Thursday 21st November 2024,

2007_2008

Ξ Leave a comment

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus www.bakucity.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Bakı Şəhər İcra Hakimiyyətinin www.bakucity.az domen ünvanlı İnternet saytında apardığımız monitoring bu qurumun müasir İKT-nin imkanlarına yetərincə əhəmiyyət vermədiyini ortaya çıxardı. Saytda bir çox ən adi informasiyanın yoxluğu onu deməyə əsas verir ki, bu qurum öz resursunu bir informasiya mənbəyi olaraq ciddi  diqqət  yetirmir. Burada yerləşdirilən informasiyaların demək olar ki, əkəsəriyyəti də yetərincə dolğun sayıla bilməz. Elə bizim apardığımız monitoring zamanı (10 fevral 2008) ən son xəbərin 20 gün əvvələ aid olması da deyilənləri təsdiq edən amillərdən sayıla bilər. Buna baxmayaraq mövcud resursu baza hesab etməklə onun üzərində iş aparıb fəaliyyətini təkmilləşdirməyin mümkünlüyünü nəzərə almaqla bəzi tövsiyələrimizi dilə gətirmək istərdik:

1. Saytın domen ünvanı ilə bağlı təklif edərdik ki, bu, indiki kimi deyil, məsələn, www.baku.gov.az kimi olarsa daha məqsədəuyğun olardı. Xüsusən də Bakının 2016-ci il yay olimpiya oyunlarına ev sahibliyi etmək istədiyini nəzərə alsaq, bu  xüsusilə  əhəmiyyət kəsb edir.

2. Saytın ana səhifəsində qurumun ictimai əlaqələrə məsul olan şəxsi, və ya struktur bölməsi ilə əlaqə vasitələrinin göstərilməsi məqsədəuyğun olardı. Halbuki saytda BŞİH-də belə bir vəzifənin olub-olmadığı haqqında bir kəlmə belə yoxdur.

3. Saytın arxivinin yaradılması, axtarış və abunə imkanlarının yaradılması da artan tələbatı təmin etməkdə çox ciddi rol oynaya bilərdi.

4. Dövlət büdcəsindən BŞİH-ə ayrılan vəsaitlər, eyni zamanda büdcədənkənar vəsaitlər barədə bilgilərin yerləşdirilməsi də qanunun tələblərindən irəli gəldiyi üçün burada yer almalıdır.

5. Şəhərin təsərrüfat fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə də bilgilərin olması günün tələbləri sırasındadır. Məsələn, yolların təmiri, körpü və keçidlərin tikilməsi, tikinti-təmir işlərinin gedişi haqqında gündəlik, bəlkə də saatbasaat yenilənən bilgilər bu saytı xeyli oxunaqlı  və maraqlı edə bilərdi.

6. Saytda ayrıca qanunvericilik bölməsi yaratmaq da zəruridir. Yəni burada BŞİH-in fəaliyyətini tənzimləyən sənədlərin tam əks olunması onun səlahiyyət dairəsini müəyyən etməkdə ziyarətçilərə yardımçı olardı.

7. Ayrı-ayrı dövlət qurumlarının saytlarına keçidlər, Bakının tərkibinə daxil olan rayonlar barədə bilgilərə də ehtiyac var.

8. Ərazi və əhali baxımından bilgilərin daha da genişləndirilməsinə, şəhərin tarixinə geniş yanaşmaya zərurət də ehtiyaclar sırasındadır.

9. Bütün deyilənlərlə bərabər saytın ciddi olaraq “İnformasiya əldə etmək haqında” qanunun tələblərinə uyğunlaşdırılması zəruridir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV