Tuesday 03rd December 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Neft Fonduna məxsus www.oilfund.az ünvanındakı rəsmi İnternet resursunun monitoringi

posted by

Dövlət Neft Fonduna məxsus www.oilfund.az ünvanındakı rəsmi İnternet resursun monitoringi onu göstərmişdir ki, saytda müəyyən qədər informasiya ehtiyatı var və bu qurum İKT-nin tətbiqinə ciddi diqqət ayırır. Bununla belə sayt bir sıra qüsurlardan da kənar deyildir. Xüsusən də ana səhifənin açılması zamanı makromedia fləş bazalı təsvirlərin uzun sürən yüklənməsi Azərbaycanda mövcud olan İnternet xidmətlərinin keyfiyyəti ilə elə də ayaqlaşa bilməz. Ümid etmək istərdik ki, saytın yaradıcıları bunu nəzərə alacaqlar. İndi isə saytda gördüklərimiz.

Sayt ana səhifə ilə açılır. Yuxarıda “Azərbaycan Respublikasının Dövlət Neft Fondu” sözləri yazılıb. Bundan sonra isə təsvirlər və onun qarşısında da fondun qazandığı bir uğura işarə edən şəkil verilib. Bütün bunlar yuxarı üfqi xətt üzrə düzülüb və təəssüf ki, bu hissədə Azərbaycanın dövlət rəmzlərindən istifadə edilməyib.

Elə həmin zolaqda da saytın əsas menyusu yerləşdirilib. Burada isə cəmi dörd əsas keçid var. İlk baxışdan az görünsə də əslində irəli getdikcə informasiyanın heç də az olmadığı aşkar olur. Elə yenə də həmin zolaqda aşağı hissədə Eng, Ana səhifə və Saytın xəritəsi keçidləri yerləşdirilib. Hamısı da işləkdir. Daha aşağıda iki blok üzrə son xəbərlər, valyuta və əmtəə kursları verilib. Sonuncunun aşağı hissəsində isə axtarış qutusu və ondan da aşağıda “©2001-2006 SOFAZ Disclaimer & CopyRight” sözləri yazılıb.

Saytın dabanında əsas menyunun tərkibindəki bölmələrdən olan sual-cavab, arxiv, avtosorğu, faydalı bağlantılar, boş iş yerləri və əlaqələr keçidləri verilib.

Əsas menyu:

Fond haqqında: ümumi məlumat, idarəetmə strukturu (müşahidə şurasının 9 üzvünün adı, vəzifəsi və şəkli), sual-cavab (tez-tez verilən suallar və onların cavabları), terminlər (sahəyə aid bir sıra istilahların izahı), vakansiya (yarımçıq bir iş elanı), əlaqələr (e-poçt da daxil olmaqla ünvan, telefon və faks nömrələri);

Hüquqi sənədlər: (əsasnamə, fondun büdcəsinin tərtibi və icrası qaydaları, fondun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında qaydalar – hamısı .doc formatında) qanunlar ("Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında" qanun, "Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında" qanun, “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanunun tətbiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin icrası haqqında" qanun, "Azərbaycan Respublikasının Büdcə Sistemi haqqında" qanun), fərmanlar (sahəyə aid xeyli sənəd), sərəncəmlar (8 sənəd);

Hesabatlar və statistika: (layihələr, son rəqəmlər (2008-ci il yanvarın 1-ə olan məlumat), illik hesabatlar (2001-2006-cı illər, .pdf), rüblük hesabatlar (2001-2007-ci illər), büdcə məlumatları, auditor hesabatları, MHŞT hesabatları) illik hesabatlar, auditor hesabatları (2001-2006-cı illər, .pdf), gəlir və xərclər barədə rüblük hesabatlar (2003-2007), ARDNF-nin büdcəsinə dair məlumatlar;

Xəbərlər və elanlar: mətbuatın güzgüsündə, xəbərlər arxivi, mətbuat üçün (onlayn sorğu forması), arxiv, faydalı linklər (başqa on sayta keçid), Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu;

Əlavə (əsas menyuda deyil, ancaq saytın xəritəsində): Dövlət Neft Fondunun maliyyələşdirdiyi mühüm layihələr – Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri.

Beləliklə, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 informasiyadan yalnız 15-i yer alıb. Təbii ki, əlavə olaraq qanunda nəzərdə tutulmayan informasiyalar də var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV