Thursday 02nd May 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikasının prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məxsus www.scs.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikasının prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin www.scs.gov.az domen ünvanlı rəsmi İnternet resursu xeyli sadə təsir bağışlayır. Bununla belə əks əlaqə imkanlarının nisbətən daha əhatəli olması, eyni zamanda xeyli sayda ən yeni bilgilərin saytda yerləşdirilməsi bu qurumun onlayn fəallığa bir qədər ciddi yanaşmasının göstəricisi sayıla bilər. Bununla belə saytın dolğun olduğunu da iddia etmək doğru olmazdı. Məhz bu durumu dəyərləndirə bilmək üçün saytın bütün səhifələrini ziyarət edərək aşağıdakı mənzərəni aşkar etmiş oluruq.

Sayt ana səhifə ilə açılır. Yuxarı üfqi blokda Azərbaycan Respublikasının dövlət bayragı və herbi önündə “Azərbaycan Respublikasının prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri yazılıb və bu blokun sağ ucunda quruma məxsus olduğu güman edilən binanın şəkli verilib. Elə bu blokda aşağı üfqi zolaqda işləməyən axtarış qutusu, əsas səhifə, əlaqə, Az, Ru və Eng keçidləri verilib.

Bundan sonra isə şaquli istiqamətdə üç paralel blok verilib. Birinci blokda əsas menyu, özəlləşdirmə çekləri və opsionlarının qiymətləri, arxivə keçid və əlaqə adı altında info@scs.gov.az e-poçt ünvanı verilib. Orta blokda isə anlaşıldığı qədərincə qurumun yaranması və fəaliyyəti barədə bilgi verilib. Yalnız. Sağ blokda “Xəbərlər” adı altında mətbuat üçün ən son açıqlamalar və onların tam mətninə keçid yerləşdirilib.

Saytın dabanında "Copyright © QKDK 2006" və "made in Network Technologies" sözləri yerləşdirilib.

Əsas menyu:

QKDK: QKDK haqqında məlumat (qiymətli kağılar bazarının və komitənin yaranma tarixi), QKDK-nin strukturu (sxem, struktur bölmələrin və vəzifələrin adları, əməkdaşların adları, telefon nömrələri və e-poçt ünvanı), Naxcıvan idarəsi (prezidentin sərəncamı, rəhbər şəxslərin adları və vəzifələri, ümumi ünvan və telefon nömrələri);

QK bazarının qanunvericiliyi: qanun və fərmanlar (cəmi beş sənəd, .doc formatında), QKDK-nın normativ-hüquqi bazası (çoxsaylı sənədlər, .doc formatında);

QK bazarının infrastrukturu: səhmdar cəmiyyətlər (haqqında və səhmdarlarının sayı 100-dən artıq olan səhmdar cəmiyyətlərin siyahısı, .doc formatında), peşəkar iştirakçılar ücün məlumat (fəaliyyət növləri, Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında peşəkar fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıqları (lisenziyaları) qüvvədə olan təşkilatların siyahısı, .doc formatında, qiymətli kağızlar bazarında peşəkar fəaliyyət ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziyanın) alınması üçün tələb olunan sənədlərin siyahısı, .doc formatında), mətbəələr (bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığa (lisenziyaya) malik olan mətbəələr, .doc formatında);

QK bazarı haqqında məlumat: 2005, 2006, 2007 və 2008-ci illər (aylar) üzrə məlumat;

MDB tənzimçilərinin Şurası: bura tıqladıqda nəyə görəsə rus dilindəki eyni adlı sənədlər olan səhifə açılır;

Xəbərlər mərkəzi: arxiv (2005, 2006, 2007 və 2008-ci illəri əhatə edir);

Layihələr: yalınız bir sənəd – “İnvestisiya fondları haqqında qanun”un layihəsi (irad və təkliflərin bildirilməsi üçün e-poçt ünvanı ilə: elnur.allahverdiyev@scs.gov.az);

Arxiv: 2001, 2002, 2003 və 2004-cü illərin hesabatları və “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” programı – 2000-2001-ci illər (hamısı .doc formatında).

Beləliklə, komitənin İnternet saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 9-u yerləşdirilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV