Tuesday 03rd December 2024,

2007_2008

Ξ Leave a comment

Neft gəlirləri sahəsində şəffaflıq və informasiya açıqlığı vəziyyətoinin öyrənilməısi məqsədilə İctimai informasiya subyektlərinə göndərilən sorğuların ANALİZİ

posted by

Neft gəlirləri sahəsində  şəffaflıq və informasiya açıqlığı vəziyyətoinin öyrənilməısi məqsədilə EİTİ Koalisiyası tərəfindən İctimai informasiya subyektlərinə göndərilən sorğuların ANALİZİ
QEYD :   Sorğuların  cavablandırılması  vəziyyəti  üzrə Yekun   Hesabatla  burada tanış ola  bilərsiniz

Sorgu

( adi və ya onun nomresi)

Sual

Tip

Hara

Göndərilib

Daxil olub

Cavab (Nəticə)

1

№ itei/02-09az

Normativ Hüquqi aktlara əsasən Neft Fondundan ayrılan vəsaitin xərclənməsinə Fond məsuliyyət daşıyırmı? Əgər daşıyırsa bu məsuliyyət nədən ibarətdir?

Qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına ümumilikdə və illər üzrə faktiki olaraq ARDNF-dən nə qədər vəsait ayrılmışdır?

ARDNF-nun vəsaiti hesabına qaçqınlar və məcburi köçkünlər üçün tikilən yaşayış məntəqələrinin, səhiyyə, sosial, o cümlədən kommersiya obyektlərinin sayı və kvadrat metrlərlə sahəsi barədə məlumat verməyinizi xahiş edirik.

Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə ARDNF-dan nə qədər vəsait ayrılmışdır?

Azərbaycan özünün Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki tarif payından Gürcüstanın xeyrinə imtina etməsi ARDNF-nun maliyyə daxilolmalarına hər il və ümumilikdə nə qədər təsir edəcəkdir? 

Azərbaycanın meliorasiya sisteminin yenidən qurulması məqsədilə hazırlanmış və ARDNF-dan maliyyələşən layihələrin texniki-iqtisadi qiymətləndirilməsi ilə tanış olub və rəy veribsinizmi? Həmin rəylərin surətini xahiş edirik bizə təqdim edəsiniz.

Samur-Abşeron suvarma kanalının yenidənqurulması layihəsinə ARDNF-dən ayrılmış vəsaitlərin idarəedilməsində Fond bu və ya digər formada iştirak edirmi?

Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq ARDNF-dan 2005-2006-cı illərdə nə qədər vəsait ayrılmışdır? 

ARDNF-dan dövlət büdcəsinə köçürmələr edilərkən Milli Məclisin qəbul etdiyi xüsusi hüquqi sənədlər barədə məlumat verməyinizi xahiş edirik. 

ARDNF-in xarici valyuta aktivləri hal-hazırda hansı xarici banklarda saxlanılır? 

ARDNF-nun Dünya Bankına idarəetməyə verdiyi vəsaitdən gələn gəlirlərin həcmi nə qədər proqnozlaşdırılır?

ARDNF-in aktivlərinin idarəetmə zənbili və onun strukturu barədə məlumat verməyinizi xahiş edirik.

Sənəd

Statistika

Statistika

Statistika

Statistika

Sənəd

Layihələrin idarəedilməsi

Statistika

Sənəd

Məlumat

Statistika

Statistika

Azərbaycan Respublikası Dövlət Neft Fonduna

14.09.2007

24.09.2007

1-ci sorğuya cavab olaraq bildirilir ki,

Dövlət Neft Fondunun fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Neft Fondu haqqında Əsasnamə ilə tənzimlənir və bu normativ sənədin 1.7-ci maddəsində göstərildiyi kimi, Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin  Fərman və Sərəncamlarını, habelə Fondun Əsasnaməsini rəhbər tutur. Neft Fondu tərəfindən vəsaitlərin istifadəsi Azərbaycan Respublikası  Prezidentinin  Fərmanı ilə təsdiq edilən Fondun büdcəsinin icrası çərçivəsində həyata keçirilir və Fond bu bu vəsaitlərin təyinatı üzrə ayrılmasına görə məsuliyyət daşıyır.

2-ci  sorğuya cavab olaraq bildirilir ki,

 2001-ci ildən etibarən 31 avqust 2007-ci il tarixinə qədər olan dövr ərzində bu istiqamətdə ARDNF-dən ümumilikdə 322,5 milyon manat, o cümlədən 2005-ci ildə 40,4 milyon manat, 2006-cı ildə 110,0 milyon manat vəsait ayrılmışdır.

3-cü   sorğuya cavab olaraq bildirilir ki,  Dövlət Neft Fondunun internet səhifəsində müvafiq məlumat yerləşdirilmişdir. Əlavə məlumat üçün Dövlət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyinizi məqsədə uyğun sayırıq.

(Yönəldilib )

4 –cü  sorğuya cavab olaraq bildirilir ki,

 31.08.07-ci il tarixinə Bakı şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılması üzrə həyata keçirilən iki layihə üçün: “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” layihəsi 129,9 milyon manat (2006-cı ildə 82,7 milyon manat) və “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi üçün 66,0 milyon manat (2006-cı ildə 37,0 milyon manat) vəsait ayrılmışdır.

5-ci   sorğuya cavab olaraq bildirilir ki,

 Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə bağlı ARDNF-in daxilolma mənbəyini bu layihə üzrə Azərbaycan Respublikasının payına düşən dividentlər təşkil edir. Dividentlər layihə iştirakçılarına onların bu kəmərdə iştirak paylarına düşən hissəsinə uyğun olaraq illik maliyyə nəticələrinə görə bölüşdürülür və Azərbaycanın bu layihədə ümumi iştirak payı 25% təşkil edir.

(Qismən cavab verilib)

6-cı sorğuya cavab olaraq bildirilir ki,  Samur-Abşeron suvarma sisteminin (SAK) yenidən qurulmasının bölgənin su təminatında mühüm rolunu nəzərə alaraq, bu sahədə görüləcək işlərin sürətləndirilməsi və onların maliyyələşdirilməsinə xarici investisiyanın cəlb edilməsi məqsədilə, Dünya Bankının tövsiyəsi ilə 1996-cı ildə hazırlanmış və Respublikanın Baş Naziri yanında müzakirə edilərək bəyənilmiş SAK-ın yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması Sxeminin davamı olaraq, Dünya Bankının krediti hesabına həyata keçirilən «Azərbaycanda suvarma-drenaj infrastrukturunun bərpası və tamamlanması Layihəsi» çərçivəsində 2004-cü ildə Yaponiyanın «NİPPON-KOEİ» şirkəti tərəfindən Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının Uzunmüddətli Strategiyası və Texniki-İqtisadi Əsaslandırılması (TİƏ) hazırlanmışdır. TİƏ Kənd Təsərrufatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyində ekspertizadan keçirilmiş və Dövlət Agentliyinin elmi-texniki şurasında baxılıb bəyənilmişdir.

TİƏ ilə ARDNF tanış olub, lakin bu cür sənədlərə rəyin verilməsi ARDNF-in səlahiyyət dairəsinə daxil deyil.

7-ci  sorğuya cavab olaraq bildirilir ki,

Fondun hesabına maliyyələşən digər layihələrdə olduğu kimi, Samur-Abşeron suvarma kanalının yenidənqurulması layihəsinə ayrılmış vəsaitlərin idarə edilməsində Fondun iştirakı bu layihə üzrə ayrılmış vəsaitlərin səmərəli və təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsindən ibarətdir. Bununla əlaqədar Neft Fondu tərəfindən layihənin monitorinqi həyata keçirilir, layihənin icrasını təmin edən sifarişçi təşkilatlar tərəfindən təqdim olunmuş sənədlərin ümumi təhlili aparılır, müvafiq sənədlərin (müqavilələr, hesab-fakturalar və sair) yoxlanılması yolu ilə vəsaitin təyinatı üzrə istifadəsinə ciddi nəzarət edilir. Eyni zamanda mütəmadi olaraq tikinti işlərinin vəziyyəti yerində öyrənilir.

8-ci  sorğuya cavab olaraq bildirilir ki,

Dövlət Neft Fondu tərəfindən vəsaitlərin ayrılması, o cümlədən müvafiq layihələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən Fondun büdcəsi çərçivəsində həyata keçirilir. Regionların sosial-iqtisadi inkişaf proqramı üzrə ARDNF tərəfindən vəsaitlər ayrılmır.

9-cu  sorğuya cavab olaraq bildirilir ki,

ARDNF tərəfindən vəsaitlərin ayrılması, o cümlədən dövlət büdcəsinə transfert ödənişləri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə hər il üçün təsdiq edilmiş Dövlət Neft Fondunun büdcəsinə uyğun olaraq həyata keçirilir. Eyni zamanda «Büdcə sistemi haqqında» Qanuna uyğun olaraq Dövlət Neft Fondunun büdcəsi icmal büdcənin tərkibinə daxil edildiyindən və Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği Milli Məclis tərəfindən qəbul edilən Dövlət Büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edildiyindən, bu Qanun dövlət büdcəsinə ödənişlərin edilməsində Fondun rəhbər tutduğu hüquqi sənədlərdən biri kimi qəbul edilir.

10-cu  sorğuya cavab olaraq bildirilir ki,

 Dövlət Neft Fondunun normativ qanunvericiliyinə uyğun olaraq Fondun vəsaiti Azərbaycan Respublikası hüdudlarından kənarda beynəlxalq reytinq agentliklərinin müəyyən etdiyi «AA-» və «Aa3» kredit reytinqindən aşağı olmayan reytinqə malik olan banklarda və eyni reytinqə malik qiymətli kağızlarda saxlanılır.

(cavab tam verilməyib)

11-ci  sorğuya cavab olaraq bildirilir ki,

 31.08.07-ci il tarixinə Dünya bankının idarə edilməsində olan Fondun vəsaitinin həcmi 103,7 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitlər yüksək keyfiyyətli qiymətli kağızlara, yəni ABŞ hökumətinin və dövlət agentliklərinin qısa və ortamüddətli borc öhdəliklərinə yerləşdirilir. Belə qiymətli kağızların gəlirliliyini «Merril Lynch, US Treasuries, 1-3 yrs» indeksi əks etdirir. Bu səbəbdən Fondun Dünya Bakı tərəfindən idarə edilən vəsaitləri üzrə gəlirliliyin bu indeksin gəlirliliyinə yaxın olması proqnozlaşdırılır. İndeksin gələcək gəlirliliyi ABŞ hökumətinin və dövlət agentliklərinin qısamüddətli qiymətli kağızlarının qiymət dinamikasından asılı olacaqdır.

12-ci  Dövlət Neft Fondunun normativ qanunvericiliyinə uyğun olaraq və Fondun hər il üçün təsdiq edilmiş investisiya siyasətinə əsasən Fondun aktivlərinin 55%-i ABŞ dolları, 35%-i AVRO, 5%-i Funt sterlinq, qalan 5%-i isə digər valyutalarda diversifikasiya olunaraq yerləşdirilir. Neft Fondunun vəsaitləri likvid aktivlərdə (bank depozitləri, pul bazarı fondları, nağd hesablar, qiymətli kağızlarda (suveren borc kağızları, maliyyə təşkilatlarının qiymətli kağızları, agentliklərin qiymətli kağızları, korporativ qiymətli kağızlar və ipoteka kağızları) yerləşdirilir. Neft Fondunun investisiya portfeli haqqında ictimaiyyətə rübdə bir dəfə ətraflı məlumat verilir.

2

itei/02-09az                                                                                                               

                                                                                               

“Nabucco” layihəsinin reallaşması istiqamətində Azərbaycan tərəfi layihəyə cəlb olunmuş ölkələrin hansı birisi ilə artıq ikitərəfli razılaşma əldə etmişdir?

Hasilatın Pay Bölgüsü sazişlərində ARDNŞ-in ikili statusda iştirakı (həm hökuməti təmsil etməsi, həm də biznes fəaliyyəti ilə məşğul olması) nə vaxt həllini tapacaq və Yanacaq və Energetika Nazirliyi hökumət qurumu olaraq bu problemin həlli yolunu necə görür? 

ARDNŞ investisiya siyasətini müəyyənləşdirərkən Yanacaq və Energetika Nazirliyi ilə məsləhətləşmələr aparıbmı?

ARDNŞ ölkə daxilində və ölkə xaricində kapital qoyuluşu zamanı investisiya layihələrinin texniki-iqtisadi qiymətləndirilməsində Yanacaq və Energetika Nazirliyi hansı formada iştirak edir?

ARDNŞ Azərbaycanın bölgələrində Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi zamanı layihələrin icrası məqsədilə tikinti-quraşdırma təşkilatlarını seçərkən Yanacaq və Energetika Nazirliyinin razılığını alıbmı?

Məlumat

Mövqe 

Məlumat

Məlumat

Məlumat

                                                                                 Azərbaycan Respublikası

 Yanacaq və Energetika Nazirliyinə

   

  

14.09. 2007

—-

Cavab verilməyib

3

itei/20-09az                                                                                                               

Azərbaycanın neft sənayesinə yönələn xarici investisiyalar İqtisadi İnkişaf Nazirliyində iqtisadi ekspertizadan keçirmi?

Məlumat

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə

14.09.2007

07.11.2007

 Sizin 2007-ci il 14 sentyabr tarixli itei/20-09az saylı məktubunuza  İqtisadi İnkişaf  Nazirliyində baxılmışdır. Məktubda qeyd olunan məsələyə dair aidiyyəti üzrə aşağıdakıları bildiririk.

  Azərbaycan Respublikasında neft sektoruna yönəldilən xarici investisiyalar “Hasilatın Pay Bölgüsü ” sazişləri əsasında tənzimlənir. Sözügedən  sazişlər çərçivəsində xüsusi hüquqi rejim nəzərdə tutulur. Bununla yanaşı nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf  Nazirliyi haqqında yeni Əsasnamə”nin 2.1.13-cü bəndinə əsasən Nazirlik səlahiyyətlərinə investisiya qoyuluşu sahəsində, o cümlədən bütün növ kreditlərin, maliyyə və texniki yardımların (o cümlədən qrantların) və sair formada investisiyaların cəlb edilməsi və investisiya layihələrinin (təkliflərinin) dövlət ekspertizasını və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi daxildir. Eyni zamanda bildirmək istərdik ki, İqtisadi İnkişaf  Nazirliyində aidiyyəti üzrə təqdim olunmuş xarici investisiya layihələrinə rəy və təkliflər verilir. Xahiş edirik nəzərə alasınız.

2008-ci ilin əvvəlindən Azəri-Çıraqlı-Günəşli yatağının işlənməsi sazişi üzrə mənfəət norması hökumətin xeyrinə hansı nisbətdə dəyişəcək ?

2008-ci ilin II rübündən Azəri-Çıraqlı-Günəşli yatağının işlənməsi sazişi üzrə mənfəət norması hökumətin xeyrinə hansı nisbətdə dəyişəcək?

Statistika

Statistika

Azərbaycan Respublikası Maliyyə  Nazirliyinə

18.10.2007

4

                                                                                                               

itei/05-09az                                                                                                               

1.         Şirkətinizin MŞHT ilə bağlı yaxın dövrdə nəzərdə tutulan planları və tədbirləri ilə bizi tanış etməyi Sizdən xahiş edirik?

2.         ARDNŞ  MŞHT  çərçivəsində hökumətə ödənişləri ilə bağlı fərdi hesabatları cəmiyyətə açıqlamağa hansı sənəd mane olur, həmin sənədin surətinin verilməsini xahiş edirik.

3.         Şirkətin nizamnaməsində və ya şirkət daxili normativ  sənədlərdə yaxud şirkətin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlarda antikorrupsiya xarakterli hansı normalar nəzərdə tutulub? Xahiş edirik, bu sənədlərin surətini bizə təqdim edəsiniz?

4.         Şirkət  işçilərinin korrupsiyaya qurşanmasının qarşısını almaq üçün hansı xüsusi mexanizmlər müəyyən edilib? Həmin normaları əksetdirən sənədin surətini xahiş edirik bizə təqdim edəsiniz.

5.         Azərbaycandakı fəaliyyətiniz dövründə şirkətin hər hansı bir işçisinin korrupsiya əməlinə görə cəzalandırılması halı olubmu? Əgər belə hal olubsa  nə zaman, kim (kimlər) hansı əmələ görə hansı cəza tədbiri ilə qarşılaşıblar?

Gələcək planlar

Sənəd

Sənəd

Sənəd

Fakt

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə

14.09.2007

məktub daxil olmayıb

5

itei/06-09az                                                                                                             

                                                                                                               

Xəzərin statusu ilə bağlı Azərbaycan hökumətinin danışıqlar prosesində hazırkı durumda mövqeyi nədən ibarətdir və digər Xəzəryanı ölkələrlə müqayisədə nə ilə fərqlənir?

Türkmənistan Respublikasının Xəzərin Azərbaycana aid hissəsindəki neft yataqlarına olan iddiasına qarşı hansı hüquqi sənədləri əsas götürmək olar?

İranın Xəzərin Azərbaycana aid hissəsindəki neft yataqlarına olan iddiasını hansı beynəlxalq və ölkələrarası hüquqi aktlara söykənərək əsassız hesab etmək olar?

Mövqe

İstinad

Mövqe

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə

                                       

14.09.2007

Beynəlxalq hüquq və müqavilələr şöbəsindədir

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV