Fəaliyyətinin əsas məqsədi oz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsi olan Azərbaycan Respublikası Milli Bankının www.nba.az domen adlı İnternet resursu ana səhifə ilə açılır. Səhifənin yuxarı hissəsində “Azərbaycan Respublikası Milli Bankı” sözləri və onun qarşısında bankın əsas binasının şəkli verilib. Azərbaycanın heç bir dövlət rəmzi saytda əks olunmayıb. Bunun altında isə bir sıra keçidlər və axtarış qutusu yerləşdirilib. Daha sonra isə yenə də üfqi şəkildə saytın əsas menyusu yer alıb.
Daha aşağıda isə iki blok yer alıb. Bunlardan sol blokda əsas menyuda olan bölmələrdən bəzi keçidlər, sağ menyuda isə mətbuat üçün açıqlamalarla son yeniliklər və elanlar yerləşdirilib. Hər iki bölmədə arxivə keçid verilib.
Saytın aşağı hissəsində yenə də üfqi şəkildə əsas menyu təkrarlanıb. Daban hissəsində isə “© Azərbaycan Milli Bankı” və “ISETECH” sözləri yer alıb.
Ümumiyyətlə isə saytda ölkənin pul və bank siyasəti haqqında yetərincə bilgi olduğu nəzərə çarpır. Ancaq bütün bunların yetərli olduğunu da demək olmaz…
Beləliklə, saytın əsas menyusu:
Haqqımızda: tarix, təşkilati struktur (İdarə Heyəti, rəhbərlik, departament direktorları, ərazi idarələri), elanlar, beynəlxalq əlaqələr, nailiyyətlər, İdarə Heyəti sədri və üzvlərinin qəbul saatları, Milli Bankın balansı, insan resursları, maliyyə hesabatları, əlaqə;
Pul siyasəti: pul siyasətinin əsas istiqamətləri, pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında, inflyasiya hesabatı, pul icmalı, real effektiv məzənnə indeksləri, pul siyasəti komitəsi, hüquqi baza, tədqiqatlar, tədiyə balansı (seminarlar);
Bank sistemi: bank tənzimlənməsi və nəzarəti, kredit qoyuluşları, rüblük icmal (31 Dekabr 2007, 30 Sentyabr 2007, 30 Iyun 2007, 31 Mart 2007, 31 Dekabr 2006, 30 Sentyabr 2006, 30 Iyun 2006, 31 Mart 2006, 31 Dekabr 2005, 30 Sentyabr 2005, 30 Iyun 2005, 31 Mart 2005, 31 Dekabr 2004);
Milli valyuta: yeni nəsil pul nişanları (1 manat, 5 manat, 10 manat, 20 manat, 50 manat, 100 manat), xatirə sikkələri ("Heydər Əliyev" xatirə sikkələri, Kitabi Dədə Qorqud, Məhəmməd Füzuli), banknotlar (1 manat, 5 manat, 10 manat, 50 manat, 100 manat, 250 manat, 500 manat, 1000 manat, 10000 manat, 50000 manat);
Ödəniş sistemi: ümumi məlumat, AZİPS real vaxt rejimində banklararası hesablaşmalar sistemi, xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi (XÖHKS), ödəniş sistemləri üzrə statistika, ödəniş sistemləri üzrə hüquqi baza, ödəniş sistemlərinə nəzarət, ödəniş sistemlərinin təkmilləşdirilməsi tədbirləri, ödəniş sistemləri üzrə hesabatlar;
Nəşrlər: statistik bülleten, illik hesabat, pres-relizlər, sədrin məruzələri;
Statistika: əsas makroiqtisadi göstəricilər, əsas pul-kredit göstəriciləri, maliyyə bazarı, kredit təşkilatlarının göstəriciləri, ödəniş sistemləri, statistik məlumatların yayımlanması grafiki, məlumatların yayımlanmasının xüsusi standartlarının uyğun məlumatlarının
dərc olunma təqvimi;
Hüquqi sənədlər: "Milli Bank haqqında" qanun, "Banklar haqqında" qanun, digər qanunlar, normativ sənədlər və təlimatlar, pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət;
İstinadlar: mərkəzi banklar, Azərbaycan kommersiya bankları, digər, denominasiya (normativ hüquqi baza (prezident fərmanı, Milli Bankın təlimatı) sorğular və cavablar (Azərbaycanda denominasiyaya dair qərar hansı zərurətdən irəli gəldi? Azərbaycanda denominasiyanın 1:5000 miqyasının seçilməsi nə ilə bağlıdır? Yeni pulların dizaynı və texniki göstəriciləri mövcud pullardan nə ilə fərqlənəcəkdir?), göstəricilər (rəsmi valuta ehtiyatları, pul bazası, aktivlər, mln manat, kredit qoyuluşları, mln. manat, əhalinin əmanətləri mln. man, məcmu kapital, mln. manat, pul kütləsi, dəhlizin aşağı həddi, dəhlizin yuxarı həddi, uçot faiz dərəcəsi, dövriyyədə notların həcmi (mln. AZN), not üzrə son faiz dərəcəsi, faiz dəhlizi) əmanətlərin sığortalanması fondunun iştirakçı banklarının siyahısı (dfgjkfdg (?), əmanətlərin sığortalanması sistemi haqqında məlumat), Əmanətlərin Sığortalanması Fondu (əmanətlərin sığortalanması sistemi haqqında məlumat, Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarının siyahısı, fondun fəaliyyəti, o cümlədən kompensasiyaların ödənilməsi barədə məlumatın dərc olunduğu KİV-lərin siyahısı), normativ hüquqi aktlar (qanun, fərman, qaydalar, Əmanətlərin Sığortalanması Fondunun rekvizitləri haqqında məlumat, Əmanətlərin Sığortalanması Fondu
haqqında suallar, press-relizlər, vakansiyalar).
Nəticə etibarilə demək olar ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 13-ü yer alıb.