Saturday 23rd November 2024,

2007_2008

Ξ Leave a comment

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə məxsus www.stateproperty.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Apardığımız monitoringin nəticəsinə görə demək olar ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə məxsus İnternet saytı hətta minimal tələblərə belə cavab vermir. Sayt olduqca zəif təsir bağışlayır. Üstəlik bəlli bir sistemsizlik də mövcuddur. Ən təəccüblü məqam isə ondan ibarətdir ki, saytda qurumun heç bir vəzifəli şəxsi haqqında bilgi yoxdur. Bundan başqa bir açıq telefon nömrəsi və ümumi telefon və faks nömrələri yetərli sayıla bilməz. Bütün bunlara aşağıdakı bəzi tövsiyələrimizdə yer verəcəyik.

1. Hər şeydən öncə demək istərdik ki, saytın domen adı Azərbaycan dilli ziyarətçiyə heç nə demir: stateproperty. Halbuki qurumun xalq arasında geniş yayılan adı – DƏK – domen adı üçün də olduqca uğurlu sayıla bilər: www.dek.gov.az.

2. Qurumun haqqında informasiyanın olmaması da təəccüb doğurur. Adətən bütün İnternet saytlarında onlara sahib olan qurumların haqqında az və ya çox bilgi olur. Ancaq bu saytda nəsə həmin bilgiyə rast gəlinmir.

3. Daha maraqlı və təəccüblü bir məqam da qurumun heç bir vəzifəli şəxsi haqqında saytda bilgi verilməməsidir. Yəqin ki, bu qurum ciddi gizlilik şəraitində deyil, əksinə şəffaf və açıq şəkildə fəaliyyət göstərməlidir. Belə olan halda onun vəzifəli şəxsləri barədə bilgilərin verilməsi zəruridir.

4. Diqqət mərkəzində olan bir qurum kimi bu komitənin işə qəbul qaydaları və boş iş yerləri haqqında da bilgilərin ayrıca verilməsinə gərək var.

5. Qurumun büdcəsi, onun icrası haqqında da bilgilərin gözə dəyməməsi təəssüf doğurmaqla bərabər qanunun daha bir tələbinin icra edilməməsinin göstəricisidir.

Əslinə qalanda bu saytla bağlı ayrıntılı tövsiyələr verməyə elə də gərək yoxdur. Bununla belə bəzi tövsiyələri dilə gətirməklə birlikdə son olaraq qeyd etmək istərdik ki, saytı dolğun və sistemli bir şəkildə hazırlayıb istifadəyə vermək səmərəli olardı

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV