Thursday 18th April 2024,

2007_2008

Ξ Leave a comment

Satınalmalar üzrə Dövlət Agentliyinə məxsus www.tender.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı İnternet saytı sadə və funksionaldır. Bu saytın sadəliyinə baxmayaraq onu digərlərindən fərqləndirən üstün bir cəhəti də var ki, bu da e-satınalmalardan ibarətdir. Elektron hökumət quruculuğu baxımından bu amil saytın ciddi müsbət fərqlərindən biri sayıla bilər. Ümumilikdə isə sayt özü elə də zəngin sayıla bilməz. Üstəlik burada çox sadə bir yanaşma da özünü göstərməkdədir ki, bütün bunlar haqqında daha sonra fikirlərimizi açıqlayacayıq.

Satınalmalar üzrə Dövlət Agentliyinin İnternet saytı giriş səhifəsi ilə açılır. Burada ən yuxarıda Azərbaycan dilində, daha aşağıda isə Eng və Ru dillərində bilgi verilib. Daha aşağıda isə bu üç dildən birinin üzərinə tıqlamaqla ana səhifəyə keçmək olar.

Azərbaycan dilində olan (elə digər dillərdə də) ana səhifə çox sadə təsir bağışlayır. Səhifə yuxarı üfqi blokla başlayır. Bu blokun sol tərəfində Azərbaycan xəritəsi, sağ tərəfində isə qurumun adı yerləşdirilib. Aşağıda isə dar bir zolaqda qurumun yer ünvanı və bir telefon nömrəsi verilib.

Daha sonra səhifədə iki şaquli blok yerləşdirilib. Bunlardan soldakı özündə əsas menyunu ehtiva edir. Sağdakı isə qurum haqqında bilgilərdən ibarətdir. Həm də bundan aşağıda əsas menyuya aid edilə biləcək bəzi keçidlər yer alıb.

Saytın dabanında isə Az, Eng və Ru keçidləri yerləşdirilib.

Əsas menyu

Qanunvericilik: sahəyə aid olan müxtəlif qanun, qərar, təlimat, sərəncam və s.;

Tender: ən son tender elanları və arxivə keçid;

Valyuta: Azərbaycan Respublikasının Milli Bankı, Azərbaycan Respublikası Beynəlxalq Bankı, MFD-İnfoSentr" İnformasiya Agentliyi saytlarına keçid;

Təlim: Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən respublikada keçirilən seminarlar haqqında

E-satınalmalar: e-tender.gov.az saytına keçid (tamamlanmaq üzrədir);

Forum: hələlik hazır deyil;

FAQ: hələlik hazır deyil;

Dərclər: Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən dərc olunmuş məqalələr və hesabatlar haqqında (2000-2006-cı illəri əhatə edir);

İstinadlar: dövlət qurumları, maliyyə və biznes, beynəlxalq maliyyə təşkilatları, dövlət satınalmaları və müxtəlif başlıqlı kategoriyalardan olan saytlara keçidlər;

Əsas səhifə: giriş səhifəsinə aparıb çıxarır;

Haqqımızda: qurum haqqında və aşağıda altmenyu keçidləri:

– Satınalmalar üzrə Dövlət Agentliyinin Sturukturu: qurumun rəhbəri də daxil olmaqla vəzifəli şəxslərin adlarından ibarət siyahı və onların telefon nömrələri;

– Satınalmalar üzrə Dövlət Agentliyinin Kollegiyası: kollegiya üzvlərinin siyahısı;

– Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi rəhbərliyinin vətəndaşları qəbulu cədvəli: qəbul günləri, saatları və telefon nömrələri;

– Satınalmalar üzrə Dövlət Agentliyinin Dövlət büdcəsindən maliyyələşən təşkilatlarının 2008-ci il və sonrakı üç il üzrə saxlanılması xərclərinə dair məlumat: 2006-2008-ci illər üçün faktiki, 2009-2011-ci illər üçün prognozlaşdırılan xərclər.

Göründüyü kimi bu saytda da kasıbçılıqdır. Yəni saytda elə də çox informasiya gözə dəymir. Ancaq bununla belə bəzi çox faydalı və gərəkli sayıla biləcək bilgilər saytın sahiblərinin üzünü ağ edə bilər. Məsələn, qəbul günləri ilə bağlı bilgilər, e-satınalmalar səhifəsi və büdcə məlumatlarını bu sıraya aid etmək olar.

Ümumilikdə isə saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 11-i yerləşdirilib. Hərçəndi kasıb sandığımız sayt üçün bu elə də az görünə bilməz.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV