Tuesday 03rd December 2024,

2007_2008

Ξ Leave a comment

Lənkəran İcra Hakimiyyətinə məxsus www.lankaran.az ünvanındakı rəsmi İnternet resursun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Lənkəran İcra Hakimiyyətinə məxsus www.lankaran.az domen adlı İnternet resursu monitoringin nəticələrindən də göründüyü kimi bir sıra üstün cəhətlərə malik olsa da tam və dolğun deyildir. Saytda bir çox informasiyalar ümumiyyətlə yoxdur, yaxud da olanların xeyli hissəsi dolğunluq baxımından hələ qüsurludur. Verilən bilgilər olduqca qısa olmaqla Lənkəran kimi zəngin tarixi olan bir bölgənin tanıdılmasında yetərli sayıla bilməz. Üstəlik qanunun tələb etdiyi bir sıra bilgilərin də saytda yerləşdirilməməsi heç də ürəkaçan hal sayıla bilməz. Məhz bunu və saytın sahibinin bu yöndə iradə nümayiş etdirmə istəyini nəzərə alaraq resursla bağlı bəzi tövsiyələrimizi irəli sürmək istərdik.

1. Hər şeydən öncə tövsiyə etmək istərdik ki, saytın konkret olaraq hansı quruma – Lənkəran Şəhər İcra Hakimiyyətinə, yoxsa Lənkəran Rayon İcra hakimiyyətinə məxsus olduğu daha aydın ifadə edilsin. Əgər belə bir bölgü yoxdursa, onda bunun barəsində də bilgi verilsin.

2. Saytın domen adında “lankaran” deyil, “lenkeran” sözündən istifadə etmək (və ya hər ikisindən istifadə etmək ), fikrimizcə daha məqsədəuyğun olardı. Çünki Azərbaycan dilində olan sözlərdən düzəldilmiş domen adlarının böyük əksəriyyətind “ə” hərfləri bir qayda olaraq “e” hərfi ilə əvəz edilir.

3. İcra başçısının aparatı bölməsindəki struktur altbölməsində əslində qurumun özünün strukturu (bölmələr, şöbələr, xidmətlər, nümayəndəliklər və s.) haqqında bilgi verilməliykən, rayonun inzibati ərazi vahidlərinin siyahısı yerləşdirilib. Yaxşı olardı ki, bu yanlışlıq aradan qaldırılsın və əlavə olaraq rayonun coğrafi bilgilərini içərən bölmədə və ya yeni bir bölmədə inzibati ərazi vahidləri barədə bilgi verilsin.

4. Saytda bir sıra səhifələr ümumiyyətlə boşdur və bəzilərində də hələ hazırlıq mərhələsində olması haqqında qeyd verilib. Ziyarətçi-istifadəçilərin vaxtını almamaq və onlara nəzakət göstərmək baxımından yaxşı olardı ki, hələ məzmunu hazır olmayan səhifələrə keçidlər verilməsin. Yalnız səhifənin tərkibi tam hazır olduqdan sonra müvafiq keçid əlavə etmək daha doğru olardı.

5. Yaxşı olar ki, saytda digər dövlət qurumlarının saytların keçidlər də yerləşdirilsin. Təbii ki, bu baş verəcəyi təqdirdə tələblərdən daha biri yerinə yetirilmiş olardı.

6. Monitoringin nəticələrində də qeyd etdiyimiz kimi saytdakı axtarış qutusu işləmir. Bundan başqa abunə imkanları da gözə dəymir. Hər iki çatışmazlığın qısa müddətə aradan qaldırılması məqsədəuyğun olardı.

7. Saytda yalnız icra başçısının biografiyası yerləşdirilib. Halbuki qanunun tələblərinə görə digər vəzifəli şəxslər barəsində də biografik bilgilər burda yer almalıdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin yoxluğu da saytın ciddi qüsurlarından biridir.

9. Daha bir ciddi qüsur büdcə və onun icrası haqqında bilgilərin yoxluğudur. Hər halda bu cür bilgiləri əldə edib saytda yerləşdirmək üçün xüsusi araşdırmaya ehtiyac olmadığını nəzərə alsaq onların yaxın günlərdə yerləşdirilməsini tövsiyə etmək istərdik.

10. Rayonun turistlər üçün maraq doğurduğunu nəzərə alaraq bura gəlmək üçün təklif edilə biləcək nəqliyyat vasitələri və marşrutları haqqında da bilgilərin verilməsi zəruridir.

11. Əhali haqqında qısa statistik bilgilərin verilməsi müsbət haldır. Ancaq yaxşı olar ki, əhalinin milli və dini tərkibi barədə də bilgilər burda yerləşdirilsin.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV