Açığı , tərtibat baxımından xoşa gələn olsa da Kənd Təsərrüfatı Nazirliyinin İnternet resursu məzmun baxımından olduqca bərbad durumdadır. Monitoringin nəticəsində də qeyd etdiyimiz kimi burada “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 4-ü (!) yer alıb.
Həddən artıq aşağı göstəricidir. Və demək olar ki, sayt boş hesab edilə bilər. Belə olan halda isə boş bir saytla bağlı veriləcək tövsiyəmiz də yoxdur.
Nazirliyin qısa müddət ərzində qanunun tələbinə uyğun olaraq özünə normal bir sayt qurmas; daha doğru olardı