Monitoringin nəticələrində Müəllif Hüquqları Agentliyinin İnternet saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 3-nü tapmaq mümkündür. Həm də saytın tərtibatrı acınacaqlı durumdadır. Belə olan halda bu cür resursun təkmilləşdirilməsi ilə bağlı hansısa tövsiyə vermək çox çətindir.. Buna görə də sadəcə bir tövsiyə ondan ibarət ola bilər ki, qurum özünə normal bir İnternet resursu qursun.