri arxivi və mətbuat xəbərləri yerləşdirilib.
Ancaq burada verilən son məlumat 20.07.2007 il tarixə təsadüf edir. Bundan başqa İnteraktiv online xidmərləri yoxdur.
Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib. Yekunlaşdıraraq demək olar ki, saytın mövcud tələblərə cavab verməyən məqamları var:
• Belə ki, tenderə çıxarılacaq sahələr haqqında məlumatlara yer ayrılmayıb.
• o cümlədən öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı yoxdur.
• Alqı-satqı əməliyyatı barədə heç bir məlumat verilməyib.
• Eyni zamanda fondun öz balansında olan əmlak haqqında məlumata yer verilməyib.