Azərbaycan Respublikası Auditorlar Palatasına məxsus www.audit.gov.az domen adlı İnternet resursunun monitoringinin nəticələri olduqca acınacaqlıdır. Sayt demək olar ki, həm texniki tələbatlara cavab vermir, həm də ki, “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə qətiyyən uyğun deyil.
Əslinə qalanda sayt demək olar ki, görüntüdən başqa bir şey deyil. Ona görə də bu saytlar bağlı ayrıntılı tövsiyələr yazmağı lüzumsuz hesab etmək olar.
Odur ki, fikrimizcə yeganə tövsiyə ondan ibarət ola bilr ki, sayt yenidən qurulsun və onun tərkibi qanunun tələblərinə uyğun təşkil edilsin.