Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus www.eco.gov.az domen adlı İnternet resursu bir sıra vacib informasiyaların daşıyıcısı olması baxımından çox faydalı sayıla bilər. Saytdakı bilgilər yalnız sahəyə bağlı adamlar üçün deyil, ümumilikdə hər bir kəs üçün olduqca gərəklidir. Burada informasiyanın əldə olunması da öz rahatlığı ilə seçilir…
Sayt ana səhifə ilə açılır. Səhifənin lap yuxarı hissəsində üfqi şəkildə menyu verilib. Menyunun altında isə Azərbaycanın xəritəsi önündə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri yazılıb.
Bu blokdan aşağıda isə üç şaquli blok yerləşdirilib. Sol blokda saytın xəritəsinə, Az və Eng dillərinə keçid verilib. Onun altında daha bir menyu (bu dəfə şaquli), qaynar xətt telefon nömrələri, sorğu anketi və qeydiyyatı olanlar üçün giriş verilib.
Orta blokda ən son xəbərlər yer alıb.
Sağ blokda isə Heydər Əliyev, İlham Əliyev və Azərbaycan Respublikası prezidentinin rəsmi İnternet saytlarına keçidlər verilib. Onların altında ekoloji plakatlar səhifəsinə keçid, hava prognozu və saytın ziyarətçi sayını göstərən sayğaclar yerləşdirilib.
Saytın daban hissəsi isə boşdur. Ana səhifədə (və ümumiyyətlə saytda) axtarış qutusu yoxdur. Üstəlik əks əlaqə üçün də qaynar xətt telefon nömrələri istisna olmaqla heç bir əlaqə vasitəsi göstərilməyib. Əlaqə vasitələri yalnız “əlaqə” səhifəsində yerləşdirilib.
Beləliklə, menyular üzrə saytın tərkibi
Üst üfqi menyu:
Home (yəni ana səhifə): yuxarıda qeyd etdiklərimiz;
Təbii sərvətlər: faydalı qazıntılar, yerüstü sular, yeraltı sular, mineral sular, termal sular;
Layihələr: müxtəlif;
Qanunvericilik: Azərbaycan Respublikasının qanunları, konvensiyalar (sadəcə siyahı), məcəllələr (ayrı-ayrılıqda meşə, su və torpaq məcəllələri), ETSN-nin metodiki göstərişləri (sadəcə siyahı);
Azərbaycan: ərazi (qısa bilgi və xəritə), dövlət rəmzləri (haqqında və məğzi), qan yaddaşı (tarix və günümüz);
Digər nazirliklər: cəmi on beş qövlət qurumunun saytlarına keçidlər;
Forum: onlayn müzakirə üçün ümumaçıq forum – fəal kimi görünmür;
Haqqımızda: nazirlik (geniş bilgi), struktur (nazir və digər vəzifəli şəxslər barədə qısa biografik bilgi), nazirliyin fəaliyyəti (2001-2006-cı illər) (qısa bilgi), nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından inzibati xətalar haqqında işlərə öz səlahiyyətləri daxilində baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı);
Əlaqə: telefon nömrələri və e-poçt ünvanları;
Sol şaquli menyu:
Hidrometeorologiya: hava prognozu, yerüstü sular, dəniz hidrometeorologiyası, iqlim dəyişmələri və ozon, radiometeotologiya və aerologiya, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu;
Biomüxtəliflik: qoruqlar, milli parklar, yasaqlıqlar, biomüxtəlifliyin azalması;
Ətraf mühitin mühafizəsi: hesabatlar;
Xəzər dənizi: coğrafiyası, hidrologiyası, təbii sərvətləri, sahil zolağının ekoloji durumu, sahildən antropogen təsirlər, görülən işlər, səviyyə tərəddüdləri, "qaynar" nöqtələr;
Meşələr: ümumi məlumat, yeni salınmış meşələr, xəstəliklər, mübarizə üsulları, problemlər, Elmi-Tədqiqat Meşəçilik İnstitutu;
Ətraf mühitin monitoringi: atmosfer havası, səth suları, yeraltı sular, torpaq, ətraf mühitin radioaktivliyi, transsərhəd çirklənmə;
Su bioresursları: balıq artırma müəssisələri, Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, invaziv növlər, suitiləri;
Geologiya: regional geoloji planlama, regional hidrogeoloji planlama, faydalı qazıntıların axtarışı və kəşfiyyatı, yeraltı suların axtarışı və kəşfiyyatı, geoekoloji tədqiqatlar, seysmogeodinamik tədqiqatlar, Mineral Xammal Elmi-Tədqiqat İnstitutu;
Təbiət abidələri: geoloji abidələr, palçıq vulkanları, ekoloji siyasət, əsas istiqamətlər, milli programlar, dövlət programları, ekoloji QHT-lər;
Beynəlxalq əməkdaşlıq: çoxtərəfli sazişlər, ikitərəfli sazişlər, beynəlxalq layihələr;
Qırmızı kitab: köhnə nəşrdən çıxarılan növlər;
İşğal olunmuş ərazilər: bilgi;
Elmi şuralar: qısa bilgi;
Qonaq kitabçası: onlayn rəy forması.
Göründüyü kimi nazirliyin saytı sahəyə aid informasiya baxımından zəngindir. Ancaq bu həmin resursun “İnformasiya əldə etmək haqqında” qanuna tam cavab verdiyini deməyə imkan vermir. Beləliklə, saytda qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 9-u yer alıb.