Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) aid www.socar.gov.az domen adlı İnternet resursu ilkin olaraq yaxşı təsir bağışlayır. Üstəlik saytda müasir texnologiyanın imkanlarından istifadə də peşəkarlıqla həyata keçirilmiş kimi görünür. Düzdür, saytı tam dolğun saymaq olmaz. Ancaq onu demək lazımdır ki, bu resurs gündəlik olaraq yenilənir və xüsusən də son iki ilin informasiyaları burda yer alıb. Hər halda belə demək mümkündür ki, daha öncəki monitoringlərimizə nisbətən bu dəfə saytın xeyli inkişaf etdiyinin şahidi oluruq.
ARDNŞ-in saytı ana səhifə ilə açılır. Saytın əsas menyusu yuxarı hissədə üfqi şəkildə yerləşən blokun sol tərəfindədir. Elə bu blok da əsas menyu ilə başlayır. Bundan sonra Adobe Flash Player bazalı dəyişən şəkillər gəlir. Onların üzərində qurumun adı, sağ tərəfində isə ingilis dilində (?) baş hərflərindən ibarət qısaltması verilib. Onun üzərində isə bir neçə keçid, o cümlədən Eng keçidi yerləşdirilib.
Sayt şaquli iki blokla davam edir. Sol blok keçidlərdən ibarətdir. Burada saytın tərkibində olan bir sıra səhifələrə və iki qəzetə keçid var. Sağ blok isə ən son xəbərləri özündə ehtiva edir.
Saytın dabanında “© 2007 SOCAR. Bütün hüqüqlar qorunur” sözləri yazılıb. Bundan başqa xəbərlərdən istifadə zamanı istinadın zəruri olduğu da bildirilir.
Əsas menyu
ARDNŞ: fərmanlar (5 sənəd), nizamnamələr (ARDNŞ-in nizamnaməsi), struktur (nümayəndəlikləri, tərkibinə daxil olan müəssisələr və vəzifəli şəxsləri), neft strategiyası, neftqazçıxarmanın tarixi (qısa bilgi), görkəmli neftçilər (haqqında), haqqında (qurumun özü barədə), əlaqələr (yer və e-poçt ünvanı, telefon və faks nömrələri, xəritə);
Layihələr və partnyorlar: layihələr (adı, imzalanma tarixi, qüvvəyə minmə tarixi, istirakçıları, istirak payının bolünməsi), birgə müəssisələr (adı, imzalanma tarixi, qüvvəyə minmə tarixi, istirakçıları, istirak payının bolünməsi), alyanslar (adı, imzalanma tarixi, qüvvəyə minmə tarixi, istirakçıları, istirak payının bolünməsi), əməliyyat şirkətləri (adı, imzalanma tarixi, qüvvəyə minmə tarixi, istirakçıları, istirak payının bolünməsi), partnyorlar (keçidlər və müxtəlig əlaqə vasitələri), linklər (5 keçid), BTC-Şahdəniz-AÇG;
Xəbərlər: ümumi xəbərlər (son xəbərlər və 2005-ci ilin aprelindən başlayan arxiv), xüsusi xəbərlər (cəmi 8 xəbər);
ARDNŞ mediada: mətbuat guşəsi (xəbərlərə abunə yazılmaq üçün onlayn forma), sual-cavab (sual vermək üçün onlayn forma), media xəbərləri (10 may 2007-ci il – 30 mart 2008-ci il arasını əhatə edən xəbərlər);
Statistika: neft-qaz hasilatı (2005-2008-ci illər), neft emalı (2004-2008-ci illər), qiymətlər (2005-2007-ci illər), yükləmələr, şəkillər;
İctimai əlaqələr: doqquz sənəd;
Sosial sahə: on bir xəbər (bilgi).
Göründüyü kimi sayt öz sələfindən bir qədər fərqlənir. Ancaq demək olmaz ki, tam dolğun sayıla bilər. Yəni operativlik və istifadə rahatlığı, həmçinin tərtibat baxımından yaxşı təsir bağışlasa da saytda bir çox zəruri informasiyalar hələ də yoxdur. Ümumi nəticə isə bundan ibarətdir ki, ARDNŞ-in saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 10-u yerləşdirilib.