Tuesday 18th May 2021,

2007_2008

Ξ Leave a comment

Daxili İşlər Nazirliyinə məxsus www.din.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Daxili İşlər Nazirilyinə məxsus www.din.gov.az domen adlı İnternet resursunun daha öncəki monitoringləri zamanı onun daha yüksək yerlərdə olması aşkar edilmişdi. Elə həmin təəssüratla da növbəti monitoringimizi aparıb saytın həm daha da inkişaf etdirilməsi, həm də daha funksional hala gətirilməsinə ümid edirik. Bu baxımdan ilkin olaraq onu deyə bilərik ki, sayt həqiqətən də öz zənginliyini və funksionallığını qoruyub saxlayır və digər dövlət qurumlarının saytlarından ciddi şəkildə fərqlənir.

Qurumun saytı ana səhifə ilə açılır. Lap yuxarı sağ küncdə Az, Ru və Eng keçidləri yer alıb. Bundan aşağıda yuxarı üfqi blokda sol tərəfdə nazirliyin emblemi, sağda isə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi” sözləri yerləşdirilib.

Daha aşağıda iki şaquli blok verilib. Sol blokda əsas menyu yerləşdirilib. Ondan aşağıda isə işlək axtarış qutusu var. Bu qutudan altda isə quruma ərizə və şikayətlə müraciət etmək üçün onlayn forma verilib. Blok “© 2005 Daxili İşlər Nazirliyi. MEGA şirkətinin istehsalı” sözləri ilə başa çatır.

Sağ blok DİN haqqında bir cümləlik bilgi və qurumun əsas binasının şəkli ilə başlayır. Bundan aşağıda isə iki sütunda son xəbərlər verilib ki, onlardan da ən sonuncusu 02 aprel 2008-ci il tarixlidir.

Əsas menyu:

Daxili İşlər Nazirliyi: rəhbərlik (yüksək vəzifəli şəxslərin biografiyaları), DİN-in strukturu (Katiblik (baş idarə səlahiyyətli), Baş Təşkilati-İnspektor İdarəsi, Növbətçi hissələri idarəetmə xidməti (idarə səlahiyyətli), Baş Cinayət-Axtarış İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Daxili Təhlükəsizlik İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi, Baş İctimai Təhlükəsizlik İdarəsi, Daxili Qoşunların Baş İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Baş Mühafizə İdarəsi, Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi (baş idarə səlahiyyətli), İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli), Baş Kadrlar İdarəsi, Daxili Təhqiqatlar İdarəsi, Şəxsi Heyətlə İş İdarəsi, Beynəlxalq Əməkdaşlıq İdarəsi, Baş İnformasiya və Kommunikasiya İdarəsi, Mətbuat Xidməti (idarə səlahiyyətli), Maliyyə-Plan İdarəsi, Təchizat İdarəsi, Tibb İdarəsi, Komendant Xidməti (idarə səlahiyyətli), Əsaslı Tikinti İdarəsi, İdman cəmiyyəti (idarə səlahiyyətli), Səfərbərlik işləri və mülki müdafiə Şöbəsi, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi), təhsil müəssisələri (Polis Akademiyası, Tədris Mərkəzi, Daxili Qoşunların Tədris Alayı, Yanğın-Texniki Məktəbi), DİN-in tarixi (1918-ci ildən günümüzə qədər);

Qanunvericilik: qanunlar, fərmanlar, qərarlar;

Mətbuat xidməti: məlumatlar (xəbərlər arasında fasilələr uzundur), çıxışlar və müsahibələr (yalnız nazirə aid), kriminal xronika (01 aprel 2008-ci il tarixi üçün bir günlük xronika), mətbuat orqanları ("Mübariz keşikdə" qəzeti, "Polis" qəzeti, "Əsgər" qəzeti);

Beynəlxalq əməkdaşlıq: beynəlxalq əlaqələr (qısa bilgi), sənədlər (yalnız adlardan ibarət siyahı – ən yenisi 2005-ci ilə aiddir);

Cinayətkarlıqla mübarizə: 2007-cı il üzrə təhlil, 2006-cı il üzrə təhlil, 2005-cü il üzrə təhlil, 2004-cü il üzrə təhlil, transmilli cinayətkarlıq, müqayisəli statistika (1992-2006-cı illər);

İnsan alverinə qarşı mübarizə: İnsan Alverinə Qarşı Mübarizə İdarəsi (bilgi və telefon nömrələri), qanunvericilik aktları (bir qanun, bir fərman və bir fəaliyyət planı);

Axtarışda olanlar: təqsirləndirilən şəxslər, itkin düşmüşlər, nəqliyyat vasitələri (yenilənməsinə gərək var), sənədlər (nikah haqqında şəhadətnamə, sürücülük vəsiqəsi, texniki pasport);

Vətəndaşların müraciətləri: müraciət etmək üçün onlayn forma və daha öncə başqaları tərəfindən verilən suallar və onların cavabları;

Vətəndaşların qəbulu: bu səhifədə nazir də daxil olmaqla bütün vəzifəli şəxslərin qəbul vaxtları və qəbula yazılma vaxtları göstərilib;

Faydalı məlumatlar: daxili işlər orqanlarında xidmətə qəbul, şəxsiyyəti təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu), vətəndaş və polis, mülki silahın əldə edilməsi, vətəndaşların müraciətlərinə baxılma qaydası, müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına lisenziyanın verilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması barədə, polisin xüsusi geyim forması, şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair təlimat;

Əlaqə vasitələri: rəhbərlik, baş idarələr və idarələr, Bakı şəhər polis organları, Naxçıvan MR DİN, rayon (şəhər) polis idarə və şöbələri, ərazi polis sahə inspektorları;

Foto albom: ümumi, DİN-in tarixi, DİN-in muzeyi;

Vətəndaşların nəzərinə: DİO-ya orta və böyük rəis heyəti vəzifələrinə müsabiqənin keçirilmə qaydaları, DİO-da orta və böyük rəis heyəti vəzifələrinə olan vakansiyalar, Polis Akademiyasına qəbul qaydaları, DİO əməkdaşlarının nəzərinə, məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair məlumat, BMİ-də vakant yerlərə qəbul haqda, DİO-ya xidmətə qəbulla əlaqədar test imtahan sualları, bölgələrdə vətəndaşların qəbulu keçiriləcəkdir (köhnə xəbər – 2004-cü ilə aid).

Beləliklə, DİN-in İnternet resursunun monitoringini başa vurduq. Açığı bu qurumun saytı barədə əvvəlki təəssüratlarımız qüvvədə qalmaqla bərabər adi bir ziyarətçini xeyli maarifləndirə biləcək bir resurs olduğu da bir daha təsdiqləndi. Əlbəttə ki, hər hansı hüquqi əsaslı tələb olmasaydı bu sayta ən yüksək qiymət vermək olardı. Ancaq təəssüflər olsun ki, bəzi informasiyaların çatışmazlığı bunu mümkünsüz edir.

Bununla belə onu da qeyd etmək istərdik ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan 16-sı yer alıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV