Thursday 21st November 2024,

2007_2008

Ξ Leave a comment

Daxili İşlər Nazirliyinə məxsus www.din.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Monitoring zamanı da qeyd etdiyimiz kimi Daxili İşlər Nazirliyinin www.din.gov.az domen adlı İnternet resursu bir insanı maarifləndirə biləcək qədər zəngindir. Üstəlik saytdan bu quruma aid bütün struktur (hətta ən aşağı kənd sahə müvəkkilinə qədər) vahidləri ilə əlaqə saxlamaq imkanlarının əldə edilə bilməsi digər nazirliklərlə müqayisədə çox ciddi və müsbət bir fərq kimi dəyərləndirilə bilər.

Həm də burada işə qəbul məsələlərinin ayrıntılı bir şəkildə yerləşdirilməsi, onlayn müraciət forması və vətəndaşların qəbul qaydaları və vaxtları haqqında  bilginin verilməsi də müsbət hallar sırasındadır. Daha başqa diqqət çəkən məqam isə bəzi xidmətlərlə bağlı qayda və rüsumların məbləğlərinin izah edilməsidir.
Bununla belə saytda bəzi diqqət çəkən çatışmazlıqlar da var ki, onlarla bağlı tövsiyələrimizi irəli sürmək istərdik.

1. Hər şeydən əvvəl şəffaflığın tam təmin edilməsi üçün sayta nazirlik və bütövlükdə bu sahəyə aid büdcənin yerləşdirilməsi məqsədəuyğun olardı. Eyni zamanda həmin büdcənin icrası barədə də ayrıntılı bilgilərin yerləşdirilməsi qanunun tələbləri sırasındadır.

2. Vəzifəli şəxslərin çıxışları kimi yalnız nazirin müsahibə və çıxışlarının yerləşdirilməsi yetərli sayıla bilməz. Nazirliyin digər yüksək vəzifəli şəxslərinin çıxışları da saytda yerləşdirilsə məqsədəuyğun olar.

3. Daha bir çatışmazlıq nazirliyin ştat cədvəllərinin verilməməsidir. Doğrudur, verilmiş struktur bölmələri və ayrı-ayrı vəzifəli şəxslərin siyahılarına baxıb müəyyən təsəvvür əldə etmək olar. Ancaq bu çılpaq bir ştat cədvəli anlamına gəlməz.

4. Əmr, sərəncam və qərarlarla bağlı da fərqli yanaşmaya gərək var. Yəni saytda məhz bu adda bir bölmə qurub orada nazirliyin özünə aid belə sənədləri yerləşdirmək lazımdır.

5. Sahəyə aid dövlət sirri təşkil edən bilgilərin də yerləşdirilməsi qanunun tələbləri sırasındadır.

6. Şikayət və sorğuların icmalı, özünə aid məhkəmə aktları, həmçinin qurumun mülkiyyəti və ondan istifadə barədə bilgilər də saytda gözə dəymir. Yəqin bu işlərlə müvafiq struktur vahidləri məşğul olur və onların hazırladığı hesabatları sayta yerləşdirməklə bu boşluğu aradan qaldırmaq olar.

7. Bu qurumun müxtəlif daxili yoxlamalar keçirməsi haqda məlumatlar tez-tez mətbuata ayaq açır. Ancaq təəssüflər olsun ki, saytda bununla bağlı ayrıca bilgiyə rast gəlinmir.

8. Əmək haqqı dərəcələri barədə bilgilərin verilməsi yenə də qanunun tələblərindən biri olduğuna görə icra edilməlidir.

9. Daha bir çatışmazlıq isə saytda digər dövlət organlarının və müvafiq beynəlxalq təşkilatların İnternet saytlarına keçidlərin verilməməsidir. Bizcə bunu aradan qaldırmaq saytın inzibatçıları üçün elə də çətin olmasın gərək.

10. Saytda axtarış qutusunun olması müsbət haldır. Ancaq abunə imkanlarının yoxluğu ciddi çatışmazlıqdır. Xüsusən də nəzərə alsaq ki, daxili işlər organlarının yayacağı xəbərlər istənilən vətəndaş və insan üçün böyük əhəmiyyət kəsb edir.

11. Sual-cavab səhifəsində bir cavabda Baş Dövlət Yol Polisinin www.dyp.gov.az saytını ziyarət etmək tövsiyə edilir. Halbuki verilən sualın cavabını həmin səhifədən tapmaq mümkün deyil (yol hərəkəti ilə bağlı cərimələrin miqdarı haqqında “İnzibati xətalar məcəlləsi”nin müvafiq maddələrindən söhbət gedir).

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV