Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin www.stateproperty.gov.az domen adlı İnternet resursu bir sıra gərəkli informasiyaların daşıyıcısı sayıla bilər. Bununla belə saytda çatışmazlığı göz önündə olan çox ciddi informasiyaların yoxluğu da diqqəti çəkir. Ümumi olaraq görüntü və istifadə rahatlığı olan sayt məzmun baxımından da tamamlansaydı, əlbəttə ki, yaxşı olardı.
Sayt giriş səhifəsi ilə açılır. Burada Az və Eng keçidlərindən birinə tıqlamaqla müvafiq dildəki ana səhifəyə keçmək olar. Az variantının ana səhifəsi yuxarı üfqi blokla başkayır. Bu blokun sol tərəfində quruma məxsus olduğu güman edilən binanın şəkli, ortada Azərbaycanın dövlət herbi altında qurumun adı, sağ tərəfdə isə Azərbaycan bayrağı önündə prezident Heydər Əliyevin şəkli verilib.
Daha aşağıda isə iki şaquli blok var. Sol blokda əsas menyu yerləşdirilib. Ondan aşağıda isə bir sıra başqa səhifələrə keçid və axtarış qutusu verilib.
Sağ blokda isə yuxarıda bütün suallara cavab almaq üçün 193 saylı telefon nömrəsi, onun altında Az və Eng keçidləri verilib. Ondan aşağıda xəbərlər və hərraclar bölümləri yer alıb. Hiss olunur ki, ən son məlumatlar burada yerləşdirilib.
Saytın dabanında isə “Bütün hüquqlar qorunur ©2006-2007. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri yazılıb.
Əsas menyu
Struktur: mərkəzi aparat (sadəcə sxem), ərazi şöbələri (23 şöbənin adı və əhatə etdiyi ərazilər);
Qanunvericilik: Azərbaycan Respublikasının mülki məcəlləsindən çıxarışlar, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası prezidentinin fərmanları, Azərbaycan Respublikası prezidentinin sərəncamları, Azərbaycan Respublikası nazirlər kabinetinin qərarları, digər normativ sənədlər (boşdur);
Müsabiqə və tenderlər: ən son elanlar;
İdarəetmə və icarə: icarədən daxilolmalar, müəssisələrin idarə edilməsi;
Hərraclar: elanlar, nəticələr;
Özəlləşdirilmənin statistikası: kiçik özəlləşdirmə (özəlləşdirilmiş KDM-lərin sahələr üzrə bölgüsü (2006-cı il), kiçik özəlləşdirmənin gedişi), səhmdar cəmiyyətləri (illər və sahələr üzrə yaradılmış səhmdar cəmiyyətlərin dinamikası, yaradılmış səhmdar cəmiyyətlərin sahələr üzrə bölgüsü), özəlləşdirilmədən daxilolmalar (30.12.2005-ci il tarixinə özəlləşdirmədən və icarədən daxil olan vəsait, 2006-cı ildə özəlləşdirmədən daxil olan vəsaitlərin sahələr üzrə bölgüsü);
Mətbuat xülasələri: sadəcə bir sıra xəbərlər;
Sual-cavab: çoxlu sual və onlara verilən cavablar;
Bizimlə əlaqə: yer və e-poçt ünvanı, telefon və faks nömrələri.
Göründüyü kimi xalq arasında DƏK kimi tanınan qurumun İnternet saytı elə də zəngin deyil. Üstəlik burada bir sıra bilgilər xəsisliklə yerləşdirilib. Yəni yaxşı olar ki, bütün bilgilər tam və dolğun şəkildə ziyarətçilərin istifadəsinə verilsin.
Ümumu nəticə isə bundan ibarətdir ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 7-si yer alıb. Ən təəccüblüsü isə budur ki, hətta qurumun rəhbərinin adını belə saytda tapmaq mümkün deyil.