Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az domen ünvanında yerləşən rəsmi İnternet resursu ilkin dəyərləndirməyə görə güclü gələcək vəd edən bir sayta bənzəyir. Burada xüsusi olaraq ölkəmizin tarixi və turistlər üçün cəlbedici sayıla biləcək informasiyaların yerləşdirilməsi, və ya yerləşdirilməsinin nəzərdə tutulması bunu deməyə əsas verir. Biz saytın ana səhifəsindəki xəbərdarlığı nəzərə alaraq bir sıra məqamların üzərindən keçsək də ümumi qiymətləndirmə zamanı bunun bir təsiri olmayıb. Üstəlik onu da nəzərə almaya bilməzdik ki, qanuna görə bu sayt artıq çoxdan, özü də tam dolğun şəkildə fəaliyyət göstərməli idi.
Beləliklə, nazirliyin saytı ana səhifə ilə açılır. Yuxarı üfqi zolaqda Azərbaycanın dövlət herbi önündə qurumun adı, onun qarşısında isə bir-birini əvəz edən fotoşəkillər yerləşdirilib. Bunların altında ümumi e-poçt ünvanı, Eng və Rus dillərinə keçidlər də verilib. Aşağıda isə saytın üzərində quruculuq işləri aparılması və bu üzdən də çoxlu yanlışlıqlar ola biləcəyi barədə xəbərdarlıq cümləsi keçir.
Saytın əsas menyusu üfqi şəkildə yuxarıda deyilənlərin altında yerləşdirilib. İlkin olaraq belə təcəvvür yaranır ki, sayt çox zəngindir. Ancaq ziyarət etdikcə bir sıra səhifələrin boş olduğu üzə çıxır.
Əsas menyudan aşağıda isə üç blok – xəbərlər, sənədlər və müxtəlif tərkibli sağ sütun yerləşdirilib. Saytın aşağı hissəsində Heydər Əliyev, Azərbaycan prezidenti, ayrıca İlham Əliyev və Mehriban Əliyevanın İnternet saytlarına keçidlər verilib.
Saytın dabanında sayğac və müəllif hüquqları ilə bağlı qeydlər də yer alıb…
Onu da qeyd edək ki, saytda işlək axtarış qutusu və işləməyən abunə qutusu yerləşdirilib. Elə ana səhifədə “qaynar xətt” adı altında onlayn müraciət forması da verilib.
Əsas menyu:
Nazirlik: nazir (biografiya), müavinlər (biografiya), struktur və əməkdaşlar (rəhbərlik, nazirliyin aparatı, incəsənət şöbəsi, mədəniyyət siyasəti şöbəsi, kinomatografiya şöbəsi, mədəni irs şöbəsi, turizm şöbəsi, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi, elm və təhsil şöbəsi, beynəlxalq əlaqələr və mədəniyyət programları şöbəsi, kadrlar şöbəsi, iqtisadiyyat şöbəsi, maliyyə və uçot şöbəsi, investisiya və texniki programlar şöbəsi, analitik təhlil və program təminatı şöbəsi, ümumi şöbə, işlər şöbəsi – bir çoxu boşdur), xəbərlər (bütün xəbərlər, turizm, mədəniyyət, ümumi – bir neçə xəbər), tədbirlər (bütün tədbirlər, keçirilən, planlaşdırılan, keçirilmiş – çox qısa bilgilər), sənədlər (qanun, sərəncam, fərman və s.), qəbula yazılmaq (onlayn forma), sual cavab ( onlayn forma və sual ver, bütün suallar, mədəniyyət, turizm, incəsənət – demək olar ki, hamısı boşdur), qaynar xətt (onlayn forma və bütün suallar, istəklər, təklif, şikayət, ərizə – demək olar ki, hamısı boşdur), sorğu (Saytımız xoşunuza gəlirmi? – yalnız nəticə), elanlar (əslində xəbərlər – sonuncusu 11 sentyabr 2007-ci ilə aiddir);
Mədəniyyət və incəsənət: Azərbaycanın mədəniyyət tarixi (mədəniyyət siyasətinin təminatı, qanunvericilik təminatı, müəlliflik hüququ, mədəniyyətin maliyyələşməsi, mədəniyyət sahəsində təhsil, treninglər və tədqiqatlar, beynəlxalq münasibətlər, əhalinin mədəni həyatda iştirakı, mədəni və təbii irs, muzeylər, kitabxanalar, ənənəvi incəsənət, ifaçılıq sənəti – yaradıcılığın dəstəklənməsi, mədəniyyət industriyaları (!?), Avropa ekspertlərindən ibarət müstəqil qrupun məruzəsi), Azərbaycan mədəniyyəti (ümumi məlumat, ədəbiyyat, musiqi, teatr, kino, cizgi filmləri, təsviri incəsənət, memarlıq), mədəniyyət obyektləri (teatrlar, kinoteatrlar, muzeylər, kitabxanalar, təhsil müəssisələri, məscidlər, kilsələr, klublar, dövlət rəsm galereyaları, parklar), mədəniyyət xadimləri (aktyor, aktrisa, rejissor, rejissor asistenti, kinorejissor, quruluşçu rejissor, rəssam, quruluşçu rəssam, musiqiçi, bəstəkar, operator, müğənni, xor artisti), yaradıcı qruplar (musiqi kollektivləri), mədəniyyət və tarixi abidələr (dünya əhəmiyyətli, ölkə əhəmiyyətli, yerli əhəmiyyətli), qədim əşyalar (zərgərlik işləri, daş-qaşlar, Azərbaycanın milli geyimləri, xalça və xalçaçılıq işləri, Azərbaycan tikmələri, mis sənət işləri, qədim və orta əsrlər dövrünün pulları, şərq silahları, arxeolji tapıntılar, Xəzər sahilindəki arxeoloji tapıntılar), Azərbaycan mətbəxi (Azərbaycan mətbəxinə ümumi baxış, salatlar və qəlyanaltılar, şorbalar və həlimlər, ikinci xörəklər, kabablar, plovlar, dolmalar, balıq xörəkləri, undan hazırlanan xörəklər, şirniyyat, şərbətlər və içkilər, mürəbbələr, sirkəyə və duza qoyulmuş məhsullar), adət-ənənələr (qonaqpərvərlik, toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, adət və ənənələri, yas mərasimi, ölüm və dəfn mərasimləri, inanclar, fallar), xalq yaradıcılığı (xalçaçılıq sənəti, bədii parça və tikmələr, milli geyim, bədii metal, daş üzərində bədii işləmələr, daş oyma), filmlərin reyestri (boş), Azərbaycan filmləri (təsnifat üzrə), yaradıcılıq işləri (gənc rəssamların əsərlərinin sərgisi, rəssamlarımızın yaradıcılıq işləri, milli musiqi alətləri Azərbaycan təsviri sənətində və s.);
Turizm: viza qaydaları, turist marşrutları və zonalar, turizm obyektləri (turizm informasiya mərkəzləri, turizm şirkətləri, mehmanxanalar, restoranlar), turlar (boş), şəhərlər, atributlar, xəritələr (yenilənməsinə ehtiyac var), Azərbaycan tarixi haqqında, turizm xadimləri (6 nəfər haqqında), təbiət (Xəzər dənizi, daxili sular, ekologiya və təbiətin mühafizəsi, ümumi məlumat, relyef, geoloji quruluş, iqlim, bitki örtüyü, heyvanlar aləmi), flora, fauna;
Mətbu organları və nəşrlər: "Mədəniyyət" qəzeti (boş), "Mədəni maarif" jurnalı (boş), "Pəncərə" jurnalı (boş), qəzetlər (boş), yeni nəşrlər, e-kitabxana (boş);
Mətbuat: elektron bülleten (boş), press-relizlər (10 sənəd, .doc formatında), KİV bizdən nə yazır (müxtəlif məlumatlar, .doc formatında);
Layihələr və tenderlər: tenderlər (boş), layihələr (boş), investisiya layihələri (boş);
Afişa: afişa (müxtəlif sinifli elanlar), tezliklə (Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Mahnı Teatrı);
Mediateka: fotogalereya (tədbirlər, görüşlər), reklam çarxları (görüntü faylları) , reklam lövhələri, wallpapers (təbiət), screensavers (boş), videoçarxlar (tarixi yerlər, mənzərə, klip, Azərbaycan).
Ümumi nəticə bundan ibarətdir ki, saytda informasiya bolluğu olsa da “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 7-si burada yer alıb.